Posts Tagged ‘innovativ dərs’
Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi
Martın 21-25-i Trabzonun Zorlu Qrant otelində “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi keçirilmişdir. Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş, Azərbaycandan Özəl “İdrak məktəbi” Konstruktiv təlim məktəbinin yaradıcısı Fatma xanım Bunyatova apardılar.
Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı, Qəbələ müəllimləri, Türkiyədən isə Trabzon , Rizə , Ankara müəllimləri iştirak edirdi.
Treninqin 3-cü günü Trabzonun BVƏ ilk öyrətim okulunun IV sinifində treninq iştirakçıları üçün riyaziyyat dərsindən “Onluq kəsir” mövzusunda master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri Fatma xanım Bunyatova apardı. Dərs Konstruktiv təlimlə qurulmuşdur. Bu dərs xüsusilə şagirdlərin biliklərinə əsaslanmışdır. Şagirdlər öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin məntiqi sualları və əsasları əsasında bir biliyi başqa biliyə çevirərək, sadə bilikdən mürəkkəb biliyə gedən yolda öz biliklərini qurmuş oldular. Read the rest of this entry »
Baxış: 1853Konstruktiv yanaşma ilə interaktiv təlimlə Ədəbiyyat fənnindən qurulan dərs nümunəsi .
Fatma xanım Bunyatova
Ədəbiyyat V sinif (A.Süleymanova və b.)
Mövzu: “Müəllimin arzusu”
Konstruktiv yanaşma ilə interaktiv dərs iki hissəli dərsdir. Dərsin birinci hissəsi üç mərhələdən ibarətdir. Hər mərhələdə görülən iş sonrakı mərhələ ilə əlaqəli olduğu üçün şagirdlər silsiləli təlim və əqli fəaliyyətdə olurlar. Şagirdlər 4 nəfərdən ibarət komandalarda təlim fəaliyyətində olurlar
Standart 1.1.1.; 1.1.2; 1.1.3; 1.2.4; 2.1.1.; 2.2.1.;
Məqsəd :
— şagirdlərin arzu haqqında anlamlarını üzə çıxartmaq və onu genişləndirmək;
-mətnə sual qoymaq, suala ətraflı cavab vermək, ifadəli oxu bacarıqlarını inkşaf etdirmək;
— şagirdlərin cütlükdə və komadada qarşılıqlı müzakirə bacarıqlarını inkişaf etdirmək;
Təlim fəaliyyətləri: cütlükdə oxu ; cütlükdə müzakirə ; komandada müzakirə; Read the rest of this entry »
Baxış: 7912Nəzakətli dovşan
Fatma xanım Bunyatova
Təhsil koucinqi müddətində hər bir müəllim öz seçimi ilə düzənlədiyi proqram üzrə inkişaf edir. İki mərhələdən ibarət olan kouçinqdə müəllim bugünki və gələcək dərslərini qurmağı öyrənərək həmdə onun təgdimatını edir. Read the rest of this entry »