Posts Tagged ‘şagird görümü’
Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi
Martın 21-25-i Trabzonun Zorlu Qrant otelində “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi keçirilmişdir. Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş, Azərbaycandan Özəl “İdrak məktəbi” Konstruktiv təlim məktəbinin yaradıcısı Fatma xanım Bunyatova apardılar.
Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı, Qəbələ müəllimləri, Türkiyədən isə Trabzon , Rizə , Ankara müəllimləri iştirak edirdi.
Treninqin 3-cü günü Trabzonun BVƏ ilk öyrətim okulunun IV sinifində treninq iştirakçıları üçün riyaziyyat dərsindən “Onluq kəsir” mövzusunda master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri Fatma xanım Bunyatova apardı. Dərs Konstruktiv təlimlə qurulmuşdur. Bu dərs xüsusilə şagirdlərin biliklərinə əsaslanmışdır. Şagirdlər öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin məntiqi sualları və əsasları əsasında bir biliyi başqa biliyə çevirərək, sadə bilikdən mürəkkəb biliyə gedən yolda öz biliklərini qurmuş oldular. Read the rest of this entry »
Baxış: 1823