Konstruktiv yanaşma ilə interaktiv dərsin quruluşu
Fatma xanım Bunyatova
Konstruktiv yanaşma ilə interaktiv təlimlə aparılan dərs iki hissədən ibarətdir:
Dərsin birinci hissəsi 3 mərhələdən ibarətdir:
1) anlamı üzə çıxartmaq (müəllimin sualları; sual elə qurulur ki, o hamıya aid olur)
2) anlamı müəllimin əlavələri və şərhi ilə genişləndirmək (müəllimin əlavələri)
3) anlamı biliyə çevirmək (şagirdlər dərslik və paylama materialları üzərində verilən tapşırıqları yerinə yetirərək öz anlamlarını biliyə çevirirlər)
Dərsin ikinci hissəsi:
1)şagirdlər işçi vərəqləri üzrə komandada işləyirlər (aldıqları bilikləri tətbiq edərək, o biliklərin düzgünlüyünü, yanlışlığını əks etdirirlər);
2) təqdimat: komandalar öz işlərini təqdim edirlər;
3) işlərin yerinə yetirilmə səviyyəsi komandalar tərəfindən müzakirə edilir;
Müzakirədə iştirak edən hər bir şagird öz biliklərini tənzimləyir.
Müəllim isə bu müzakirədə şagirdlərin biliklərinin tətbiqi səviyyəsinin izləyicisi, əlaqələndirici, qiymətləndirici olaraq özü üçün nəticə çıxardır.
3) qiymətləndirmə;
hər bir komandanın təqdimatı qiymətləndirmə meyarları ilə şagird və müəllim tərəfindən tərəfinindən qiymətləndirilir. Təqdimat və yaxud müzakirə zamanı səhv cavab olursa, müəllim səhvi özü düzəltmir, səhv və düzgün hesab etdiyi cavabları bir də ortalığa çıxardır və onları müqayisəli müzakirə etməyi komandalara təklif edir, müzakirə nəticəsində şagirdlər öz biliklərində düzəliş edərək düzgün fikrə gəlirlər.
Dərsin hər iki hissəsində şagirdlər komandada ən azı 4-5 ceşidli interaktiv təlim fəaliyyətində olurlar.
Baxış: 2126