Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi –YOES layihəsinin birinci mərhələsinin treninqləri
Fatma xanım Bunyatova
Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi –YOES layihəsinin əsas məramı bu layihədə iştirak edən hər bir müəllimi innovativ etməkdir. Layihə açıq olduğu üçün hər bir müəllim burada iştirak edə bilər.
Müəllimin şagirdləri öyrənməyi və düşünməyi öyrətmək yoluna salmaq, onları düşünərək öyrənməsi, layihənin əsas qayələrindən biridir. Layihənin birinci mərhələsi təlimdə İKT istifadə yollarını öyrədən “Yenilikçi öyrətmən proqramı” YOP kursunda 94 müəllim iştirak edibdir.
Layihənin ikinci mərhələsi İnnovativ üsullarla – İKT və pedaqoji texnologiyalarla dərslərin qurulması və aparılmasına həsr edilən treninq 03.09 -06.09.2012 tarixində keçirilmişdi.
Təhsildə köklü dəyişiliklər İKT-ilə səmərəli pedaqoji texnologiyaların birlikdə istifadəsindən asılıdır. Əgər müəllim təkcə İKT –dən istifadə edib ənənəvi üsulla dərsi deyirsə, bu o deməkdir ki o, öz dərsində əyaniliyə geniş yer verərək, bilikləri vizual şəkildə şagirdlərə ötürür. Yəni burada yenə də əsas yük yaddaşa, yadda saxlamağa düşür. Amma İKT və innovativ pedaqoji texnologiyalarla qurulan dərslərdə şagirdər təqdim olunan biliklər üzrə özləri işləyirlər, ayrı-ayrı təlim fəaliyyətində olaraq bilik əldə edirlər, ona yeni element əlavə edərkən keyfiyyətcə yeni bilik alırlar.
Layihənn birinci mərhələsinin pedaqoji treninqində müəllimlər pedaqoji texnologiyalar və onların tətbiqi dairələri ilə tanış oldular, fənn proqramının bölümlərini proyektləşdirmək üsülları ilə, dərslərdə interaktiv yanaşma ilə proyekti həyata keçirmək mexanizminə yiyələndilər.
Bununla yanaşı müəllimlər praktik olaraq əməli şəkildə interaktiv, layihə, problemli təlimlə aparılan dərslərin qurulub aparılma bacarığını inkişaf etdirdilər.
Hər bir iştirakçı müəllim öz fənni üzrə qarşılıqlı fəaliyyət, yüksək işbiriyi , daxili motivasiya , fənlərarası problem çözümü əsasında təqdimat hazırlayaraq, qurduğu numayiş dərsi göstərdi. Təqdim olunan dərslərin interaktiv və proyekt dərslərin kriteriyaları əsasında müzakirəsi əldə olunan bilik və bacarıqları daha da möhkəmləndirmiş oldu.
Layihənin birinci mərhələsinin Pedaqoji texnologiyalar treninqi davamlı şəkildə həm distant, həmdə əyani sentyabr- oktyabr aylarında keçiriləcəkdir.
Baxış: 7679
Salam,
Sizlərə, YOES layihəsində iştirak üçün müraciət edirəm.
Əvvəlcədən təşəkkür edirəm.
Ofelya xanım Salam. Layihə acıqdır və orada hər müəllim iştirak edə bilər. Özünüz haqqında ümumi məlumat verin