“Koqnitiv(dərk etmə) nəzəriyyəsi əsasında innovativ məktəb” layihəsində iştirak etmək ücün ibtidai sinif müəllimləri dəvət olunur.
Fatma xanım Bunyatova
Layihənin annotasiyası
Layihə Təhsil İslahatı cərcivəsində ibtidai sinif Kurikulumun həyata kecirilməsində irəli gələn mühüm vəzifələrin innovativ yolla, innovativ məktəbdə həyata kecirməyi nəzərdə tutur və ibtidai təhsilin məzmununun yeni struktur quruluşuna və onun təlim prosesində səmərəli tətbiqi probleminə həsr olunmuşdur. Layihənin başlıca qayəsi ibtidai siniflərinin fənn biliklərini ( dil və riyaziyyat) təfəkkürün inkişafı yolunda modelləşdirilməsi, bu inkişaf yolunda pedağoji prosesin qurulması və bu inkişafın ölcu mexanizminin yaradılmasıdır. Fənn biliklərinin modelləşdirilməsi Jan Piajenin tamlıq məntiqi və lütfi-Zadənin qeyri səlist məntiqi əsasında aparılacaqdır. Bu iki məntiqin mexanizmləri əsasında yaradılan biliklərin formal və qeyri səlist modelinin işləm prinsipləri təlim prosesində Nəsirəddin Tusinin “Əxlaqi-nasir” pedaqoji traktatı, Komenskinin və Pestalotsinin didaktik nəzəriyyələri və yeni pedaqoji texnologiya olan konstruktuiv təlimimin İKT ilə inteqrasiyası təşkil edəcək.
Əlaqə :
tel:(012) 4415806
0503114956
Baxış: 2724