Dərs təqdimatı. Həyat bilgisi — II sinif
Bakı şəhər Səbail rayonu E. Məmmədov adına
189 № li orta məktəbin ibtidai sinif müəllimi
Əliyeva İradə Qurban qızı
Mövzu: Çörək
Dərs proyekt texnologiyası üzrə qurulmuşdur. Bu texnologiya üzrə aparılan iş sinif çərçivəsində bitmir. Verilən tapşırıqlara əsasən şagirdlər öz araşdırmaları üzrə yerinə yetirirlər. Məlumat toplamaq üçün onlar dərslikdən əlavə uşaq ensiklopediyasından, valideynin köməyilə internet resurslardan maraqlı materiallar toplayıb birlikdə ümumiləşdirirlər.Sonra hər qrup sinif qarşısında öz təqdimatını edir.Bu texnologiyada şagirdlər araşdırma vərdişlərini yaradır, informasiyanı biliyə çevirmək və onları təqdim etmək kimi bacarıqları aşılayır.Əməkdaşlıq şəraitində aparılan bu cür iş şagirdlərdə məsuliyyət , düzgün iş bölgüsü və s. kimi sosial vərdişlərini yaradır.
Dərsin məqsədi: Şagirdlərin çörək haqqında bilgisini üzə çıxartmaq, onların axtarış prosesində biliklərini dərinləşdirmək və genişləndirmək.
İstifadə olunan texnologiya: Proyekt texnologiyası İKT. Word. PowerPoint
Dərsə uşaqlarda mövzuya maraq oyatmaq üçün “O nədir ki, öz müqəddəsliyini həmişə qoruyub saxlayır?” sualı ilə başladım. (slayd 2)
Şagirdlərdən cavablar aldıqdan sonra çörək haqqında qısa məlumatlar verdim və onların qarşısına r araşdırmalar ücün belə bir suallar qoydum.(slayd 3)
Bu suallar cavablandıqdan sonra sinif iki qrupa bölünərək, mövzu üzrə materialların toplanması üçün axtarışa başlayırlar. Bu işdə evdə valideynlər də onlara böyük köməkçi olur, internetdən, ensiklopediyadan material toplayırlar.. Araşdırmanın nəticəsini hər qrup sinif qarşısında təqdim edir( slayd 4,5,6,7)
Müzakirədən sonra sinif ümümi bir nəticəyə gəlir ( slayd 8).
Sonda müqəddəslik anlayışını daha da genişləndirmək ücün şagirdlərlə belə bir sorğu aparıram:
Sizin ücün nə müqəddəsdir və nəyə körə?
Sorğunun cavabları belə oldu. (slayd 9)
Baxış: 6709