Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘anlam’

Riyaziyyatın dili. Язык математики

Fatma xanım Bunyatova

Dəyərli valideynlər və müəllimlər!

 “Öyrətmə-öyrənmə”  münasibətlərdə aparıcı rol uşaqlara ayrılmalıdır və onlara fikirləşib cavab verməsi üçün imkan yaradılmalıdır.

Sizə təqdim olunan “Riyaziyyatın dili” kitabı məktəbəqədər yaşlı uşaqlar üçün tərtib edilmişdir. Kitab iki didə — Azərbaycan və rus dilindədir. Bu kitab 1994-cü ildə TN tərəfindən təsdiq edilmişdi və şagird  idrakın inkişafına yönəlmiş  ilk vəsait idi. 2018-ci ildə  kitabın 2-ci dəfə qısaldılmış formada nəşr edilmişdi

 Bu kitab sözsüz bir kitabdır.  Burada öyrənmə  nağıllarımızın qəhrəmanlarının bax, öyrən, davam et, özün yarat kim işarələrinin vasitəsi ilə gedir.

Sözsüz ki, şərti olaraq “öyrətmə-öyrənmə” adlandırdığımız  bu münasibətlərdə aparıcı rol uşaqlara ayrılmalıdır. Belə ki, uşağa fikirləşib cavab verməsi üçün imkan yaradılmalıdır. Əgər uşaq öz fikrini sözlə yox, əl-qol hərəkətləri , mimika və jestlə, yaxud da səslə izah etməyə çalışarsa, onda böyüklər “Yəqin sən belə demək istəyirsən” deyə, onun mimika və jestlərlə ifadə etdiklərini səsli nitqə çevirərək səsləndirməlidirlər.

Read the rest of this entry »Baxış: 2283

Konstruktiv yanaşma ilə interaktiv dərsin quruluşu

Fatma xanım Bunyatova

Konstruktiv yanaşma ilə interaktiv  təlimlə aparılan dərs iki hissədən ibarətdir:

 Dərsin birinci hissəsi 3 mərhələdən ibarətdir:

1) anlamı üzə çıxartmaq (müəllimin sualları; sual  elə qurulur ki, o  hamıya aid olur)

2) anlamı müəllimin  əlavələri və şərhi ilə genişləndirmək (müəllimin əlavələri)

3) anlamı biliyə çevirmək  (şagirdlər  dərslik və  paylama  materialları üzərində verilən tapşırıqları yerinə yetirərək  öz anlamlarını biliyə çevirirlər)

Dərsin ikinci hissəsi:

1)şagirdlər işçi vərəqləri üzrə komandada işləyirlər  (aldıqları bilikləri tətbiq edərək, o biliklərin düzgünlüyünü, yanlışlığını əks etdirirlər); Read the rest of this entry »Baxış: 2125

İncəsənət Gimnaziyasında Master-klass

.

Bakı şəhəri İncəsənət Gimnaziyasında “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatova  Konstruktiv Təlim Mərkəzin apardığı     treninq cərcivəsində  III sinifdə “Söz. Söz birləşməsi. Cümlə” mövzusunda  məktəbin müəllimlərinə Master-klass vermışdı.                                 F.Bunyatova əyani olaraq müəllimin hansı bacarıqlarını dəyişdirəndə dərsi muasir usulda aparmağı, şagirdlərin interaktiv və əqli fəaliyyətlərinin qurma yollarını göstərmişdi. İki hissədən ibarət olan dərsdə müəllim şagirdlərin “Söz. Söz birləşməsi. Cümlə” haqqında anlamlarını araşdırıb ortalığa cıxardandan sonra bu anlamı “çümlənin növləri”  “sadə və mürəkkəb cümlələr”haqqında  biliklərə cevirdi. Müəllim kecmiş biliklər olan  “Söz” Söz  birləşməsini” bu günki bilik olan  “Cümlə”  ilə əlaqələndirərək gələcək bilik olan  “Mürəkkəb cümləyə” körpü atmış oldu. Məntiqi şərt və suallara əsaslanan bu bilikləri şagirdlər  öz görümlərindən cıxış edərək  misal gətirib öz düşüncə tərzlərinidə necə qurduqlarını numayiş etdirdilər Read the rest of this entry »Baxış: 2995

Yeni biliklərin qurulması.

 Fatma xanım Bunyatova

Azərbaycan təhsilinin strateqiyası böyüyən nəsli düşüncəli , yaradıcı şəxsiyyət kimi yetişdirməyə istiqamətlənməlidir ki, onlar  qloballaşan, tez-tez dəyişən dünyada tələbli osunlar, və cevik olaraq öz yerlərini  tutmağa bacarsınlar. 

Təlim prosesində innovativ yanaşma olan Konstruktiv təlim texnoloqiyasından istifadə edən müəllim şagirdlərə bilik vermir, onlara bilik qazanmaq yollarını öyrədir. Müəllim yaradıcı proses qurur, şagirdlər isə öz yeni biliklərini qururlar. Bəs  bu sözlərin göstəriciləri hansı addımlardı, hansı yönümlərdi?

Müəllim şagirdi istədiyi nöqtəyə, yəni biliyə catdırmaq ücün ona bu nöqtəyə gəlib cıxma yolunu düzənləndirir. Bu yol düşüncəyə yönəlmiş suallardan , bu sualların cavabından yararanan yeni suallardan ibarətdir. Hər bir şagird öz düşüncəsindən, öz anlamından cıxış edərək öz anlam yolunu, düşüncə yolunu qurur. Suallaşma interaktiv fəaliyyətində  olanda fikir toqquşması, carpışması əmələ gəlir. Bu toquşmanın nəticəsində varlıqda olan bilik sökülüb dağılaraq Read the rest of this entry »Baxış: 2280

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe