Fənn biliklərinin strukturlarının formal-məntiqi və qeyri səlist modelləşdirilməsi -təfəkkür yolu
Fatma xanım Bunyatova
“İdrak məktəbi”nin direktoru
Konstruktiv təlim texnologiyasının müəllifi
Bu məqalə XXI əsrin təhsil strateqiyasınin təhsilin təfəkkür yoluna istiqamətləndirilməsindən bəhs edir. Təlimi təfəkkür yoluna istiqamətləndirmək ücün təlimdə üc köklü dəyişikliklər edilməlidir:
- Təlim üsulunun dəyişdirilməsi;
- Biliklərin məntiqi strukturlaşdırılması. Bu strukturlar süni və təbii idrak strukturları ilə eyni kökdə qurulmalıdırlar.
- Fənn biliklərinin tamlıq-məntiqi və qeyri—səlist modelləşdirilməsi. Bu cür yanaşma psixopedaqoqikada yeni bir istiqamət nano-psixopedaqoji istiqamət yaradır..
Nəticə etibariı ilə bu 3 prinsip təlim sisteminin quruluşunu dəyişdirir. Şagirdlərə bilik almaq əvəzinə onlara nano-psixopedaqoji yanaşmada qurulan biliklərlə təmasda olaraq öz biliklərini qurmaq şəraiti yaradılır.
Yaddaş və təfəkkür fəaliyyəti.
İKT-nin surətli inkişafı təhsilin bu inkişafdan nə qədər geri qalmasını aydın göstərir. Texnoloji alətlərin sürətlə yeniləşməsi modernləşməyə ağır olan təhsili cox geridə buraxıb.
İKT-nin texniki imkanlarından istifadə edilərək təhsildə yeni istiqamətlər e-təhsil, distant təhsil, on-line təhsil, maşın təhsil və s. yaradılmısına baxmayqraq bu texniki imkanlar təhsildə köklü dəyişikliyə təsir göstərə bilimir. Səbəb ondan ibarətdir ki, bu texniki vasitələrə 300 il bundan əvvəl yaranan, yaddaşa yönələn ənənəvi təhsilin didaktik prinsipləri qoyulmuşdur. Tək- tək, sistemsiz, məntiqsiz qurulan biliklər, yadda saxlanaraq öyrənilirdi. Ancaq biz bilirik ki insan beynində yaddaşdan başqa idrak-təfəkkür də vardır, və onun imkanlarından cəmi 2-3% istifadə olunur.
Əgər biz təlimdə yadda saxlamaqla coxlu bilik əldə etmək yolundan dönüb şagirdlərin bilikləri anlayıb başa düşməsi ücün təfəkkür fəaliyyətlərini qursaq onda biz təlimi keyfiyyətcə dəyişdirmiş olarıq və onu hamı ücün əlverişli vəziyyətinə gətirə bilərik.
Təlimdə vacib olan köklü dəyişikliklər.
Təlimi təfəkkür yoluna istiqamətləndirmək ücün təlimdə aşağıdaki köklü dəyişikliklər edilməlidir:
- Təlim üsulunun dəyişdirilməsi; bilik ötürmə, bilik axtarıb tapma əvəzinə elə təhsil prosesi qurulmalıdır ki orada hər bir şagird öz biliyindən cıxış edərək biliklərini qursun.
2.Biliklərin məntiqi strukturlaşdırılması. Bu strukturlar süni və təbii idrak strukturlarının inkişaf yolu ilə eyni kökdə qurulmalıdır. İdrakın təbii modelinin nəzəriyəsini Piaje, süni modelini isə Lütfi-Zadə yaratmışdır.
3. Bu iki nəzəriyyə əsasında bilik strukturlarının tamlıq-məntiqi və qeyri—səlist modelinin hazırlanması . Biliklərin tamlıq-məntiqi modeli psixopedaqoji yanaşma yolu ilə qurulur. Psixopedaqoji yönümdən qurulan modelin psixoloji anlayışları qeyri səlist məntiqin anlayışları ilə əvəz ediləndə biliklərin tamlıq-məntiqi və qeyri səlist modelini almış oluruq. Bu cür yanaşma psixopedaqoqikada yeni bir istiqamət nano-psixopedaqoji istiqaməti yaradır. Bu yolla qurulan bilik modeli insan təfəkkürünün anlama, başa düşmə yolu ilə qurulmuşdur. Bu qurulan model təlimin hər bir formasının nano-psixopedaqoji baxımından qurulan bilik modeli ola bilər .
Nəticə etibariı ilə bu 3 prinsiplər təlim sisteminin quruluşunu dəyişdirir. Şagirdlərə bilik almaq əvəzinə onlara nano-psixopedaqoji yanaşmada qurulan biliklərlə təmasda olaraq öz biliklərini qurmaq şəraiti yaradılır.
Bunu necə etmək olar və bu nə verə bilər?
1.Təlimin üsulunu dəyişdirmək.
Təlimin üsulunun dəyişdirməsi ayrı-ayrı metodlardan təlim texnologiyasına kecid deməkdir. Bu modeldə Bunyatovanın Konstruktiv Təlim (BKT) texnologiyası təklif edilir. Bu texnologiya J.Piajenin koqnitiv nəzəriyyəsinə əsaslanır. BKT texnologiyasının məqsədi şagirdlərin idrak strukturlarının (yəni dərketmə, öyrənmə ) inkişaf etdirməkdır. İnsan beynində yaddaş, eşitmə, diqqətlə yanaşı idrak yəni anlama , öyrənmə strukturları da vardır. İdrak, təfəkkür strukturları əsasən biliklər üzərində aparılan təfəkkür əməliyatları zamanı inkişaf edir. Təfəkkür əməliyatları, yəni əqli fəaliyyətlər biliklər üzərində aparılır. Bu əməliyatlar J.Piajenin tamlıq məntiqinin alətləri vasitəs ilə aparılır. Konstruktiv təlim prosesində şagirdlər əldə etmiş bilikləri üzərində məntiqi şərtlərə əsaslanan təfəkkür əməliyatları kecirərək öz biliklərini keyfiyyətcə təzə formaya salır, yeni biliklərini qurururlar. Konstruktiv təlim yaradıcı , qurucu təlim olduğu ücün bu təlim prosesinin iştirakcıları olan müəllim və şagird bilik ötürən və bilik qəbul edən olmurlar. Onların hər biri bu prosesin yaradıcı iştirakcıları olurlar: biri dərsin dizaynının çəkir, o biri isə çəkiləni reallaşdırır.
2.Bilik strukturlarının modelləşdirlməsi
Biliklər bu vaxta qədər didaktik vahidlər kimi təqdim edilir. Onlar tək-tək öyrənilir və şagirdlər illər boyunca biliklərin tamlıq sxeminə cıxırlar. Ayrı-ayrı öyrənilən biliklərin arasında zəif əlaqələr və münasibətlər yarandığı ücün onları inteqrasiya etmək cətin olur. Bunun əvəzinə modeldə bilik vahidləri bir struktur kimi qəbul edilir. Piajenin tamlıq məntiqinin mexanizmləri ilə bilik strukturlarını məntiqi bilik strukturlarına cevirərək tamlıq sxemində üfüqi inteqrasiya edilir(). Bu üfüqi tamlıq sxemində bilik ctrukturları bir-biri ilə sıx əlaqədə və qarşılıqlı münasibətdə olurlar. Yaradılan tamlıq- məntiqi və yxud da ki formal-məntiqi modeldə biliklər dəyişməyənlərə və dəyişənlərə bölünürlər. Dəyişməyən biliklər invariant biliklərdi, onlar koordinant müstəvisində üfüqi düzənlənirlər. Dəyişənlər isə kateqorial biliklərdi, onlar şaquli düzənlənirlər. Azərbaycan dilinin bilikləri misalında invariant biliklər, yəni dəyişməyən — nitq hissələrdi, dəyişənlər , yəni kateqorial biliklər isə dilin qrammatik qaydalarıdı.
Formal- məntiqi modeldə dəyişən və dəyişməyən biliklər idrak strukturlarına izomorf olaraq, yəni eyni kökdən qurulurlar.
Bilklərin bu formada qurulması biliklərin genetik qurulşu deməkdir. Bu tip quruluşda hər bir şagird öz inkişaf səviyyəsini təyin edərək həmin nöqtədən inkişafını davam edəcək. Bu bir genetik proqram olmağı ilə bərabər həmdə hər bir fərdin şəxsi proqramı da olur. Bu bir növ sinif, vahid proqram anlayışını fərdi inkişaf proqramına, səviyyə anlayışına cevirir. Biliklərin formal- məntiqi modelində məntiqi bilik strukturları bir -biri ilə uzlaşıb sonra ayrıla bilərlər.Onlar bir biri ilə assosiasiyayada girə və ləğv ola bilərlər və s. Bilikləri mobil hərəkətə gətirən onların üzərində şagird təfəkkürünün apardığı təsnifat, seriasiya, multiplikativ və əvəzetmə əməliyatlarıdır (9 ).
3. J.Piajenin və Lütfi-Zadənin nəzəriyyələri əsasında biliklərin tamlıq-məntiqi və qeyri—səlist modelinin modelləşdirilməsi.
J.Piaje və Lutfi-Zadə idrakın quruluşunu göstərmişdilər, amma fərqli dillərdə. Piaje psixoloji , Lütfi Sadə isə riyazi dildə. Piajenin tamlıq məntiqinin anlayışları Lütfi-Zadənin qeyri səlist modelinin anlayışları ilə üst-üstə düşdüyü ücün, formal məntiqi bilik modelinin psixoloji anlayışları Lütfi Zadənin qeyri səlist məntqinin anlayışları ilə dəyişdirilir. Bu dəyişmədən biz biliklərin formal-məntiqi və qeyri səlist modelini alırıq.
Bu dəyişmədə Piajenin kateqorial və yaxud da ki dəyişən biliklər (qrammatik qaydalar) anlayışı Lütfi-Zadənin linqvistik dəyişənliyi ilə əvəz edilir.
Lutfi-Zadənin linqvistik anlayışından cıxış edəndə mənsubiyyət funksiyasına iki qayda aid olur:
1. a) sintaksik qayda. Bu qayda qrammatik formada verilərək dəyişən və yaxud kateqorial biliklərin adını yaradır.
b) semantik qayda.Bu qayda alqoritmik prosedurla hər bir dəyərin mənasını təyin edir.
2. “Qeyri səlist coxluğun” dil biliklərində dilin söz ehtiyatı kimi təyin etmək olar. Bu yanaşmada “coxluğun elementi” nitq hissələri kimi görülür. Onda “qeyri səlist” coxluğun mənsubiyyət funksiyası sözün düz leksik mənasında başa düşülür.
Fənn biliklərinin formal — məntiqi və qeyri səlist modeli necə qurulur? Fənn biliklərinin formal məntiqi və qeyri səlist modeli məsələn Azərbaycan dilinin qaydalarının timsalında qurulacaq. Bu modeli qurmaq ücün aşağıdakıları etmək lazımdır:
- Azərbaycan dilinin bilik strukturlarını dəyişən, yəni linqvistik dəyişənlərə və invariant yəni universal coxluqa bölmək lazımdır.
- İnvariant biliklər, yaxudda ki universal coxluq x –la işarə edilir.
3. İnvariant biliklər, yəni dilin söz ehtiyatı, təsnifat edilib siniflərə, yəni nitq hissələrinə bölünür. Hər bir sinif x0,1; x0,2; x,03 …x0,9; x1 kimi işarə edilərərək koordinat müstəvisində üfüqü düzənlənir. İnvariant biliklər və yaxudda ki “biliklər coxluğu “ siniflər üzrə sonlu və siniflər icində sonsuz ola bilərlər.
4.Dəyişən , yəni dilin kateqorial bilikləri və yaxud linqvistik dəyişən biliklər koordinat müstəvisində şaqulu düzənlənir və y –lə işarələnir. Onlarda təsnifat əməliyyatıdan kecərək y0,1; y0,2; y0,3 və.s. kimi işarənəlir.
Alimlərin qənaitinə görə kateqoriyanın formalaşması elmi axtarışların vahid nəzəriyyəsidir. Bilik coxluğunun elementlərini və ya nitq hissələrini kateqorial biliklərlə birlikdə rəqəmlə işarələyəndə biz bilikləri onların xüsusiyyətləri ilə birlikdə təsvir edə bilərik. Biliklərin hər bir xususiyyəti ardıcıl rəqəmləri qəbul edir. Bu cür işarələnməni biliklərin “qeyri səlist” dili adlandırmaq olar. Məsələn “Axşamdan güçlü qar yağırdı” cümləsi koordinat müstəvisində aşağıdakı nöqtələr kimi işarələnir:
Sxem1
Bu cümlənin qeyri səlist dildə yazısı belə görünür:
<x0,6 y0,1,y0,2> <x0,2> <x0,1 y0,1> ,< x0,5 y0,1, y0,4, y0,5,y0,8>
Göründüyi kimi coxluğun hər bir elementinə, məsələn x0,6 — axşamdan öz linqvistik dəyişəni y0,1, y0,2 məxsusdur. x0,6 rəqəm göstəricisi Azərbaycan dili qrammatikasının qaydalarına uyğun olaraq isimləşmiş zərfin göstəricisidir; y0,1, təkliyin, y0,2 isə hallanmanın göstəricisidir. Bu rəqəm göstəriciləri üzrə hər bir şagird öz biliklərindən cıxış edərək istədiyi qədər cümlə qura bilər və bu da ki özüinkişafın, özüanlamın göstəricisi kimi görünür.Bu xüsusiyyət distant, maşın və e-təhsilin əsaslandırılmalarından biri ola bilər, cünki bu əsaslar təbii dilin timsalından irəli gəlir.
Hər bir sinifin və yaxud coxluğ elementininın bilikləri eyni zamanda bilik strukturlarının klasteridir (bilik bazasıdır) . Onların hər birinın öz qaydaları və qanunauyğunluğu vardır. Klasterlərin strukturları linqvistik dəyişənin qaydalarına uyğun olaraq məntiqi şərtlərlə birləşə və ayrıla bilərlər, assosiasiyaya girər və yada yox ola bilərlər. Linqvistik dəyişənlərin çoxluğun elementlərinə mənsubluğu əvəzetmə, multiplikativ, zənginləşmə və eynilik əməliyyatı olan məntiqi əməliyatlarla təyin edilir. Belə halda linqvistik dəyişənlərin qaydaları coxluğun qaydaları kimi daima mobil hərəkətdə olurlar. Bu qaydalar qoyulmuş məntiqi şərtlər əsasında bilik strukturları ətrafında mobil hərəkətdə birləşərək biliklərin nano –strukturuna cevrilirlər.
Biliklərin formal-məntiqi və qeyri-səlist modeli təhsilə və İKT-ya hansı yenilikləri gətirə bilər?
1. Biliklər tamlıq sxemində qurulur. Dil unsiyyət və fikri catdırma vasitəsi olduğu üçün onda təbii ki Piajenin tamlıq məntiqinin və Lütfi- Zadənin qeyri -səlist məntiqinin şərtləri hər bir elmdə ola bilər. Bu halda Piajenin tamlıq məntiqinin və Lütfi-Zadənin qeyri səlist məntiqinin qaydaları hər bir elmə tətbiq oluna bilər. Bilikləri texnoloji quruluşda yeni nəsl texnoloji vasitələrin proqramlarında yerləşdirməklə İKT-ni yaddaşa yox, özünüinkişafa istiqamətləndirmək olar.
2. Bilik strukturları dəyişən və dəyişməyənlərə bölünürlər. Kateqorial və invariant biliklərin rəqəmsal xususiyyətləri hər bir şagirdin bilik koordinatını təyin etməyə imkan verdiyi ücün texnoloji əsaslara söykənərək standart proqram cərcivəsindən yaranan nano-proqramda hər bir şagirdə onun fərdi inkişaf səviyyəsinə uyğun olaraq proqram qurmaq olar. Bu yanaşmada fərdilik, differensıallıq və ümumi iş texnoloji əsaslarla qurulacaq.
3.Şagird təfəkkürünün biliklər üzrə əməliyyatlığı onun təfəkkürünün bilik strukturlarını klasterləşdirməyə şərait yaradır. Hər bir şagird məntiqi əməliyyat vasitələri ilə bu biliklərın arasındakı qarşılıqlı əlaqələri və münasibətləri tapır, onları təsnifat edir və yaxud başqa biliklərlə əvəz edir. Bu səbəbdən də onun bilikləri dinamik, əlaqəli, dəyişməyə, yeniləşməyə meyilli olur.
4. Piajenin tamlıq məntiqi və Lütfi –Zadənin qeyri -səlist məntiqi təlim biliklərinin ənənəvi quruluşunu sökərək ona yeni quruluş — üfüqi quruluş verir. Biliklərin bu cür quruluşu hər bir şagirdə müfəffəqiyyət qazanmaq imkanı yaradır. Proqram cərcivəsində müvəffəqiyyətin əldə etmə müddəti burada hər bir şagirdin daxili imkanlarından asılı olaraq geç və tez ola bilər. Bu bir növ sinif, vahid proqram anlayışını fərdi inkişaf proqramına, səviyyə anlayışına çevirir.
5.Biliklərin formal-məntiqi və qeyri səlist modeli fənn biliklərinə ayrılan vaxtı 20-30% ixtisara salır. Bununla yanaşı təlim spontan quruluş və gedişat müstəvisindən texnoloji quruluş və texnoloji idarə etmə — yəni nanopsixopedağoji müstəvisinə keciriləcək .
6. Biliklərin formal-məntiqi və qeyri səlist modeli bir texnoloji model olaraq orta məktəblərdə, elektron təhsilin hər bir formasında, elektron və rəqamsal məktəblərinin proqram quruluşunda, istedadlı uşaqlar ücün fərdi proqram tərtibatında isifadə etmək olar.
Абстракт.
Данный доклад посвящен формально-логическому и нечеткому моделированию содержания обучения. Модель знаний построена на логике целостности Пиаже и на нечеткой логике Заде. Этот синергетический подход в обучении создает возможность моделировать содержание структур знаний изоморфно структурам интеллекта.
Ключевые слова: логика целостности, нечеткая логика, естественный и искуственный интеллект, модель, е- обучение, числовые свойства, синергетика.
Abstract
This article deals with the modelling of learning meaningful knowledge . Model of knowledge is built on logic integrity of Piaget and fuzzy logic of Zade.
Keywords: logic of integrity, fuzzy logic, natural and artificial intelligence, machine learning model, numeric properties
Bu məqalə “İnTech open” nəşriyatının cap etdiyi “İntellegent Sistems” 2012 kitabının “Fuzzy logik bölməsinin “Logic of Integrity, Fuzzy Logic and Knowledge Modeling for Machine Education ixtisara salınmış variantıdır
Ədəbiyyat
1.The learninq revolution. The lerninq web.
2..International Educational Technology Conference (IETC2009), Ankara, Turkey. Constructive teachinq tehnologi and perspectives of nanopsy.chopedagogy. F.Bunyatova .
3..Ф. Д. Бунятова. Применение нечётнkой логики в образовательных технологиях. Copyright Agency of the AzerbaijanRepublic № 328. 01.07.02. Baku
4. Ф.Д.Бунятова Педагогическая технология. Конструктивное обучение. 2009 Baki Kurikulum…
5.Жан Пиаже. Москва 2001 г
.6.Понятие лингвистической переменной и его применение к принятию приближенных решений. М.Мир.1976 г .Лотфи Аскер Заде.
7.Konstruktiv təlim. Mahiyyəti, prinsip, vəzifələr və dərslərdən numunələr.F. C. Bunyatova, Bakı, 20088.
Р. А. Алиев, Soft computering. Баку. ォАзДНАサ, 1999 г.
9. Ф.Д.Бунятова. Логический способ обучения . Альтернативное обучение. Баку. Маариф 1990
Baxış: 3339