Yeni biliklərin qurulması.
Fatma xanım Bunyatova
Azərbaycan təhsilinin strateqiyası böyüyən nəsli düşüncəli , yaradıcı şəxsiyyət kimi yetişdirməyə istiqamətlənməlidir ki, onlar qloballaşan, tez-tez dəyişən dünyada tələbli osunlar, və cevik olaraq öz yerlərini tutmağa bacarsınlar.
Təlim prosesində innovativ yanaşma olan Konstruktiv təlim texnoloqiyasından istifadə edən müəllim şagirdlərə bilik vermir, onlara bilik qazanmaq yollarını öyrədir. Müəllim yaradıcı proses qurur, şagirdlər isə öz yeni biliklərini qururlar. Bəs bu sözlərin göstəriciləri hansı addımlardı, hansı yönümlərdi?
Müəllim şagirdi istədiyi nöqtəyə, yəni biliyə catdırmaq ücün ona bu nöqtəyə gəlib cıxma yolunu düzənləndirir. Bu yol düşüncəyə yönəlmiş suallardan , bu sualların cavabından yararanan yeni suallardan ibarətdir. Hər bir şagird öz düşüncəsindən, öz anlamından cıxış edərək öz anlam yolunu, düşüncə yolunu qurur. Suallaşma interaktiv fəaliyyətində olanda fikir toqquşması, carpışması əmələ gəlir. Bu toquşmanın nəticəsində varlıqda olan bilik sökülüb dağılaraq yeni formatda düzənlənir. Bu düzənləmədə hər bir şagird qazanclı olur:
— bilikli şagird öz biliyini təsdiqləyərək, onu sosialaşdırıb, yeni bir yönümdə görür. Onun bu yeni görümü komandada, müzakirə zamanı hər bir şagirdin yaratdığı görümdə öz fikirlərinin fərqli baxışdan incələnməsindən, təsdiqlənməsindən ibarət olur;
— zəif şagird isə, alınan bilgilərdən yararlanaraq, öz anlamını genişləndirmiş olur.
Bilik strukturlarının inkişafı, düşüncə strukturları ilə bərabər gedir. Bu gedişatda hamı inkişaf edir, amma fərqli. Fərq ondan ibarətdir ki biri “cüyür” sürətində düşünür, yəni o yüksək sürətdə düşüncə əməliyyatları aparır, o biri isə “tısbağa” sürətində, yəni asta- asta əməllər aparır. Amma hamı düşünür və düşünərək, bilik qazanaraq inkişaf edir və bu inkişaf daxili, həmdə xarici amillərdən asılı olaraq gedir.
Baxış: 2281