Posts Tagged ‘Bilik strukturları’
Otra məktəbdə kimya fənnin tədrisində innovativ dəyişikliklər.
Bakı ş.Qaradağ r-nu 228№ məktəbin
kimya-biologiya metodisti Hüseynova Rimma
5-8 .06. 2014 Stambul universitetində keciriləcək Beynəlxalq təhsil konqresinin elm və təhsil şöbəsində dinlənilməyə qəbul olunan məqalənin tezisləri.
Bu məqalə təlim prosesinin dəyişikliyinə həsr edilmişdi. Dəyişiklik yaddaşa istiqamətlənmiş dərs prosesini koqnitiv dərk etmə prosesinə çevirməkdən ibarətdir. Dərk etmə prosesi üzərində qurulan Bunyatovanın konstruktiv yanaşma ilə interaktiv təlimi şagirdlərə öz biliklərinə əsaslanaraq yeni biliklərini qurmağa imkan verir. J Piajenin koqnitiv nəzəriyyəsinə və S.Kaqanın kooperativ təlimin təlim fəaliyyətlərinə əsaslanan bu təlimdə müəllim dərsin Read the rest of this entry »
Baxış: 1811Yeni biliklərin qurulması.
Fatma xanım Bunyatova
Azərbaycan təhsilinin strateqiyası böyüyən nəsli düşüncəli , yaradıcı şəxsiyyət kimi yetişdirməyə istiqamətlənməlidir ki, onlar qloballaşan, tez-tez dəyişən dünyada tələbli osunlar, və cevik olaraq öz yerlərini tutmağa bacarsınlar.
Təlim prosesində innovativ yanaşma olan Konstruktiv təlim texnoloqiyasından istifadə edən müəllim şagirdlərə bilik vermir, onlara bilik qazanmaq yollarını öyrədir. Müəllim yaradıcı proses qurur, şagirdlər isə öz yeni biliklərini qururlar. Bəs bu sözlərin göstəriciləri hansı addımlardı, hansı yönümlərdi?
Müəllim şagirdi istədiyi nöqtəyə, yəni biliyə catdırmaq ücün ona bu nöqtəyə gəlib cıxma yolunu düzənləndirir. Bu yol düşüncəyə yönəlmiş suallardan , bu sualların cavabından yararanan yeni suallardan ibarətdir. Hər bir şagird öz düşüncəsindən, öz anlamından cıxış edərək öz anlam yolunu, düşüncə yolunu qurur. Suallaşma interaktiv fəaliyyətində olanda fikir toqquşması, carpışması əmələ gəlir. Bu toquşmanın nəticəsində varlıqda olan bilik sökülüb dağılaraq Read the rest of this entry »
Baxış: 2300Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti, məqsədi və formulu
Konstruktiv təlim şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir.
Konstruktiv təlim yaradıcı, səciyyəli əməliyyat təlimidir.Bu təlimdə şagirdlər öz daxili duyğu və idrak səviyyələrindən çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar.Həmin yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakteri daşıyır. Yəni bu yaradıcılıq uşağın-şagirdin fərdi, yaxud qrup halındakı işindən, fəaliyyətindən asılıdır. Sətirlərin müəllifinin konstruktiv təlim fəlsəfəsi amerikalı alim Cerom Brunerin konstruktivizm fəlsəfəsi ilə səsləşir. Qeyd etmək lazımdır ki, C. Brunerin konstruktivizm təlimində fərd öz şəxsi dərkinin nəticəsini, cəmiyyətin əvvəlcədən əldə etdiyi təcrübələrlə əlaqələndirməyə və əsaslandırmağa çalışaraq yeni bilik qazanır.Bünyatovanın konstruktiv təlim fəlsəfəsi həm də Şərq-Qərb təlim sisteminin sintezində ehtiva olunur. Bu təlim fəlsəfəsi hissədən tama, yaxud da tamdan hissəyə çıxmağa, şagirdlərin əldə olunmuş bilikləri ilə yeni qazanılacaq biliklərin birləşməsinə, qovuşmasına əsaslanır. Bu da öz növbəsində şagird biliyinin tamlıq sxemini yaradır. Read the rest of this entry »
Baxış: 23852