Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

«Kurikulum mərkəzində» «Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri» mövzusunda seminar

1 mart 2010-cu il tarixdə “Kurikulum mərkəzində” “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusunda seminar keçirilmişdir. Seminarı “Təhsil Problemlər İnstitutunun”direktoru akademik Abdulla Mehrabov giriş sözü ilə açaraq, seminarın interaktiv təlim olan “Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri” mövzusuna həsr olunduğunu bildirdi. Akademik Abdulla Mehrabov müzakirəyə çıxarılan məruzənin aktuallığını qeyd edərək, psixopedaqoqikanın yeni bir anlamını, yeni bir nano baxışını vurğulayaraq bu gün elmə nanonun gətirdiyi inkişafı pedaqoqika və psixologiya da gətirəcəyinə əmin olduğunu bildirdi və məruzə üçün sözü “İdrak məktəbi”nin direktoru Fatma xanım Bünyatovaya verdi.

Fatma xanım Bünyatovanın məruzəsi 4 əsas hissədən ibarət idi.

  1. Azərbaycan Respublikasının təhsil standartı olan “Milli Kurikulumun” həyata keçirilməsinin əsasları

  2. Bünyatovanın Konstruktiv Təlim texnologiyası və onun digər fəal, konstruktiv təlimlərdən fərqi

  3. Konstruktiv Təlimdə dərsin aparılması və dizaynı

  4. KT təhsilə hansı dəyişikliklər gətirəcək?

Fatma xanım Bünyatova Konstruktiv Təlimin üç strukturlu modelini açaraq, bu modelin özündə ehtiva etdiyi məntiqi bilik strukturlarını, məntiqi əməliyyatlarını və şagirdlərin təlim fəaliyyətlərini açıqladı. Şagirdin təfəkkürünün inkişafı məntiqi bilik strukturları üzrə qurulan, qarşılıqlı təlim fəaliyyətində olan məntiqi əməliyyat prosesindən keçir. Və bu prosesdə təlim məzmununun ənənvi strukturu sökülərək, yeni bir strukturda-üfüqi strukturda qurulur.

Məruzəçi yeni üfüqi quruluşda:

  • Piajenin biliyinin tamlıq məntiqinin;
  • Biliklərin invariantlığının;
  • Lütfi-Zadənin linqvistik məntiqinin;
  • Lütfi-Zadənin səlist və qeyri-səlist çoxluğunun;
  • Biliklərin məntiqi strukturlarının-Biliklərin nanostrukturlarının;
  • Nanostruktur biliklərin məntiqi modelləşdirilməsinin;

tapıldığını açıqlayaraq XXI əsrdə konstruktiv təlimin təhsilə aşağıdakı yenilikləri gətirəcəyini söylədi.

  1. Təhsilin texnoloji yolu məqsədlərin dəyişilməsinə gətirib çıxarır. Ənənəvi bilik,bacarıq və vərdişlər məqsədi, Anlam, Bilik, Tətbiq və Törəmə (Generasiya) ilə əvəz edilir.
  2. Məqsədlərin dəyişməsi sistemlərin dəyişməsinə gətirib çıxarır.Diskret halda (hissələr üzrə) öyrənilən biliklər tamlıq şəklində (kontekstdə) öyrənilir.
  3. Bilik vahidləri bir nanostruktur biliklərə çevrilərək təlimin məzmununu məntiqi modelləşdirir və bu model də təlim vaxtını 20-30% azaltmış olur.
  4. Pedaqoji prosesə yüksək texnoloji yanaşma, təlim və tərbiyyə prosesində yeni nanopsixopedaqoqika istiqamətini yaratmış olur. Bu da ki, yaşadığımız texnoloji əsrin tələblərinə uyğun gəlmiş olacaq.
  5. Bir sahəli düşüncə təfəkkürü çox sahəli düşüncə təfəkkürü ilə əvəz edilir.İnsan şüuru ilə manipulyasiya imkanı azalmış olur.
  6. Özü dərk, özü anlam, özü inkişaf yoluna düşən şagird təfəkkürü düşünmə mexanizminə yiyələnərək ömrü boyu düşünüb, axtarıb, bilib tətbiq etməyə meylli olacaq.

Məruzənin praktik hissəsində KT aparılan dərsin iki hissədən ibarət olduğunu, hər bir hissənin nəyə xidmət etdiyini və bu cür dərslərdə müəllim və şagirdin rolu, şagirdin inkişafının qiymətləndirilməsi barəsində təcrübədən irəli gələn misallarla aydınlaşdırdı. Məruzədən sonra çıxış edənlər-Kurikulum mərkəzinin direktoru, dosent Ənvər Abbasov, Kurikulum mərkəzinin işçiləri, alimlər, məktəb müəllimləri müzakirəyə çıxarılan problemlə bağlı öz rəylərini, təkliflərini söylədilər və onları maraqlandıran suallara ətraflı olaraq cavablar aldılar.

Seminarı bağlı elan edən akademik Abdulla Mehrabov TPİ-nin “İdrak məktəbi” ilə sıx əlaqə qurması ümumi işimizin, dövlətin təhsil standartı olan Milli Kurikulumun həyata uğurla keçirilməsinə xidmət edəcəyini vurğulamışdı.

Baxış: 3593

3 комментария to “«Kurikulum mərkəzində» «Konstruktiv təlim və nanopsixopedaqoqikanın perspektivləri» mövzusunda seminar”

  • Uğur olsun! Bu tədbirin şəkilləri də olsaydı, məncə, mənim kimi oxucuların ürəyincə olardı…

  • Salam. Mən bu seminarın canlı iştirakşılarından biriyəm.
    Mən bu təlimin çox gərəkli və müasir tədrisə gərəkli olduğunun bir daha şahidi oldum. Bu seminardan çox məmnun qaldım!
    Fatma xanıma da öz dərin təşəkkürümü bildirmək istəyirəm…Fatma xanımın keçirdiyi gərəkli, savadlı və çox önəmli seminarı biz təhsil işçiləri üçün cox vacibdir.
    Hörmətli Fatma xanım bir daha Sizə bu seminara dəvətə görə öz dərin minnətdarlığımı bildirirəm.
    Bu cür seminarın davamlı olmasını arzulamaq ümidilə…

    Hörmətlə, Almaz İsrail qızı
    204 saylı orta məktəbin biologiya müəllimi

  • fatma xanım:

    Hörmətli Almaz xanım! Növbəti körüş şəhər məktəblərinin birində KT aparıln nümayiş dərs olacag.
    Hörmətlə Fatma xanım.

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe