Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Archive for the ‘Təhsildə kouçinq’ Category

“Ən yaxşı müəllim” necə olmalıdır?

one-on-one-coaching         Bu  il “Ən yaxşı müəllim” müsabiqəsinə 600-dən  çox  müəllim sənəd vermişdir.  Müsabiqənin I turundan  143 müəllim  keçib.  Bu  o deməkdir  ki,  müsabiqənin  I  turunun  seçim  şərtləri  çox  ağırdır  və  bəzən  də  bütün  müəllimlərə  şamil  deyil. Belə ki,   ibtidai  sinif  müəlliminin  olimpiadada  iştirak edən, TQDK-nın  imtahanlarından  yüksək  bal  toplayan  şagirdlərinin  olmamamsı  onların  topladığı  ballara təsir  edir .  Müsabiqənin  şərtlərinə  əsasən  seçimlərdən keçərək  ,” Ən yaxşı  müəllim” adını  qazanmaq  istəyən hər bir   müəllim  aşağıdakı  keyfiyyətləri  özündə  birləşdirməlidir:

  1. Bilik və  onun  tətbiqi :
  • hər bir  müəllim  tədris  etdiyi  fənn  üzrə  bilikləri tam bilməlidir ;
  • İKT və  yeni  təlim  texnologiyalarının işlək alətlərini  bilməlidir ;
  • pedaqogika və  psixologiyadan  hər  bir  şagirdə  yaş həddinə  görə  hansı  üsullarla  yanaşmağı  bilməlidir;
  • şagirdlərdə biliyə  maraq  oyatmağı , onlara  düşünərək, anlayaraq, bilik toplamaq  yollarını  öyrətməyi bacarmalıdır ;

Read the rest of this entry »

Baxış: 5540

F.Bunyatovanın Konstruktiv Təlim Mərkəzi treninqlərə start verdi.

Baxış: 1410

Təhsil kouçinqi -Müvəffəqiyyətə gedən yol

koucinq2

Bu kouçinqdən keçən hər bir müəllim özü  öyrənmə  yollarını öyrənərk  şagirdlərə də bu yolu  öyrədə biləcək. Oxuyuruq ki, öyrənək ! Öyrənirik ki, oxuyaq! Təhsil kouçinqi təlim treninqlərindən Read the rest of this entry »

Baxış: 1887

Təhsil kouçinqi -Müvəffəqiyyətə gedən yol

coaching11       Bu yol əsrin ən önəmli texnologiyalarından biri olan  Konstruktiv  təlimdən  keçir.

Konstruktiv  təlim  idraki  qabiliyyəti   IQ-nü ,  həm də  emosional idrakı  EQ –nü    inkişaf  etdirir.

Müasir  təhsilin  müvəffəqiyyəti  IQ  ilə EQ inkişafından keçir  və  onun  formulu belədir:    İQ+EQ = müvəffəqiyət

Müəllimlərə, təlimçilərə , kurikulum  dizaynerlərinə ünvalanan təhsil  kouçinqinin  məzmunu 3 modulda  yerləşdirilibdir.

Modul 1. İnteraktiv yanaşma ilə Konstruktiv təlim  — 6 saat  

Bu  modulda  siz  İnteraktiv  dərslərin  quruluşunu,  düşündürücü sualların qoyulma Read the rest of this entry »

Baxış: 2215

“İdrak məktəbi” F.Bunyatovanın Konstruktiv Təlim Mərkəzi təqdim edir: “Müəllim inkişafının ölçüsü olan attestasiyadan uğurla keçmək ücün dəstək və köməklik” proqramı .

Bu proqramda təhsil kouçingi  aparılacaqdır. Təhsil kouçingini kouç aparır.

Kouç kimdir? – O. öz işinin yüksək səviyyədə bilən və başqalarını bu səviyyəyə çatdırmağa bacaran bir profesionaldır.

Təhsildə  kouçinq  yeni bir bacarıq, profesionallıq, innovativlik və yeni davranış öyrənməsində, hər bir şəxsin özü üçün qoyduğu məqsədə çatmaqda  qarşısına çıxan problemləri həll etməsinə dəstək müddətidir.

http://www.idrak-m.com/?p=3525

http://coachingineducation.ru/aktualnost-kouchinga-v-sovremennom-obrazovanii/

Bu dəstək müddətində müəllimə olduğu yerdən- sıravilikdən  olmaq istədiyi yerə -profesionallığa, , innovativliyə, liderliyə çatmasına təmin edən yol  göstərilir və bu yolun yolçuluğu öyrədilir.

Müəllimin kouçinq  sistemi: Read the rest of this entry »

Baxış: 2093

Innovativ pedaqoji texnologiyalara praktik çəhətdən yiyələnmək arzusunda olanların nəzərinə!

1654167_584909068261404_234184941_n (1)Müəllimlərin sınaq imtahanlarının ikinci və ücüncü bölməsinin sualları  müəllimlərin  təlim prosesində komunikativ  və innovativ pedaqoji texnologiyalarla işləmək  bacarıqlarının üzə cıxarılmasına istiqamətlənmişdir.

İnnovativ Pedaqoji texnologiyada  müəllimin   fəaliyyəti  aşağıdakı funksional komponentlərə ayrılır.

1) idraki  (gnostik component)

2) Layihələşdirici komponent

3) Konstruktiv komponent

4) Təşkilatçılıq komponenti

5) Kommunikativ (ünsiyyət) component

İnnovativ pedaqoji təlim olan F.Bunyatovanın Konstruktiv təlimin – (KT)  prinsipləri  bu komponentləri özündə ehtiva edir. Malayziyanın Digital Shovv – 2014 komandası  F.Bunyatovanın KT dünyada Rəqəmsal təhsilə gətirilən  top 100 təhsil texnologiyaları   sırasına salaraq bu texnologiya və onun müəllifini top 50 təhsil texnologiyası və texnoloqlar sırasına düşmək ücün internet  səsverməyə  cıxarmışdı.

Konstruktiv təlimin komponentləri: Read the rest of this entry »

Baxış: 2802

«Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES» layihəsi çərçivəsində 22-24.2014 Trabzonda keçirilən treninq materiallarIndan.

 

Слайд1

«Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES» layihəsi çərçivəsində 22-24.2014 Trabzonda keçirilən treninq materiallarIndan.
Treninq iştirakçıları üçün Read the rest of this entry »

Baxış: 1688

«Liderlik, innovativ müəllim və innovativ dərs» treninqi

Fevral  ayının 15-i  İrşad otelin Konfrans  zalında   “Azərbaycan- Türkiyə Yeni ortaq Eğitim Sistemi  -YOES” layihəsi çərçivəsində  “Liderlik, innovativ  müəllim və innovativ dərs”  mövzusunda   növbəti  treniniqimiz keçirildi.  Treninqi  Türkiyədən- Morfo Akademisinin Yaradıcısı, Eğitmen,  Koç   Arzu  Aktaş və  Özəl “İdrak məktəbi”nin  direktoru ,  Konstruktiv   Təlim Mərkəzinin  yaradıcısı Fatma  xanım Bunyatova apardı.  Treninqdə  Bakı  şəhərinin  müəllimləri  ilə  bərabər   Təhsil  Nazirinin müşaviri  Ağababa İbrahimov  iştirak edirdi.

Treninqdə  liderlik  keyfiyyətləri  hansılardır  və  ona  hansı  yollarla  yiyələnməyi    göstərən Arzu  xanımdan  sonra,   Fatma  xanım  bu  keyfiyyətləri  sinif  otağında  şagirdlərdə  necə  yaradılmasını,  hansı təlim  və  əqli  fəaliyyətlərin   formalaşmasının   əsaslarını  göstərdi.  Treninqdə  yaradılan  yeni  yanaşma ilə  dərs  modelini   ənənəvi   və  fəal təlimlə aparılan dərs modelləri  ilə  müqayisə  edən müəllimlər konstruktiv   yanaşma  ilə  interaktiv  təlimin nə qədər  sadə,  anlamlı  olduğu  ilə  bərabər,  nə qədər keyfiyyətli ,  şagirdlərə  başa  düşüləsi  və  rahat olduğunu  dərk etdilər. Read the rest of this entry »

Baxış: 1927

“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi tərəfindən təşkil olunan Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi — YOES” layihəsi çərçivəsində növbəti beynəlxalq treninq.

Treninq 16-19.11.2013 tarixində keçiriləcəkdir.

 1381956_225876300920495_156298185_nTreninqin aparıcıları :  

Treninqin aparıcıları :  
  
Azərbaycandan  Fatma  xanım  Bunyatova  –“İdrak məktəbi” nin təsiçisi Konstruktiv təlim mərkəzinin yaradıcısı, Amerikada Kaqan Summer Kooperativ Akademiyasında bir müəllim və trener kimi bilik almış  ,  məntiqi təlim, konstruktiv yanaşma ilə interaktiv təlim  və konstruktiv təlim texnologiyasının müəllifi , qeyri-səlit  məntiq  üzrə  təlimin  qurulması  və  fənn biliklərin modelləşdirilməsi Logical Integrity, Fuzzy Logic and Modeling Content of … — IEEE Xplore

ieeexplore.ieee.org/iel5/5361201/5372463/05372519.pdf?arnumber.

http://www.researchgate.net/publication/221926882_Logic_of_Integrity_Fuzzy_Logic_and_Knowledge_Modeling_for_Machine_Education,  distant və maşın təlimin yeni təlim strategiyalarının müəllifidir.

 XX əsrdə  dünya təhsil  sisteminə  yenilik  gətirən,  təhsil sisteminin yeni quruluşunu verən azsaylı müəllimlərdən biridir. Инновационные процессы в педагогике  Read the rest of this entry »

Baxış: 1837

Bu dərs interaktiv təlim treninqi dövründə qurulmuşdur

Konstruktiv  Təlim  mərkəzində  treninqlərindən keçən müəllimlərin saytımızda xeyli  dərsləri  yerləşdirilib.  Bu dərslər  Kurikulumun təlim strategiyası olan fəal təlimlə qurulan  dərslərdən  cox fərqlidirlər.  Ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda Yeni Təhsil strategiyasında  bir  mənalı  bildirilir  ki,  Kurikulum  bir  təhsil  sənədi  olaraq daim  yenilənməlidir.  Bu  dəyişmə, yenilənmə  yolları  haqqında  saytımızda çox   saylı  yazılar  var.   Günün  tələbinə  uyğun  bir   yazını   2012- ci  ildə Konstruktiv  Təlim  mərkəzindən   4 səviyyəli   treninq  keçən,   2013-cü  ildə  ilin müəllimi  adını   qazanan, Türkiyədə   Təlim  və  kompyuter  texnologiyalarına həsr  edilən  Beynəlxalq  konfransda  öz  işini  təqdim  edən   Respublika  İncəsənət   Gimnaziyasının   ibtidai  sinif   müəllimi  Təranə   Əliyevanın 1200-dən cox surəti cıxarılmış yazısını yenidən sizə təqdim edirik.                                                                                                                                                                                      Fatma xanım Bunyatova

 Əliyeva Təranə
Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi

                İnteraktiv təlim  treninqi “İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzində kecirilmişdir. Treninqi “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatova aparırdı. İnteraktiv təlimin fəal təlimdən coxlu fərqli cəhətləri vardır.Ən böyük  fərq ondan ibarətdir ki, interaktiv təlimdə hər bir şagird necə? və nə cür? işləyəcəyinin qaydasını
bilir və bu qaydalara riayət edərək öz davranışını nizamlayır. İnteraktiv təlim texnologiyası ilə aparılan dərsdə  sözün əsl mənasında təlim və tərbiyyə prosesi qurulur. Müəllimin və yaxud şagirdlərin secimi üzrə qurulan təlim fəaliyətlərində bilik almaqla bərabər, 
şagirdlər astadan danışmaq, bir-birini dinləmək, başqalarının fikrini qəbul etmək,sual vermək və sairə bacarıqlara yiyələnirlər.
İştirakcısı olduğum İnteraktiv Təlim treninqi  əməli şəraitdə kecmişdi və  burada  nəzəri biliklərin konkret dərs mövzusunda tətbiq olunması yolları göstərilmişdi. Treninqdə  bu cür yanaşma interaktiv təlimin fəaliyyət strukturlarına proqram Read the rest of this entry »

Baxış: 5128
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe