Posts Tagged ‘YOES-’
«Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES» layihəsi çərçivəsində 22-24.2014 Trabzonda keçirilən treninq materiallarIndan.
«Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES» layihəsi çərçivəsində 22-24.2014 Trabzonda keçirilən treninq materiallarIndan.
Treninq iştirakçıları üçün Read the rest of this entry »
Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi
Martın 21-25-i Trabzonun Zorlu Qrant otelində “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi keçirilmişdir. Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş, Azərbaycandan Özəl “İdrak məktəbi” Konstruktiv təlim məktəbinin yaradıcısı Fatma xanım Bunyatova apardılar.
Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı, Qəbələ müəllimləri, Türkiyədən isə Trabzon , Rizə , Ankara müəllimləri iştirak edirdi.
Treninqin 3-cü günü Trabzonun BVƏ ilk öyrətim okulunun IV sinifində treninq iştirakçıları üçün riyaziyyat dərsindən “Onluq kəsir” mövzusunda master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri Fatma xanım Bunyatova apardı. Dərs Konstruktiv təlimlə qurulmuşdur. Bu dərs xüsusilə şagirdlərin biliklərinə əsaslanmışdır. Şagirdlər öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin məntiqi sualları və əsasları əsasında bir biliyi başqa biliyə çevirərək, sadə bilikdən mürəkkəb biliyə gedən yolda öz biliklərini qurmuş oldular. Read the rest of this entry »
Baxış: 1848«Liderlik, innovativ müəllim və innovativ dərs» treninqi
Fevral ayının 15-i İrşad otelin Konfrans zalında “Azərbaycan- Türkiyə Yeni ortaq Eğitim Sistemi -YOES” layihəsi çərçivəsində “Liderlik, innovativ müəllim və innovativ dərs” mövzusunda növbəti treniniqimiz keçirildi. Treninqi Türkiyədən- Morfo Akademisinin Yaradıcısı, Eğitmen, Koç Arzu Aktaş və Özəl “İdrak məktəbi”nin direktoru , Konstruktiv Təlim Mərkəzinin yaradıcısı Fatma xanım Bunyatova apardı. Treninqdə Bakı şəhərinin müəllimləri ilə bərabər Təhsil Nazirinin müşaviri Ağababa İbrahimov iştirak edirdi.
Treninqdə liderlik keyfiyyətləri hansılardır və ona hansı yollarla yiyələnməyi göstərən Arzu xanımdan sonra, Fatma xanım bu keyfiyyətləri sinif otağında şagirdlərdə necə yaradılmasını, hansı təlim və əqli fəaliyyətlərin formalaşmasının əsaslarını göstərdi. Treninqdə yaradılan yeni yanaşma ilə dərs modelini ənənəvi və fəal təlimlə aparılan dərs modelləri ilə müqayisə edən müəllimlər konstruktiv yanaşma ilə interaktiv təlimin nə qədər sadə, anlamlı olduğu ilə bərabər, nə qədər keyfiyyətli , şagirdlərə başa düşüləsi və rahat olduğunu dərk etdilər. Read the rest of this entry »
Baxış: 1939Toplama və çıxma əməlinin qarşılıqli əlaqəsi
Fatma xanım Bunyatova
Sentyabrın 28-30 Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Sistemi -YOES layihəsinin birinci mərhələsinin pedaqotreninqləri kecirilmişdir http://www.idrak-m.com/?p=4022. Treninqlərin keyfiyyəti adətən treninq iştirakcılarının sonda təqdim etdikləri məhsullarla, onların əhəmiyəti ilə qiymətləndirilir. Sentyabrda aparılan treninqlərdə 20 müəllim iştirak etmişdi və bir o qədərdə interaktiv üsulla qurulan dərslərin təqdimatı edilmişdir. Təqdimatlar demək olar ki bütün fənnləri
Baxış: 2449İstanbul görüşləri.
Fatma xanım Bunyatova
Ankaradan İstanbula günorta vaxtı çatdıq. Samandara dayanacağında bizi «Ögretmen Akademisi Vagfı» qenel başqanı və təsisçisi Kayhan Karlı qarşıladı və İstanbulun modern mərkəzlərindən biri olan Ataşehirə gətirdi.
Nahar zaman süfrə arxasında işgüzar söhbətimiz başladı. Kayhan bəy İstanbulda və ümuiyyətlə Türkiyədə təhsilin inkişafı barəsində ətraflı söhbət etdi. Harvard və Oksford universitetlərində təhsilin yeniləşdirilməsi yolları , aldığı biliklər haqqında danışdı. Mənim ona bu yenilikləri necə həyata keçirirsiniz sualıma belə cavab verdi. “Bir neçə il bundan əvvəl bir bankdan ödül qazanmışdım. O ödülün köməyi ilə bir Vaqf yaratdım və müəllimlərə kouçluq eləməyə başladım. Kouçdan keçən hər bir müəllim öz məktəbində bu biliklərli paylaşaraq məktəblərinə yeni düşüncə mədəniyyəti gətirmiş oldular. Bax, bu yolla hər kouçinqdən sonra müəllimlər öz sinif otaqlarında təlim mühitini dəyişdirərək iş yoldaşları ilə öz biliklərini paylaşaraq onlara məktəbdə kouçluq eləməyə başladılar.”
-Bu kouçinqlərdə iştirak edən müəllimlər dövlət məktəbinin müəllimləri, yoxsa Read the rest of this entry »
Öyrənməyi öyrədənlərinin təlimləri.
Fatma xanım Bunyatova
Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Sistem – YOES layihəsinin aparıcı qüvvələri, bu layihəni həyata kecirənlər -müəllimlərdir. Bu layihə Azərbaycan Respublikasının təhsil satandartı olan Kurikulumun inkişaf yollarını təlimdə göstərməkdir. Bugün, zamanın tələbi ilə, müəllim bilik verən yox , bilik qazanma yollarını öyrədən olmalıdır. Şagirdin əsl biliyi onun özünün qazandığı bilikdir. Cəmiyyətimiz məktəblərin qarşısında sürətlə dəyişən, qloballaşan dünyamızın templərinə uyğun düşümcəli, ünsiyyətli, komandalarda işləmək bacarığı olan bir gəncləri yetişdirməyi məqsəd qoyur.
Hər bir müəllim bu tələbləri yerinə yetirmək ücün öncə özü öyrənməlidir ki öyrənməni necə öyrətsin.
Türkiyə Yenilikci Müəllimlər Forumu-2012
İyunun 26-28 Türkiyə Milli Təhsil Nazitliyi Ankara Başöyrətmən evində Türkiyə təhsilini yeniləşdirməyə istiqamətlənən “F@TİH” layihəsi əsasında “Yenilikci Müəllimlər Forumu -2012” kecirilmişdir. Foruma Türkiyənin bütün bölgələrinin müəllimləri iştirak edirdi. Bu foruma Azərbaycandan bir qrup müəllimdə qatılmışdı. Read the rest of this entry »
Baxış: 2349