Konstruktiv yanaşma ilə interaktiv təlimlə Ədəbiyyat fənnindən qurulan dərs nümunəsi .
Fatma xanım Bunyatova
Ədəbiyyat V sinif (A.Süleymanova və b.)
Mövzu: “Müəllimin arzusu”
Konstruktiv yanaşma ilə interaktiv dərs iki hissəli dərsdir. Dərsin birinci hissəsi üç mərhələdən ibarətdir. Hər mərhələdə görülən iş sonrakı mərhələ ilə əlaqəli olduğu üçün şagirdlər silsiləli təlim və əqli fəaliyyətdə olurlar. Şagirdlər 4 nəfərdən ibarət komandalarda təlim fəaliyyətində olurlar
Standart 1.1.1.; 1.1.2; 1.1.3; 1.2.4; 2.1.1.; 2.2.1.;
Məqsəd :
— şagirdlərin arzu haqqında anlamlarını üzə çıxartmaq və onu genişləndirmək;
-mətnə sual qoymaq, suala ətraflı cavab vermək, ifadəli oxu bacarıqlarını inkşaf etdirmək;
— şagirdlərin cütlükdə və komadada qarşılıqlı müzakirə bacarıqlarını inkişaf etdirmək;
Təlim fəaliyyətləri: cütlükdə oxu ; cütlükdə müzakirə ; komandada müzakirə;
Təlim texnologiyası: konstruktiv yanaşma ilə interaktiv təlim – F.Bunyatova.
Resurslar: dərslik, MMV , paylama materialları, multimedia, işçi vərəqləri, lüğətlər, təqdimat, kompyuter, proyektor.
Konstruktiv yanaşma ilə interaktiv təlimlə qurulan dərsin qısa şərhi.
Dərsin birinci hissəsinin mərhələləri:
I mərhələ
Axtarış və mövzuya aid anlamın üzə çıxarılması.
Bu mərhələdə mövzunun mənasını açmaq , şagirdlərin bu mövzü haqqında nə bildiklərini ortalığa çıxartmaq üçün, müəllim şagirdlərin qarşısına araşdırma-axtarış sualları qoyur.
Axtarış və anlamı üzə çıxartmaq üçün istifadə edilən suallar: nə? kim? bu söz sizə nə deyir? Siz bunu necə başa düşürsünüz? və s. Bu suallar şagirdlərin savadlılıq səviyyəsindən anlam, dərketmə səviyyəsinə qədər mətnin adının mənasının, anlamını hansı səviyyədə olduğunu müəyyənləşdirməyə istiqamətlənmişdir. Müəllimin qoyduğu suallar komandalarda müzakirə edilir və ortaq bir rəyə gəlinir. Bu məqamda eyni vaxtda bütün komanda üzvləri müzakirəyə qoşulur və hər kəsin rəyi komanda daxilində dinlənir. Bu zaman intensiv bilik mübadiləsi aparılır və biliklərlə paylaşma gedir. Komanda ümumi bir fikrə gəldikdən sonra komandadan seçilən liderlər tərəfindən təqdim olunan ümumi rəy, fikir sinif müzakirəsinə çıxarılır. Bu müzakirə mərhələsində komandaların gəldiyi rəylər dinlənilir, müqayisə edilir və mövzunun adının mənası birlikdə açılır. Hər bir mövzunun adı özündə , mövzuda keçən ideyanın yığcam mənasını kəsb edir. Mətnin adının anlamı –mənanın düzgün açılması , mətndə gedən əhvalat və yaxud qoyulan problem hər bir şagird təxəyyülündə özünəməxsus obrazın yaradılmasına şərait yaradır.
II mərhələ
Müəllimin əlavəsi.
Bu mərhələdə şagirdlərin şəxsi təxəyyülü vasitəsilə yaradılan obrazlara müəllimin əlavəsi olur. Müəllimin məntiqi əsaslarla , şərtlərlə yeni bilik elementlərinin əlavəsi, şagirdləri düşünərək, əqli əməllər edərək, bu yaranmış obrazda yeni çalarlar yaradaraq biliklərini genişləndirməyə sövq edir.. Yeni biliklər, müəllimin şagirdlərin əldə etmiş biliklərinin əsasında qoyduğu məntiqi şərtlərin əməlindən yaranır.
III mərhələ
Anlamın biliyə çevrilməsi
Bu mərhələdə şagirdlərin yaratdıqları anlam dəqiq biliklərə çevrilir. Bu çevrilmə dərslikdəki verilən tapşırıqlar üzrə və müəllimin verdiyi paylama materiallarında verilən tapşırıqların yerinə yetirilməsi zamanı alınır. Paylama materialı üzrə iş komandada aparıldığı üçün hər bir komandanın üzvü bu işə qoşulub müzakirə apararaq tapşırıqların yerinə yetirilməsində iştirak edir. Kollektiv işdə kollektiv müzakirə zamanı biliklər tətbiq edilərək möhkəmlənir və sözə çevrilərək qaydalaşma prosesinə düşür.
Bu mərhələdə də müəllimin dərslikdən verdiyi tapşırıqlar və ya paylama materialında verilən sual və tapşırıqlar sinif müzakirəsinə çıxarılır və bu zaman tapşırıqların nə qədər düzgün yerinə yetirilməsi üzə çıxanda hər bir şagirdin şəxsi biliyi bir daha da bu prosesdə nizamlanır.
Dərsin I hissəsinə 20-25 dəqiqə vaxt ayrılır. Bu vaxt müəllimin qoyduğu məqsədə əsasən dəyişə də bilər. Dərsin I hissəsinin bu üç mərhələsində şagirdlər komandada təlim və əqli fəaliyyətlərdə olaraq öz biliklərini məntiqi suallar, şərtlər və qaydalar əsasında düşünərək cavablandırır , yeni biliklər yaradaraq, öz bilik dünyalarını qururlar.
Dərsin ikinci hissəsi:
Dərsin 2-ci hissəsi 3 mərhələdən ibarətdir.
I mərhələ “İşçi vərəqləri üzrə iş”
Dərsin bu mərhələsində məqsəd şagidlərin əldə etdikləri biliyin işçi vərəqlərində verilən tapşırıqlar üzərində tətbiqi səviyyəsini yoxlamaqdır. Əsas məqsəd şagirdlərin qazandıqları biliklərin tətbiqinə, onun analizinə, sintezinə və qiymətləndirilməsinə yönəlir. Bu hissənin əsas məqsədlərindən biri də şagirdlərin əldə etdikləri biliklərin yaradıcı tətbiqi və onun müzakirəsidir. Bu məqsədin reallaşması işçi vərəqlərinin üzərində aparılan işlərlə olur. İşçi vərəqlərinin sualları biliyin inkişaf mərhələləri əsasında (H.Qardner) və yaxud , B.Bulumun İdrakın taksonomiyası əsasında qurulur.
Suallar sadədən mürəkkəbə doğru elə keçməlidir ki, komandanın hər bir üzvü öz səviyyəsinə uyğun tapşırığı yerinə yetirə bilsin. İşçi vərəqləri üzrə iş yerinə yetiriləndən sonra seçilən öncüllər tərəfindən sinifdə təqdimat edilir.
II mərhələ
Komandalarda görülən iş müəllimin və yaxud komandanın özünün seçdiyi lider tərəfindən təqdim edilir. Təqdimat olunanda cavabların düzgünlüyünə , gəlinən nəticələrin əsaslığına və yaradıcı tətbiqə diqqət yetirilir. Bu təqdimatlarda sinifin bütün şagirdlərinin fikri , işi olduğundan müzakirələr çox böyük diqqətlə dinlənilir və müəllimlə bərabər komanda üzvləri tərəfindən qiymətləndirilir. Dərsin bu yekun hissəsində şagirdlərin əldə etdikləri biliklərin müzakirəsi zamanı bir daha onların bilikləri çevrilməyə məruz qalaraq möhkəmlənir. Bu dəyişən, yeniləşən bilik şagirdlərin təfəkkürlərində olan bilik sistemində öz yerini daha da möhkəmləndirir.
III mərhələ
II hissənin son mərhələsi olan refleksiyada (daxili görümün üzə çıxardılması) qoyulan məsələnin , söz ilə görümün dəqiq təsvirində yaranan bilik strukturlarını izləmək olur.
Dərsin birinci hissəsinin gedişatı
Araşdırma sualları :
Müəllim araşdırma sualları vasitəsi ilə şagirdlərin mətnin adının anlamını üzə çıxardır və bu anlamı genişləndirərək şagirdlərə mətndə nədən söhbət getdiyini özləri üçün müəyyənləşdirməsinə şərait yaradır.
Təlim fəaliyyəti “komandada müzakirə”; şagirdlər komandada asta tonda müzakirə apararaq , bir-birinin fikrini dinləyərək ümumi bir nəticəyə gəlirlər və komandadan seçilən öncül komandaların rəyini bildirir.Alınan cavabları müəllim ümümiləşdirəndən sonra yeni bir sual verir.
Şagirdlərin cavabları dinlənilir. Əgər cavablar təkrarlanırsa onda sual qoyulmalıdı: Nəyə görə siz yoldaşlarınızın fikri ilə razısınız?
2. Müəllimin əlavəsi
Müəlim: Bugünkü mövzumuz “Müəllimin arzusu” hekayəsidir. Bu hekayəni yazıçı Gülhüseyn Hüseynoğlu yazmışdır (yazıçı haqqında qısa məlumat verilir.
Cavablar dinləniləndən sonra müəllim hekayəni qısa şərh edir, Müşviq haqqında bilgi verir
3. Anlamın biliyə çevrilməsi.
Dərsliklə iş.
Müəllimin tapşırığı:
1) hekayəni cütlükdə oxuyun;
2) tanış olmayan sözləri seçin və izah edin;
3)paylama materialında verilən sualları komandada müzakirə edərək cavblandırın; (paylama materiallarının sualları hər bir komandaya ayrı –ayrı olanda müzakirə dairəsi geniş və həmdə maraqlı olur)
Paylama materiallarının nümunəsi
- Əsərin ideyasını ( “ideya” latın mənşəli sözdür və onun mənası: o, nə görünürsə,) hansı cümlələrlə ifadə edərsiniz? Nəyə görə bu cümlələri seçdiniz?
- Hekayəyə 4-5 sual qoyun.
- Şagirdlərin hansı maraqlarını aşkar etdiniz?
Bu tapşırığa ayrılan vaxt bitdikdən sonra şagirdlərin oxusu müəllim tərəfindən seçimlə yoxlanılır və yeni sözlərin izahatı dinlənilir. Bundan sonra komandadan seçilən öncüllər paylama materialında sualların cavablarını təqdim edir , onların müzakirəsi keçirilir , bu zaman biliklərin paylaşması və biliklərin yenidən qurulması prosesi davam edir. Birinci hissə müəllimin komandaların cavablarının ümumiləşdirməsi və əlavələri ilə nəticələnir.
Dərsin II hissəsinin gedişatı
- 1. İşçi vərəqləri üzərində iş
İşçi vərəqlərindən nümunə:
(Bu dərsə 2 saat vaxt ayrıldığı üçün 1-ci saatda işçi vərəqlərində mövzuya qoyulan suallar biliyin əldə edilməsinə, onun başa düşülməsinə , şərh edilməsinə , nəql edilməsinə, əks edilməsinə yönəlmişdir .)
2.Görülən işin təqdimatı
Təqdimat komandada seçilən və ya müəllim tərəfindən nömrələrlə seçim edilən öncüllər(liderlər) tərəfindən təqdim olunur və müzakirə edilir. Müzakirə zamanı müəllim cavabları qəbul edir, amma qiymətləndirmə məqamında sinifə “düzdür?, düz deyildi? sualları ilə müraciət edir)
- 2. Qoyulan meyyarlarla komandaların işinin qiymətləndiriliməsi və refleksiya.
Komandaların təqdimatı müəllim və şagirdlər tərəfindən qiymətləndirilərək sonda və ortaq qiymət çıxarılır.
- 3. Ev tapşırəğı: Mikayıl Müşviq, Gülhüseyn Hüseynoğlu və Zəhra Salayeva haqqında əlavə material toplayın.
“Müəllimin arzusu” mövzusunun ikinci saatı
Dərsin I hissəsi .
Bu iş müəllimin və şagirdlərin öncədən M.Müşviq, Gülhüseyin Hüseynoğlu və Zəhra Salayeva haqqında hazırladıqları materiallar əsasında görülə bilər. Görülən işin nəticəsi sinif müzakirəsinə çıxardılır və müzakirə zamanı biliklər ictimailləşir.
Mətn üzrə iş aparılır.
M.Müşfiq, Gülhüseyn Hüseyn oğlu və Zəhra Salayeva haqqında əlavə məlumat üzərində iş.
- Alınan biliklərin müzakirəsi və paylaşması.
Bu iş müəllimin və şagirdlərin öncədən M.Müşviq, Gülhüseyin Hüseynoğlu və Zəhra Salayeva haqqında hazırladıqları materiallar əsasında görülə bilər. Görülən işin nəticəsi sinif müzakirəsinə çıxardılır və müzakirə zamanı biliklər ictimailəşir.
Dərsin II hissəsi
Bu mərhələdə mətn üzrə iş aparılır.
Bu iş B.Blumun taksonomiyasına əsasən və ya H.Qardnerin “Çox sahəli zəka” nəzəriyyəsinə uyğun olaraq qurula bilər. Mətn üzrə iş müəllimin hazırladığı işçi vərəqlərində aparılır.
1. B.Blumun taksonomiyasına əsasən hazırlanan işçi vərəqlərindən nümunə http://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D0%BA%D1%81%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%B8%D1%8F_%D0%91%D0%BB%D1%83%D0%BC%D0%B0
http://mix.az/interesting/page,1,2,48669-muasir-tehsil.html
2. H.Qardnerin “Müxtəlif üsullarla dərketmə zəka nəzəriyyəsi” http://www.tehsilproblemleri.com/?p=1490 əsasında hazırlanan tapşırıqlar. Bu tapşırıqların yerinə yetirilməsi üçün yaradılan qruplar spontan ( şagirdlərin istəklərinə əsasən) və ya müəllim tərəfindən formalaşdırılan ola bilər; tapşırıq fərdi halda da yerinə yetirilə bilər.
3.Tapşırıqların təqdimatı və müzakirəsi.
4.Refleksiya
5.Qiymətləndirmə meyarları:
1. Komandada birgə fəaliyyətin səviyyəsi
2.Asta danışmaq bacarığı
3.Əsaslı sual qoyma bacarığı
4.Verilən suala əsaslı cavab verilməsi
5.Hekayənin düzgün planlaşdırılması
Qrup numayəndəsi və ya fərd özü işini təqdim edir , müzakirə edilir.
3. Qiymətləndirmə və refleksiya.
Hər iki tapşırığın qiymətləndirmə meyyarları fərqlidir.
C.Blumun taksonomiyasına əsasən qurulan tapşırıqlarda şagirdlərin əqli bacarıqlarının səviyyəsinin ölçüsü əsas götürülür.
Meyyarlar belə ola bilər:
-cavabın məntiqi əsaslandırması;
— bir bədii formadan o birisinə çevirmə;
-düzgün seçim etmək;
-təxəyyülün əks edilməsi;
-qiymətləndirmə;
-yaradıcılıq;
— komandada birgə fəaliyyətin səviyyəsi;
H,Hardnerin “Çox sahəli zəka” nəzəriyyəsi əsasında hazırlanan işçi vərəqlərinin qiymətləndirmə meyyarları:
-Hekayənin ardıcıllıqla nəql edilməsi;
-məntiqi sualların düzgün əsaslarda qurulması və cavablandırılması;-
— daxili görümün obrazlı təsviri;
-təxayülün dolğun cümlələrlə əks edilməsi;
-rollar üzrə oyunda rollara uyğun cıxış;
— şeirləri dinlədiyiniz zaman yaşadığız duyquların təsviri;
—düzgün secim etmək;
-təxayülün əks edilməsi;
-qiymətləndirmə;
-yaradıcılıq;
təhlil;
komandada birgəfəaliyyətin səviyyəsi;
Təqdim olunan konstruktiv yanaşma ilə interaktivdərs nümunəsində oxu strategiyasının hər üç mərhələsi : oxudan əvvəl , oxu zamanı və oxudan sonra 1-ci dərsdə öz açıqlamasını şagird fəaliyyətində tapdı. Dərsin 2-ci saatında oxudan sonrakı proses yüksək idraki bacarıqlarının yaradılmasına və onların inkişafına yönələn fəaliyyətlər aparılmışdır. Bu fəaliyyətlər B.Blumun taksonomiyası — tətbiq, təhlil , sintez, qiymətləndirmə səviyyəsində göstərilmişdir. Bununla yanaşı H.Qardnerin “Cox sahəli dərk etmə nəzəriyyəsi” əsasında hər bir şagirdin daxili yaradıcı potensilanın açılmasına istiqamətlənmiş tapşırıqlar , bu potensialın açılmasına zəmin yaradır. Dərsin quruluşunda göstərilən şagirdlərin təlim fəaliyyətləri ilə bərabər əqli fəaliyyətləri bu prosesdə iştirak edən hər bir şagirddə sosial vərdiş və bacarıqların yaradılması ilə bərabər intellektual bacarıqlar da yaradır. Bu rejimdə işləyən şagirdlər tədricən bu bacarıqları öz təfəkkürlərinin və davranışlarının işlək mexanizminə çevirərək , onlardan dərketmə və ünsiyyət qurma prosesində bir alət kimi istifadə etmək bacarığına yiyələnirlər.
Müəlliflər tərəfindən mövzüya qoyulan standartların acıqlamasını göstərməklə bu standartların reallaşmasının və gözlənilən nəticəni göstərmək istərdik.
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə izah edir.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı diskussiya və təqdimatlarda istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini obrazlı sözlərdən və ifadələrdən istifadə etməklə şərh edir.
Dərs ərzində standartların reallaşması istiqamətində qoyulan suallardan standartların reallaşması və standartlardan kənar nə qədər blik və bacarıqların inkişafı getdiyini sadəcə görmək çox çətin deyildir. Bu standartda göstərilməyibdir. Bunların əksəriyyəti yüksək idraki yəni düşüncə bacarıqlardır. Buna psixologiya elmində metakoqnitiv bacarıqlar da deyilir. Bu bacarıqlar bir səviyyədən o biri səviyyəyə yumşaq keçid edərək bilikdən qavramaya, qavramadan tətbiqə, tətbiqdən təhlilə, təhlldən sintezə, sintezdən qiymətləndirməyə və qiymətləndirmədən yaradıcılığa gətirib çıxarır. Bununla yanaşı hər bir şagirdin düşüncə tərzinə uyğun tapşırıqların olması onlara təbii düşüncə axarında inkişafa imkan yaradır. Bütün bu proseslər dərs ərzində müəllim tərəfindən qoyulan tapşırıq və sualların cavablandırılmasından əmələ gəlir. Və əgər bizim dərslərimizdə daima bu sadalanan idraki proseslər getsə onda kurikulumun önə çəkdiyi məqsədlərə nail olmaq çox da çətin olmaz.
P.S Bu yazı bu mövzunun bir variantıdır. Müəllimin texniki cəhətdən imkanı belə olmasa bu ardıcıllıqla qurulan dərs yenə də öz keyfiyyətini göstərəcəkdir, çünki dərs prosesində texnika köməkçi vasitədir, dərsin özülü isə metodologiyadır.
Fatma xanım Bunyatova “İdrak məktəbi»nin direktoru
Baxış: 7828