Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Hilalə Nəsibovanın konstruktiv təlimlə keçdiyi biologiya dərsləri. Müəllim şərhi. Bakı şəhəri Nərimanov rayonu 225 saylı orta məktəbin təlim tərbiyə üzrə direktor müavini.

Bunyatovanın konstruktiv təlim mərkəzində iki treninq kecdikdən sonra mən dərslərimi tədricən bu üsulla qurmağa başladım. Bir neçə müddətdən sonra bu üsullardan istifadə edərək IX sinifdə biologiyadan «Qan dövranının təkamülü, əhəmiyyəti. Limfa dövranı» mövzusunda nümayiş dərsi keçmək üçün öncə onu layihələşdirməli idim. Layihə nə deməkdir? Bunu mən necə başa düşürəm? Orta məktəbdə işlədiyim illər müddətində mən həmişə hər bir dərsə hazırlaşıb dərsin planını tuturdum. Planda bildiyimiz kimi dərsin məqsədini qoyandan sonra onun mərhələlərində nə edəcəyimi göstərirdim. Ev tapşırığının yoxlanılması, sorğu, yeni dərsin izahı və möhkəmləndirilməsində hansı sualları qoyub nəyi yoxlayacağımı, nəyi öyrədəcəyimi öncədən  düşünürdüm. Mən bir növ özüm üçün plan tuturdum ki, hansı fəaliyyətdə olacağam, nəyi yoxlayıb nəyi öyrədəcəyəm, biliyi hansı üsulla şagirdlərə verəcəyəm. Bundan fərqli olaraq, konsturktiv təlimlə apardığım dərsə hazırlaşaraq, dərsin layihəsini çəkib şagirdlərə düşünmək üçün hansı məntiqi sualları verəcəyimi, onların hansı fəaliyyətdə olacaqlarını göstərirəm. Şagirdlər onlara təqdim olunacaq yeni bilikləri hansı biliklərlə uzlaşdıracaqlarını göstərir, onların bu bilik təsəvvürlərində necə araşdırma aparacağını və s. işlərin görülməsini layihədə əks etdirirəm. Bu, bir növ mənim üçün şagirdin  inkişaf xəttinin, anlam yolu və bu anlamın təzahürü olan şagirdlər tərəfindən düşüncələrinin təqdimatının nə qədər dərin, geniş və uyğun olmasının konturlarıdır. İlk öncə mən dərsin məqsədini müəyyənləşdirirəm. Burada mənim məqsədim belə idi:

  1.  Şagidlərin öz biliklərini araşdırıb ondan çıxış edərək yeni bilik qazanmaq üçün şərait yaratmaq.
  2. Şagirdlərə dərsdə qazandıqları  biliyi praktik halda, gündəlik həyatlarında istifadə etmək yollarını göstərmək.
  3. Şagirdlərin komandada ortaq bir fikrə gəlmə vərdişini, nəticə çıxartmaq bacarığını inkişaf etdirmək.    

Bundan sonra mən dərsin elementlərini suallarla doldurmalı və hansı məntiqi

əməliyyatlar keçiriləcəyini nəzərdə tutmalıyam. Dərs prosesində ən vacibi şagirdlərin qoyulan suallara verəcəkləri cavablar, qazandıqları bilikləri təqdim etmələri və öyrənmədikləri bilik haqda fikir yürütmələridir. Bu da müasir pedaqogikanın tələblərinin ən önəmli yanaşmalarından biri özünüdərketmə, özünüanlama, özüinkişaf tələblərinə cavabdır. Konstruktiv təlimlə aparılan dərsin dizaynı və ya layihələşdirilməsi 7 elementdən ibarətdir:

I element. Mövzunun sistemdə yeri. Araşdırma.

Mövzunun bilik sistemində yerini tapmaq üçün mövzunun sağında və solunda ondan əvvəl və sonra gələn mövzuların adı ilə doldururam. Belə ki, aparacağım dərsin mövzusu «Qann dövranının olduğu üçün ondan əvvəlki dərs «Qan, qan plazması, formalı elementlər», ondan sonrakı mövzu isə «Tənəffüs» dür. Mövzunun sistemdə yeri, qan plazması, qan dövranının  təkamülü, əhəmiyyəti, tənəffüs mənə imkan verir ki, burada meydana çıxan suallarla  şagirdlərin keçmiş biliklərini araşdırıb, onlara qan dövranının təkamülü və əhəmiyyəti haqda  fikir yürütməyə istiqamət verim. Belə ki, bu mərhələdə  mən sinif qarşısında bir neçə sual  qoydum:

 Sual: -«Dövran» sözünün mənasını necə başa düşürsünüz? Dövran sözü ilə bağlı hansı prosesləri tanıyırsınız?

Şagirdlər komandada, yəni 4 nəfərlik qruplar şəklində, müzakirə edib, fikirlərini ümumiləşdirərək suala bu cür cavab verdilər.

  • Dövran dedikdə, qanın bədənin bütün damarlarda hərəkət edərək bütün hissəciklərə çatdırılması başa düşülür;
  • Dövran dedikdə, dövr etmək, dövr etmək dedikdə isə, nəyinsə bir yerdən başlayıb dövr edərək həmin nöqtəyə qayıtması başa düşülür, məsələn: qan və limfa dövranı;
  • Dövran dedikdə, qazın, suyun, qanın, planetlərin dövranı başa düşülür.

II element. Strukturlar.

a) məntiqi bilik struktruları.

Konstruktiv təlimdə şagirdlərin əqli fəaliyyətləri, düşüncələri, bir bilik vahidi üzrə yox, biliyin bir neçə vahidinin məntiqi quruluşları üzərində keçirilir. Yəni, «qan dövranı» biliyi başqa biliklərlə birləşir: «böyük və kiçik qan dövranı», «maddələr dövranı», «qazlar dövranı». Məntiqi əvəzetmə üsulundan istifadə edərək «insanın qan dövranını» «heyvanların qan dövranı» ilə əvəz edirəm. Bunu o məqsədlə edirəm ki, şagirdlərin qarşısına dərsdə insanların və heyvanların qan dövranında eynilik və fərqlər sualını qoyub, onların bu haqda biliklərini daha da dərinləşdirilməsini, 1 il öncədən keçilən biliyin üzərində bugünkü biliyi  qurum.. Biliyin bu cür quruluşu imkan verir ki, şagirdlər öyrənilən biliyi bir çox tərəflərdən  qiymətləndirsinlər, dərk etsinlər və gördükləri və bildiklərindən özləri nəticə çıxarsınlar.

b) fəaliyyət strukturları.

Fəaliyyət strukturları o deməkdir ki, müəllim şagirdlərin fəaliyyətini hansı istiqamətdə quracaq: «diskussiya» strukturunda, «dəyirmi masa» strukturunda, «rollar üzrə oyunda», «açın tapın», «telefon», «cütlükdə» və «komandada müzakirə» və sairə.

Hər bir struktur şagirdlərdə özəl sosial vərdişlərin yaradılmasına, onların düzgün və yerində  istifadə bacarığını əldə edilməsinə yönəlir. Məsələn, diskussiya strukturundan istifadə edərək mən hər bir komandada şagirdlərin bir- birinə qulaq asmaq vərdişlərinə, ortaq məxrəcə gəlib çıxmaq, lider seçmək, sual vermək, asta danışmaq və s. kimi bacarıqlara yiyələndirməyə çalışıram. Fəaliyyətin qaydalarını öncədən izah edib, nəzərlərinə çatdırıram.  Hər bir dərsdə bu qaydalara nə çür riayət etdiklərinə fikir verib dərsi idarə edirəm.  Şagirdlər qarşısına qoyulan sual belədir:

  • Qan-damar sistemi və limfa sistemi arasında nə kimi oxşar və fərqlər ola bilər? Bu sualda məqsədim o idi ki, şagirdlərin keçmədikləri bir şey haqda keçmiş biliklərinə əsaslanaraq yeni bilik yaratmaq üçün nə fikir yürütdüklərini müşahidə edim. Dərs keçilərkən şagirdlərin müzakirədən sonra cavabları belə oldu:
  • Qan damarlarla hərəkət edir, limfa sistemində düyünlər var;
  • Qan ürəkdən vurularaq ən kiçik hüceyrələrə çatdırılır və yenidən ürəyə qayıdır;
  • Limfa, damarların köməkçi aparatıdır. Onlar quruluşuna görə oxşardır.

III element. Məntiqi bilik əməliyyatları.

Bu nə deməkdir? Yəni bir biliyin üzərində məntiqi əməliyyatlar keçirdikdə bu bilik yeni keyfiyyətdə, yeni quruluşda şagirdlərin nəzərində canlanır. Bu əməliyyatları apararkən şagirdlər keçmiş bilikdən bugünkü biliyə, ya da bugünki bilikdən gələcək biliyə körpü salırlar.

  • «İnsan orqanizmi bu cür mürəkkəbliyə, aliliyə çatana kimi hansı pillələrdən keçməlidir?»olmasına xidmət edir.Bu iki bioloji sinfin arasında fərqlər oxşarlıqları axtarıb tapmağa sövq edirəm və bu sualların cavablandırılmasında şagirdlər məntiqi düşünmə vərdişləri yaradırlar. Dərsdə verilən cavablar belə oldu:
  • Onurğasız heyvanlar, onurğalı heyvanlar, insan;
  • Tarixi inkişaf prosesində baş verir və ən mükəmməli insan orqanizmidir.

IV element. Əlaqə.

Yuxarıda göstərdiyim suallar əlaqə kimi görünür. İnsan və heyvanın qan dövranı arasında oxşar və fərqlər anatomiya ilə zoologiya, dövran sözü ilə bağlı proseslərə müraciət etdikdə, anatomiya ilə astronomiya biologiya və coğrafiya fənləri arasında əlaqə yarandı. Yəni burada bilik bir tərəfdən bir mənada yox, çox mənada əlaqələndirilir. 

V element. Suallar.

Konstruktiv təlimin əsasını müəllimin qoyduğu suallar təşkil edir. Mən bir müəllim kimi dərsin hansı suallarla başlayıb hansı suallarla bitəcəyini bilməliyəm. Qoyduğum suallar şagirdlərin malik olduğu biliklərdən yeni biliklərlə əlaqəyə xidmət edir. Bununla bərabər şagirdlərin mövzu ətrafında meydana çıxan sualları olur. Dərs vaxtı uşaqlarda bəzi suallar yarandı. Məsələn: Əgər bu vaxta qədər inkişaf insan aliliyinə gətirib çıxarıbsa, bundan sonrakı inkişaf proqresə, yoxsa reqresə gətirib çıxaracaq?

Bu sual uşaqları dərindən düşünməyə sövq etdi . Cavablar belə oldu:

  •  Bu vaxta qədər proqres olubsa bundan sonra da  olacaq;
  • Bəlkə gəzən, uçan, üzən adama çevrildi və s.

VI element. Əlavələr və nəticələr.

Müəllim öz görümündən çıxış edərək bugünki mövzunu fənnin digər

bölmələri ilə, digər fənlərin bölmələri ilə əlaqəsini nəzərdə tutur.  Mən bu dərs üçün əyaniliklərlə bərəbər manometr, tablolar, mövzu barədə süjet hazırlamışdım.           Əlavələr nə qədər çox olsa, onda o fikir yürütmək üçün, fikri şaxələndirmək üçün zəmin yaradır.  Mövzu qan damarları, qan dövranı ilə bağlı olduğu üçün mən təzyiqin ölcülməsi, damarların  göstərilməsi,  limfa düyünlərinin müşahidəsini əlavə olaraq şagirdlərə  çatdırmağı nəzərdə  tutdum. Dərsdə şagirdlərin və dərsi müşahidə edən müəllimlərin birinin təzyiqini ölcərək,  yaranan fərqi göstərdim və sualla sinfə müraciət etdim: «Bunun səbəbi nə ola bilər?»

— Yaşdan, orqanizmdən və s. cavablar oldu. Şagirdlər özləri isə qulaq arxasındakı limfa düyünlərini barmaqları ilə axtarıb tapdılar və limfa düyünlərində heç dir şişkinlik müşahidə etmədikdə orqanizmlərində iltihab prosesinin getmədiyinə əmin oldular. Bununla belə dərsdə ürək və qan damarına aid bir videosujetə baxdılar və əyani şəkildə qan dövranını müşahidə etdilər. 

VII element. Təsəvvürün əks edilməsi.

Bu element  görülən işin nəticəsini ortaya çıxarır. Bu necə olur? Sinifdə yaradılmış  5 komandaya iş vərəqləri paylayıram. Buradakı 4-5 sual görülən işi əks etdirməyə xidmət edir. Bu suallar belədir:

  • Qanın dövri hərəkətinin necə əhəmiyyəti var?
  • Təkamülün ən aşağı pilləsində qan dövranı sistemində xarakterik xüsusiyyətlər hansılardır?
  • Limfa sistemi hansı orqanlardan təşkil olunub?
  • Təkamülün ən yuxarı pilləsində qan dövranı sistemində hansı inkişaf müşahidə edilir?
  • Limfa nədir və orqanizmdə onun nə kimi əhəmiyyəti var?
  • Vena damarları haqda nə deyə bilərsiniz?
  • Böyük və kiçik qan dövranında qanın tərkibi necə dəyişir?
  • nə üçün ürəkdən vurulan qan bütün orqan və toxumaları  qidalandırır?
  • Böyük qan dövranı haradan başlayıb harada qurtarır?
  • Limfa axacaqları haraya açılır?
  • Qan dövranı orqanlarına hansılar aiddir?
  • Kiçik qan dövranı haradan başlayıb, harada qurtarır?
  • Arteriyalar üçün hansı əlamətlər xarakterikdir?
  • Ürək əzələsi hansı əzələlərdən təşkil olunmuşdur?
  • Limfa dövranına hansı orqanlar aiddir?
  • Ağciyər venası ilə hansı qan axır?
  • İnsan ürəyi niyə 2 kameralıdır?
  • Nə üçün kiçik qan dövranında qazlar mübadiləsi gedir?
  • Şagirdlər komandada birlikdə işləyərək, kitabdan və əlavə vəsaitdən istifadə edərək cavab axtarıb tapır və bir-birini hazırlaşdırır və müəllimin seçdiyi, sıra rəqəmlərinə uyğun şagirdlər lövhə qarşısında cavab verirlər. Bu seçim şagirdlərdə məsuliyyət hissi yaradır, onlar kimin seçiləcəyini bilmirlər. Burada komandanın əsas məqsədi məsuliyyətlə bu işə yanaşmağı və bir nəfərin təqdimatından komandaya veriləcək qiymətdən asılı olduğunu göstərir. Təqdimatın sonunda qiymətləndirmə müəllim və şagirdin  iştiraki ilə aparılır. Bu zaman isə şaqirdlərdə diqqətli dinləmə, obyektivlik, əsaslandırma,  kənar amilləri ortalığa çıxartmaq  və s. bacarıqlara yiyələnirlər.

        Ümumiyyətlə, konstruktiv təlimlə apardığım dərslər ənənəvi usulla dediyim dərslərdən çox parametrlərdən fərqlidir. Bunlardan ən birincisi,  dərs darıxdırıcı olmadığından, şagirdlər fəal olurlar; onlar bir növ bilik  yaradıcılarına  çevrilərək, fəal surətdə sosial bacarıqlarını, yəni bir-birini dinləməyi, ortaq fikrə gəlməyi, düzgün seçim etməyi, öz fikrini əsaslandırmağı  və mökkəmləndirərək  vərdişə çevirməyə meyillənirlər. Konstruktiv təlim prosesində şagird tərəfindən öz düşüncə süzgəcindən keçirilib yaranan hər bir bilik, bacarıq eyni yolla do öz həyatı tətbiqini tapmağa kömək edir.  Bu üsulla əldə edilən hər bir bilik toplusunu passiv hissəsiyə yox, yaşamaq üçün  vasitəyə  çevirməlidir.

 

Mənbə: F. Bünyatova «Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr» 

Bakı 2008

Baxış: 20210

4 комментария to “Hilalə Nəsibovanın konstruktiv təlimlə keçdiyi biologiya dərsləri. Müəllim şərhi. Bakı şəhəri Nərimanov rayonu 225 saylı orta məktəbin təlim tərbiyə üzrə direktor müavini.”

  • Achiq dersi qiyabi dinledim ve beyendim. Men de bu fikirdeyem ki her bir dersin menbeyi derslik olmalidir -yeni muellim yeni dersin movzusuna ele dersde de muraciet edilmesini temin etmelidir .Bundan bashqa mesele tipli siallardan istifade edilmesi shagirdlerin nezeri biliklerinin praktiki tetbiqine ve dushunerek yadda saxlama verdishini yarader.(eger cavab yazmaq isteseniz chox xahish edirem ingilis herfleri ile yazin ki oxuya bilim.)

  • Симпатичный материал для статьи.!

  • HİLALƏ XANIM YASAMAL RAYONUNDA 225 SAYLI ORTA MƏKTƏBİN MÜƏLLİMİƏSİDİR.DİREKTOR MÜAVİNİDİR .COX-COX SAVADLI VƏ İŞGÜZARDIR.ONA İŞLƏRİNDƏ UĞURLAR DİLEYİROM

  • Thank you finding the time to talk about this important, Personally i think extremely over it in addition to true love figuring out regarding this kind of idea. As long as prospects, since arrive at skills, don’t you beliefs producing your favorite blog page by working with other important information? This can be very used for all of us.

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe