Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi

trabzonMartın 21-25-i  Trabzonun  Zorlu Qrant otelində   “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES”  layihəsi  çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi  keçirilmişdir.  Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş,  Azərbaycandan Özəl “İdrak məktəbi”  Konstruktiv təlim məktəbinin yaradıcısı  Fatma xanım Bunyatova apardılar.

Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı,  Qəbələ müəllimləri,  Türkiyədən isə  Trabzon , Rizə , Ankara müəllimləri  iştirak edirdi.

Treninqin  3-cü  günü  Trabzonun BVƏ  ilk  öyrətim okulunun   IV sinifində   treninq iştirakçıları üçün  riyaziyyat  dərsindən  “Onluq kəsir”  mövzusunda  master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə  Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri  Fatma xanım Bunyatova  apardı.  Dərs  Konstruktiv  təlimlə  qurulmuşdur. Bu dərs xüsusilə  şagirdlərin biliklərinə əsaslanmışdır.  Şagirdlər  öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin  məntiqi sualları və əsasları əsasında  bir biliyi başqa biliyə  çevirərək, sadə  bilikdən   mürəkkəb  biliyə gedən yolda öz biliklərini  qurmuş oldular.

Dərsin sonunda şagirdlərin onlara    ünvanlanan — “Siz bu dərsdə nə öyrəndiniz?  Hansı  yeniliklərlə qarşılaşdınız?”   suallarına cavabları belə oldu :

-“Öğretmen,  biz arkadaşlıkda  çalışmayı  öğrendik, bir-birimize  kafamızdakı olanları söyledik  ve cevabı doğru  bulduk.”

-“Öğretmen,  siz bize heç ne öyretmediniz” – deyərək uşaqlardan biri  qəbahət söz işlətmiş  kimi tez  ağzını əli ilə tutdu. –“Biz sizin sorularınızı cevaplandırdıq ve  kendi biliyimizi yaratdıq.”

-“Öğretmen , siz  öyle sorular sordunuz ki, cevaplandırdık  ve   öğretmenimiz bize söyledi ki, şu dersi biz 15-20  gün  sonra keçəcəyik”

-“Öğretmen , artık öğretmenimiz bize sakin olun demeyecek, sağ el dedikde sakin olub, onu dinleyeceğiz”.

Bu 10 yaşlı uşaqların görümləri və fikirləri  idi. Diqqət çəkən şagirdlərin hamısı   eyni  cümlə  strukturunda  öz  daxili  görümlərini   çəkinmədən  tam açıqlayırdılar. Qoyulan sualların  cavabları  isə   konstruktiv təlimin  mahiyyətinin   10 yaşlı  uşaqlar tərəfindən  açılması idi.

Baxış: 1823

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe