Layihə dərsi şagirdlərdə hansı təfəkkür vərdişlərini yaradaraq inkişaf etdirir?
Fatma xanım Bunyatova.
Bu günlərdə saytda maraqlı bir statistik məlumata rast gəldim. 2007 ci ildə çap etdirdiyim “Konstruktiv təlim: mahiyyət, prinsip və dərsdən nümünələr” kitabından saytda bir biologiya dərsi paylaşmışdım. Statiskaya görə Bakı ş. 225 li məktəbdə dərs hissə müdiri kimi çalışan H. Nəsibovanın «Hilalə Nəsibovanın konstruktiv təlimlə keçdiyi biologiya dərsləri. Müəllim şərhi» yazısına 20213 dəfə baxılıbdır. Bu maraqı nəzərə alaraq həmin kitabdan «İdrak məktəbinin» biologiya müəllimi Aişə Namazovanın «Xəzər uşaqların gözü ilə» mövzusunda layihə dərsini sizə təqdim edirəm
Aişə Namazova: İdrak məktəbinin biologiya müəllimi «Xəzər uşaqların gözü ilə» mövzusunda layihə dərsi.
Layihə (proyekt) üsullu dərs ənənəvi təhsil sisteminə alternativ bir dərs üsuludur. Proyekti həyata keçirərkən aşagıdakıları nəzərə almaq lazımdır:
1.Şagirdlərin axtarıcı fəaliyyətə qoşulmasını təmin etmək.
2.Lazımi mənbələrdən müstəqil məlumat toplamaq.
3.Qazanılmış bilikləri öz bilikləri ilə və real vəziyyətlə müqayisə edib, şagirdlərin mənimsədikləri bilikləri analiz və sintez edərək təqdim etmək.
Bu üsulda dərs keçmək üçün mən uşaqların qarşısında qoyduğum problemin mövzusunu «Xəzər uşaqların gözü ilə». Bu üsulla dərs keçməyi nəzərdə tutanda, mən “Xəzər uşaqların gözü ilə” mövzusuna aid şagirdlərin qarşısına belə bir problem qoydum: Əgər «Xəzərin suyu artarsa Bakının aqibəti necə olar?» sualını elan etdim. Məqsədim qoyulan problemi şagirdlərlə proyekt fəaliyyətində həll etmək idi. Bu fəaliyyət özündə axtarış, yaradıcılıq, tədqiqat , təcrübəyə istiqamətləndiriciolmuşdur. Təbii ki, hər bir şagird bu fəaliyyətdə olarkən vərdiş və bacarıqlarayiyələnmiş olar. Proyekt monoproyekt olduğu üçün məktəbin bir neçə sinfinin şagirdlərinin iştiraki nəzərdə tutulmuşdur. Bu cür qarşılıqlı əlaqə onlarda bir çox sosial bacarıq və vərdişlər, yəni birlikdə iş, informasiya mubadiləsi, istiqamətləndirici iş və s. yaradır. Bu proyektə 3 saat vaxt nəzərdə tutmuşdum. Proyektin gedişini layihələşdirərkən konstruktiv təlimin bir neçə elementlərindən istifadə etməyi nəzərdə tutmuşdum:
I element. Axtarış elementi: Proyekti əhatə edən biliklərin axtarışı, tapılması vətəhlilini özündə cəmləşdirir.
II element. Toplanan biliklərin təhlili.
III element. Toplanan biliklərin başqa sahələrə aid olan biliklərlə və reallıqla əlaqəsi; bu əlaqələrdən irəli gələn fərqlərin təhlili.
IY element. Proyektin təqdimatı.
Proyektin mövzusunu şagirdlərə elan edəndən sonra onlar müxtəlif mənbələrdənməlumat toplamağa başladılar. Ədəbiyyatdan, internetdən ekologiya nazirliyinin, neft şirkətinin saytlarından əldə etdikləri bilikləri topladıqdan sonra münasib olan məlumatları seçib, «Bilik bankı» yaratdıq. Bu «Bilik bankın» ətrafında uşaqlar öz çıxışlarını qurdular. Uşaqların axtarıb topladıqları bilik real həyatı əks etdirən biliklərdir.
Bu bir növ reallığı sinfə gətirmək, bu reallığın, yəni Xəzərin əslində necə olmağını və həqiqətən necəliyini müqayisə etmək idi. Bu strukturda qurulan fəaliyyət şagirdlərdə axtarış vərdişlərinin, informasiya çoxluğundan lazım olanı seçib toplamaq vərdişini yaranmasına şərait yaradırdı.
Dərsin məqsədi: Uşaqların öyrəndiklərinin əsasında Xəzərdə ekoloji fəlakətləriyaradan səbəblər və bu səbələrin aradan qaldırılması yollarının tapılması haqqında ətraflı muzakirələr aparmaqdır. Proyekt məktəbin akt zalında keçirildi. Zalın divarları mövzuya aid olan vəsaitlərlə: uşaqların çəkdikləri eskizləri illüstrasiyalarla şəkillərlə neft buruqlarının dənizin ortasında əks olunmuş maketlə, Xəzərin bitki və heyvanat aləmini əks etdirən şəkillərlə bəzədilmişdi. Layihələşdirdiyim dərsdə toplanan bilikləri iştirakçıların ixtiyarına verilmək üçün müəyyən etaplara bölərək, divarın görünən yerindən asıldı:
I. Xəzərin yaranma tarixi .
II. Xəzərin keçmişi və bu günü.
III. Xəzəryanı dövlətlər və rayonlar.
IY. Xəzəryanı rayonların məşğuliyyəti.
Y. Xəzərə tökülən çaylar.
YI. Xəzərin təbii sərvətləri.
YII. Xəzərin heyvanat aləmi və bitki örtüyü.
YIII. Xəzərin ekologiyası.
Təqdimat mərasimində məktəbin direktoru, müəllim kollektivinin bir qismi, 3,4,5-ci sinif şagirdləri və valideyinlər iştirak edirdilər. Uşaqların proyekt haqqında ilk təəssürat alındı. Çıxışlardan bir neçəsi:
Musa: Xəzərin uzunluğu 1200 km, eni 320 km-dir. Dünyanın ən böyük gölüdürÖlçüsünə, proseslərin xarakterinə, inkişaf tarixinə görə dəniz hesab olunur. Keçmişdə Xəzərin 100-ə qədər adı olub (Bakı, Kaspi, Qürqan və Kaspi adları indi də yaşayır). Əvvəllər Xəzər dənizi Qız qalası da daxil olmaqla çox geniş sahəni əhatə edirdi.
Əli: Xəzər dənizi mühüm xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Bu dəniz qədimdən qiymətli balıqların, xüsusilə nərələrin ovlanma məkanı kimi tanınmışdı. Balıq ehtiyatını artırmaq üçün balıq yetişdirmə müəssisələrində balıq körpələri yetişdirilir və dənizə buraxılır.
Murad: Xəzər təbii neft və qaz mənbəyidir. Onun dibi çox zəngindir.. Dənizdən çıxarılan neftimiz və qazımız dünyanın bir çox yerlərinə ixrac olunur və büdcəmizi onun gəlirləri ilə zənginləşdiririk.
Səfər: Xəzər dənizi böyük nəqliyyat əhəmiyyətinə malikdir. Daxili su yolları sistemi Xəzər dənizini Azov, Qara, Ağ, Baltik dənizləri ilə birləşdirir. Ən çox neft, meşə materialı, taxıl, pambıq və s. daşınır. Əsas limanları: Bakı, Həştərxan, Mahaçqala, Krasnovodsk, Aktau, Ənzəli arasında dəniz yolları işləyir. Sualtı boru kəməri nəqli də var. Sonra uşaqlara əlavə suallar verildi:
I sual: -Nə üçün Xəzərə göl deyilir?
Cavab: Hamlet – Xəzər qapalı su hövzəsi olduğu üçün ona göl deyilir. Xəzər necə yaranıb?
Toğrul: – Çoxlu çayların suyu ora tökülüb, su çoxalıb və göl əmələ gəlib,
həm də zəlzələ nəticəsində suyun qarşısı kəsilib.
Sual: -Xəzərin indiki vəziyyəti sizi qane edirmi? Sual ətrafında müxtəlif fikirləryarandı.
Əli: — Xəzərin sahilləri keçmişdə ümumi idi. Sahillərdə çoxlu qumlar var idi. Adamlar çimir və istirahət edirdilər. İndi isə dənizin sahilləri bölünüb, ayrı-ayrı adamların əlindədir.
Musa: — Xəzərin vəziyyəti məni keçmişdə qane etmirdi, çünki Xəzərə çoxlu nefttullantıları axır, evlərin, fabrik və zavodların çirkab maddələri dənizə tökülürdü, dəniz çirklənirdi. Bu da dənizdə yaşayan balıq və digər canlıları məhv edirdi. İndi isə sahillərdə təmizlik, abadlıq işləri görülür. Bu məni qane edir.
Zaur: — Xəzər dənizinin bu günü məni qane etmir. Çünki bəzi adamlar dənizinsahillərini zibilləyirlər. Dənizin suyuna çirkli maddələrqarışır və çimmək olmur. Uşaqlar daha bir sıra suallara:
a) Xəzər keçmişdə necə olub?
b) Xəzəryanı rayonların əhalisi nə ilə məsğul olur?
c) Xəzərin hansı dövlətlərlə əlaqəsi var?
d) Xəzərin suyu nə üçün şordur və necə olur ki, bu şor suda bəzi dəniz heyvanları və bitkilər yaşaya bilir? və s. suallardan sonra uşaqlara əsas suala yönəldilir:
— Əgər Xəzərin suyu artarsa, Bakının aqibəti necə olar?
Bu suala da müxtəlif cavablar verildi.
Zaur: — Əvvəllər Xəzərin suyu Qız qalasanı dövrəyə almışdır, Kür çayının yanında bəndlər olmasa Dəli Kürün dəliliyi başlayar, Kürün ətrafındakı rayonları su basar. Xəzərin suyu da çoxalar, Bakının küçələri və adamlar suyun altında qalarlar, Bəxti gətirənlər Qız qalasının başına qalxıb sağ qalarlar. Bəxti gətirməyənlər suda boğulub məhv olarlar.
Hamlet: — Xəzərə ən çox yay aylarında su axıdılır. Çünki bu aylarda qışda dağlara yağan qarlar əriyir, dənizə tökülən çayların suyu çoxalır, dəniz yatağından çıxır. Dəniz daşsa Bakıda dənizə yaxın yerlərdə həyat məhv olar.
Aslan: — Dənizin suyu çoxalsa adamlarla birlikdə maşınlar da suyun altında qalar.
Səfər: — Əgər Xəzərin suyu həddindən çox artarsa, nəinki Bakı, həm də Xəzəryanı rayonlar və Xəzəryanı dövlətlər də ziyan çəkərlər.
Musa: — Mən düşünürəm ki, Xəzər dənizinin suyu çoxalarsa dəniz yatağından çıxar, Qız qalası və şəhərin xeyli hissəsi, o cümlədən dənizə yaxın olan qurudakı neft buruqları da suyun altında qalar. Qurudakı neft kəmərlərinə böyük zərər dəyər, neft azalar.
İqtisadiyyatımıza ziyan dəyər. Neft azalarsa qiymətlər artar. Bu da əhalinin dolanmasına mənfi təsir edər.
Ülkər: — Xəzərin suyunun yatağından çıxması dənizkənarı parkımızı məhv edər.
Bakının dənizə yaxın olan kəndləri su altında qalar. Adamlar çox əziyyət çəkərlər. Sonra şagirdlər Xəzərin suyunun çoxalmasının qarşısını alınması usulları haqqında da öz fikirlərini söylədilər. Onlar eyni zamanda bildirdilər ki Xəzər bizim təbii sərvətimizdir. Biz onu ekoloji cəhətdən də qorumalıyıq ki, dənizdə olan canlılar məhv olmasın. Dənizin suyu, qumu insanlar üçün müalicə əhəmiyyətlidir. Əgər biz Xəzərin qeydinə qalsaq, qorusaq, o da öz təbii nemətlərini bizdən və gələcək nəsillərdən əsirgəməz.
Bütün çıxışlardan, əlavə suallara verilən cavablardan məlum oldu ki, mövzu haqqında uşaqlar kifayət qədər məlumatlıdırlar. Onların hər biri qoyulmuş problemi özünəməxsus tərzdə anlamış və əsaslandırmışdır. Bu cür dərs metodu uşaqları daha dərindən düşünməyə, çoxlu əlavə məlumatlar axtarmağa , öz öyrəndiklərini sərbəst şəkildə izah etməyə alışdırır. Ənənəvi təlim metodundan fərqli olaraq proyekt üsulu ilə keçilən dərslərdə şagirdlərin bilik dairəsi genişlənir, dünyagörüşləri, həyata baxışları dəyişir. Uşaqlar qoyulmuş problemi öyrənməklə kifayətlənmədilər, onlar eyni zamanda mövzunu iqtisadiyyatla, əhalinin məşğuliyyəti ilə, ekoloqiya ilə əlaqəsi , eyni zamanda problemin aradan qaldırılması, onun qarşısının alınması üsulları haqqında da öz fikirlərini çatdırdılar. Bu üsulla apardığım dərsdə mən şagirdlərdə ənənəvi üsulla apardığım dərslərdə görmədiyim cəhətləri, yəni müstəqil fikir yürütmək və onu əsaslandırmaq, fikirləri bir- biri ilə uzlaşdırmaq, səbirli olmaq , bir-birinə kömək göstərmək, ortalığa yoldaşları tərəfindən atılan ideyanı inkişaf etdirmək kimi bacarıqları gördüm. Ümumiyyətlə, proyekt dərsi şagirdlərə informasiya axınında özü üçün lazımi bilik toplamaq və vərdişlər yaratmaq üçün yeni bir pedaqoji prosesdir.