YENİ TƏLİM TEXNOLOGİYALARI – Konstruktiv yanaşma ilə interaktiv dərs.
Svetlana Əliyeva
Xızı rayonu Giləzi kənd tam orta məktəin ibtidai sinif müəllimi
a.svetlana@box.az
Müasir dərsi layihələşdirərkən calışıram ki, yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edim. Bu inteqrativ yanaşmada bir çox və eyni zamanda müxtəlif sayda texnoloji proqramları təlim texnologiyaları ilə sintez edərək yeni kontekstdə istifadə etmək bir pedaqoq kimi müəllimdən yüksək bilik və bacarıq tələb edir. Bu bacarıqlara yiyələnmək üçün daima öz üzərində işləməli , müxtəlif treninqlərdən, kurslardan keçərək öz biliklərimi artırmalıyam.
XXI əsrin texnologiyalar əsri olması təhsilimizə bir çox yeniliklər gətirdi. Azərbaycan Respublikasının “Təhsil Sahəsindiə İslahatlar Proqramı “ çərçivəsində Təhsil Nazirliyi tərəfindən aparılan treninqlər və digər təşkilatların bu sahədə apardıqları iş biz müəllimlərə yardımçı olmuşdur.
Alınan biliklər — təlimdə yeni yanaşmalar tədris prosesində tətbiq edərkən şagirdlərin marağına səbəb olur. Şübhəsiz ki, uşaqlar maraqlarına səbəb olan hər bir görüntünü yüksək həvəslə öyrənməyə çalışırlar.
Artıq beş ildir ki, məktəblərimizdə dərslər fəal (interaktiv) təlim əsasında qurulur. Bununla yanaşı yeni təlim təlim texnologiyaları da tətbiq edilməyə başlanıbdır. Bunlardan biri də “Konstruktiv yananaşma ilə interaktiv təlim”dir.
“Konstruktiv yanaşma və interaktiv təlim” treninqin iştirakçısı olduqdan sonra dərslərimi bu təlimin verdiyi istiqamətdə qururam. Mən bunun nəticələrini ilk günlərdən gördüm. Bu təlim texnologiyasının bir çox üstünlükləri var. İlk öncə onu deyə bilərəm ki, konstruktiv təlimlə qurulan dərsdə demək olar ki, heç şagird təlimdən kənarda qalmır, ən zəifi belə aktivləşir və fəallıq göstərməyə çalışır və keçmiş biliklərə əsaslanaraq, yeni biliklər yaradır. Burada biliyə sərhəd qoyulmur. Motivasiyanın açılmasına sərf olunan vaxt mövzunun mənasının, anlamının açılmasına sərf olunur. Şagirdlər mövzü haqqında biliklərini ortalığa çıxardaraq bir-biri ilə paylaşır və bu paylaşma onlara yeni biliklər əldə etməsinə yardımçı olur. Konstruktiv təlim idraka əsaslanan təlim olduğu üçün burada təfəkkür və təxəyyül mühüm rol oynayır. Ümumiyyətlə, konstruktiv təlimlə qurulan dərsdə şagirdlərin qazandıqları bilik və bacarıqlar hamısı bütövlükdə idraki bacarıqdır. Bu dərs interaktiv şəraitdə keçdiyi üçün şagirdlərdə müsbət mənəvi keyfiyyətləri inkişaf etdirir, onlarda sosial bacarıq və vərdişlər yaradır.
Konstruktiv yanaşma ilə interaktiv təlimdə dərs iki hissədən ibarətdir. Bir-biri ilə sıx bağlı olan bu sonda bir məqsəd daşıyır: İKT ilə pedaqoji texnologiyanın inteqrasiya etməklə şagirdlərin təfəkkürünü və təxəyyülünü inkişaf etdirərək onların yaradıcı potensialını ortalığa çıxartmaq və hər birinin öz istiqamətində inkişaf etməsinə yardımçı olmaqdır.
Bu təlimlə hazırladığım dərs nümunəsini həmkarlarımla bölüşmək istərdim.
II sinif
Mövzu: “Ayı və Şir” (A.Səhhət)
Standart: 2.2.1; 2.2.1.
Dərsin məqsədi:
-Şagirdlərin heyvanlar haqqında anlayışlarını üzə çıxartmaq və genişləndirmək;
Şagirdlərin əsərin ideyasını müəyyənləşdirmək bacarıqlarının yaradılmasının, onların əsərə yaradıcı və tənqidi təfəkkürlərinin inkişaf etdirmə;
-Şagirdlərin bir-birini dinləmək, köməklik göstərmək sözə qulaq asmaq , pisi yaxşıdan seçmək bacarıqlarını inkişaf edtirmək;
Təlim fəaliyyəti: cütlükdə müzakirə; cütlükdə oxu; komandada müzakirə;
Təlim texnologiyası: Konstruktiv yanaşma ilə interaktiv təlim.
Resurslar: Dərslik, iş vərəqləri, kompyuter, proyektor, interaktiv lövhə, qiymətləndirmə cədvəli, marker.
Konstruktiv yanaşma ilə interaktiv dərsin quruluşu. Bu iki hissəli dərsdir : I hissə və II hissə
Şagirdlər dörd nəfərlik komandalara ayrılır. Onların komanda daxilində hansı formada işləyəcəkləri haqqında qaydaları xatırladıram.
Şagirdlərə müraciət edilən suallar ilk olaraq komandada müzakirə edilir. Onlar ümümi bir rəyə gələndən sonra öz fikirlərini sinif müzakirəsinə çıxardırlar. İki mərhələli müzakirə zamanı hər bir şagird öz biliklərini yoldaşlarından aldıqları biliklərlə genişləndirir, öz biliyini təzədən yeni bir formada qurur.
S-Təmsil nədir? Təmsil deyəndə siz nə başa düşürsünüz?
Şagirdlərin cavabları belə olur:
C- Təmsil şeir formasında olur.
-Təmsildə ancaq heyvanlardan bəhs olunur.
— Heyvanların timsalında insanların xarakteri göstərilir..
S-Ayı, şir, tülkü və dovşan deyəndə sizdə hansı təsəvvürlər yaranır?
C-Ayı dedikdə vəhşi, acgöz eyni zamanda kobud və tənbəl bir heyvan başa düşürük. O qış uzunu yatan meşə heyvanıdır.
— Şir heyvanların ən güclüsü hesab olunur. O da vəhşi və acgözdür. Adətən ot yeyən heyvanlarla qidalanır.
-Tülkü hiyləgər, yaltaq və acgöz heyvandır. Yeməyi yaşadığı mütitdən asılıdır.
O meşədə və çöldə yaşayır. Tülkü ağ, boz və narıncı rəngdə olur. Onun dərisindən xəz kimi istifadə edirlər.
-Dovşan meşədə və çöllərdə yaşayır. Bəzən onu insanlar həyətyanı sahədə qəfəslərdə saxlayırlar. Dovşan qorxaq və cəld heyvandır.
Bu tip sualları verməkdə məqsədim şagirdlərin bu heyvanlar haqqında bildiklərini, anlamlarını araşdıraraq üzə çıxarmaqdır.
Sonra kompyuterdə hazırladığım venn diaqramını proyektorla lövhədə işıqlandıraraq ayı ilə şirin və tülkü ilə dovşanın oxşar və fərqli cəhətlərini sinfə nümayiş etdirərək suallar verirəm.
S-Ayı ilə şirin və tülkü ilə dovşanın oxşar və fərqli cəhətlərini sadalayın .
Uşaqlar sualları cavablandırdıqdan sonra sinfə növbəti sualla müraciət edirəm.
S-Bu heyvanlar sizdə hansı insani xüsusiyyətləri xatırladır?
C-Şir güclü və qoxmaz heyvandır. Bəzən hər kəsin edə bilməyəcəyi işi yerinə yetirən insanlar haqqında belə bir ifadə işlədilir “lap şir ürəyi yemisən” deyirlər.
-Ayının timsalıda kobud və tənbəl insanlar yada düşür.
— Tülkü isə bizə hiyləgər, qorxaq və yaltaq xarakterli insanları xatırladır.
— Adətən, paxıl insanlar istədiklərinə nail olmadıqda hiyləgərliyə və yaltaqlığa əl atırlar.
-Dovşanın xarakteri bizim komandanın fikrincə, qorxaq insanları yada salır.
Söylənilən fikirlər əsasında şagirdlərə belə bir sualla müraciət edirəm.
S- İnsanlara xas hansı xüsusiyyətlər sadalandı?
C-Tənbəllik, kobudluq, hiyləgərlik, qorxaqlıq və paxıllıq kimi mənfi keyfiyyətlər sadalandı; güclülük, qorxmazlıq yaxşı xüsusiyyətdir;
S- Bu tip xarakterli insanlara münasibətiniz necədir?
C- Bu tip insanlara qarşı münasibəti pisdir. İstəməzdik ki, bizim ətrafımızda bu cür insanlar olsun.
— Biz düşünürük ki, əlbəttə pis xüsusiyyətli insanlar ola bilər, amma biz onlara bu mənfi keyfiyyətlərdən uzaqlaşmaqda kömək etməliyik.
-Bizim fikrimizcə, bu pis əməlli xüsusiyyətləri yaxşı işlər görməklədə əvəz etmək olar. İnsanlar şir kimi qorxmaz və güclü olsunlar. Onlar dovşan kimi qorxaq olmasınlar.
Komandalarla birlikdə aparılan bu cür araşdırmalar şagirdlərin məntiqi düşüncələrini inkişafaf etdirərək onlarda öz fikirlərini əsaslandırmaq bacarığını formalaşdırmaqla yanaşı onlarda yaxşını pisdən ayırmaqla tənqidi təfəkkürünü inkişaf etdirir.
Aparılan araşdırmalardan sonra növbəti slaydı açıram və keçəcəyim mövzunun adını elan edirəm.
-Uşaqlar, biz bu gün Azəbaycanın görkəmli sairi Abbas Səhhətin “Ayı və Şir” təmsilini keçəcəyik.
Abbas Səhhətin həyat və yaradıcılığı haqqında şagirdlərə qısa məlumat verdikdən sonra sinfə müraciət etdirirəm.
-Uşaqlar, biz sizinlə heyvanlar haqqında fikirlərimizi təhlil etdik. Gəlin görək Abbas Səhhət “Ayı və Şir” təmsilində heyvanları necə xarakterizə edib. Kompyuterdə hazırladığım şeirin şəkilli variantını nümayiş etdirərək, təmsilin ifadəli oxusuna başlayıram.
Təmsilin bir hissəsini oxuduqdan sonra, uşaqlara belə bir sualla müraciət edirəm.
S-Ayı və şirin savaşmasına səbəb nə idi?
Bu sualı qoymaqla mən onların təxəyyülərinin görüntsünü əks etdirməyə dəvət edirəm . Bu əks etdirdmə bir növ təxəyyülün inkişafıdır.
Burada təmsilin oxunuşunu dayandıraraq şagirdlərə suallarala müracət edirəm.
Bu sualı verməkdə məqsədim şagirdlərin dinləmə bacarıqlarının yoxlamaq və onların təxəyüllərinin inkişafıdır.
-Siz bilən tülkü nə fikirləşdi ? O nə edə bilərdi?
Şagirdlərin müxtəlif cavablarını dinləyəndən sonra təmsilin davamını oxuyuram.
Şagirdlərin cavablarından sonra qaldığım yerdən təmsili oxuyub qurtarandan sonra II hissəyə aid suallarla uşaqlara müraciət edirəm.
S- Tülkü nə üçün ovu aparmağa tələsmirdi?
— O, nəyi gözləyirdi?
-Ayı və şir savaşmadan tülkü gəlib onların ovunu apara bilərdimi?
-Onlar savaşaraq istədiklərinə nail ola bildilərmi?
Cavablar belə oldu:.
C- Bizim fikrımizcə, əlbəttə ki, tülkü gözləməli idi. Çünki, qorxurdu. O hiyləgər olduğu üçün tələsmirdi. Bilirdi ki, onlar inadkar olduqları üçün sonacan savaşaraq əldən düşəcəklər.
C- Biz düşünürük ki, əgər ayı və şir acgözlükərini inadkarlıqla həyata keçirməyə çalışmasaydılar və bir-birini dostcasına dinləməyi bacarsaydılar, o zaman onlar öz ovlarını rahat-rahar yeyə bilərdilər.
C-Bizim komananda üzvləri belə qərara gəldik ki, əgər onların xasiyyətləri yaxşı olsaydı , tülkü kimilərin planları baş tutmazdı və onların hiyləgərlikləri üçün meydan açılmazdı.
Komandaların cavablarını dinlədikdən sonra komandalara belə bir sualla müraciət edirəm.
S- Mənfi və müsbət keyfiyyətlərin fərqi nədir?
C-Mənfi keyfiyyətli , pis xasiyyətli insanlar heç zaman həyatda uğur qazanmırlar; onlar hər zaman ətrafdakılarla pis münasibətdə olurlar. Belə insanların aqibəti isə hər zaman ayı və şirin aqibəti kimi olacaq.
-Müsbət keyfiyyətli , yəni xoş xasiyyətli insanlar hər zaman və hər yerdə hörmət qazanırlar; belə insanlar ətrafdakılara zərər verməyən insanlardır.
İki pis xarakterli insanların bir-biri ilə dostluğu baş tutmaz.
Şagirdlər fikirlərini söylədikdən sonra onlarıni bilikləri həyatla əlaqələndirmək üçün , bu günki reallığa yönəldirəm və bu istiqamətdə suallar verirəm.
S-Aramızda elələri olur ki, ondan nə istəyəndə vermir və ya bir söz soruşanda kobud cavab verir. Belə uşaqlara qarşı münasibətiniz necədir?
C-Biz belə düşünük ki, onları tərbiyələndirmək lazımdır. Uşaqlar öz şəxsi əşyalarını yoldaşları ilə paylaşmalıdırlar.
C- Bu fikirlə bizim komanda da razıdır. Heç zaman yoldaşa kobud cavab vermək olmaz, çünki bu ədəb qaydalarına uyğun deyil.
-Biz onları başa salmalıyıq ki, bu pis hərəkətdir, belə münasibərlər yoldaşları bir-birindən uzaqlaşdırır. Biz bu fikirləri belələrinə başa salsaq yəqin ki, yoldaşımız bir daha o hərəkətləri təkrar etməz.
Müzakirələrdən sonra təmsili cütlükdə oxumağı, təmsildə olan çətin sözləri seçib aydınlıq gətirməsini tapşırıram. Bu fəaliyyətə beş dəqiqə vaxt ayırıram və çarx ilə oxunun yoxlanacağını onların nəzərinə çatdırıram.
Cütlükdə oxu qurtardıqdan sonra kiçik çarxın əqrəbini işə salıram və sonda dayandığı rəqəm komandaların həmin nömrəli üzvünün təmsili oxuması təklif olunur. Bu təlim fəaliyyətində şagirdlər daha məsuliyyətli olurlar. Şagirdlər bilmirlər ki, kim oxuyacaq və bilməmək baxımından bu üsul onlarda məsuliyyət hissini artırır.
Əgər ənənəvi üsulda bu bilik şagirdlərə hazır şəkildə ötürülürdüsə, onların fikirləri ilə maraqlanmadan, hər bir məlumatı müəllim söylədiyi kimi yadda saxlamaları tapşırılırdısa, konstruktiv yanaşma ilə interaktiv təlimdə bu belə deyil, bilik şagirdlərə hazır şəkildə verilmir. Hər bir şagird öz daxili görümündən çıxış edərək, yaradıcı olaraq sualları cavablandırır. Onlar öz bilikləri əsasında yeni biliklər qazanırlar və bu bilik onların özlərinin yaratdıqları bilik olduğu üçün uzun müddət onların yaddaşlarında qalır. Bir üstün cəhəti də qeyd etmək istəyirəm ki, şagirdlərə verilən hər bir sualı koperativ komandalarda müzakirəsi zamanı komandanın hər bir üzvü öz fikrini komandanın digər üzvünə çatdırır. Fikirlərin qarşılıqlı təması nəticəsində onların bilikləri daha da genişlənir və möhkəmlənir.
Sonra dərsin II hissəsinə keçirəm. Bu mərhələ biliklərin əks olunması mərhələsidir.
Öncədən hazırladığım işci vərəqlərini komandalara paylayıram. İşci vərəqlərində 4-5 sual və tapşırıqlar olur. Bu suallar sadədən mürəkkəbə doğru gedir. Burada suallar biliyin yoxlanılmasına,ümumu və fərqli cəhətlərin secilməsinə, səbəblərin göstəriməsinə, təsnifata, təxayulun əksinə, məzmunun bir hissəsinin vizual görüntü etməsinə və s.istiqamətlənir
İşçi vərəqlərindən nümunələr:
Komanda 1.
1. Tülkü hiyləgər olmasaydı, dovşanı yeyə bilərdimi?
________________________________________
2. Tülkü və şirin xarakterində fərqli cəhətlər nədir?
________________________________________
3. Nəyə görə bəzi insanlar hiyləgər olur?
_______________________________________
4. Hekayə qurun. Günlərin birində tülkü şirlə dostluq
etmək istəyir. ……
5. Təmsilə aid olan bir şəkil çəkin.
Komanda 2
1.Ay ı və şirin yerinə insanlar olsaydı, sizin fikrinizcə,
onlar necə hərəkət edərdi?
_______________________________________
2.Ayı və şir istəyərəkdən, öz ovlarının tərbiyəsini tülküyə tapşırardılarmı?
_________________________________________
3.Təmsilin nağıldan fərqi nədir?
_________________________________________
4. Təmsili səhnələşdirin.
__________________________________________
5. Ev heyvanlarına aid təmsil yazın
________________________________________
Komanda 3
1.Təmsili sözlə təsvir edin.
_______________________________________
2.Təmsilin xüsusiyyətlərini sadalayın:
________________________________________
3.Nəzm və nəsr arasındakı fərq nədir?
_________________________________________
4.Hekayə qurun.
Lalə ilə Jalə rəfiqə idilər. Onlar həyətdə oynayanda
Lalə dondurma aldı. Amma…….
5.Təmsili səhnələşdirin
Komanda 4
1.Nəyə görə insan cəsur və qorxmaz olmalıdır?__________________
_________________________________________
_________________________________________
_________________________________________
2.Heyvan obrazları olan bütün əsərləri təmsil adlandırmaq olarmı?
__________________________________________
3.Ayı, şir, tülkü və dovşan bunlardan bir heyvan kimi
hansından xoşunuz gəlir və nə üçün?
___________________________________________
___________________________________________
4.Cırtdan nağılındaki Cırtdanı bu təmsildəki hansı heyvana oxşadasınız? Fikrinizi əsaslandırın
____________________________________________
____________________________________________
5.Təmsili rollu oyunda göstərin
Bu tapşırıqaların yerinə yetirilməsinə 7- 10 dəqiqə vaxt verilir. Vaxt bitdikdən sonra komandanın liderləri işi təqdim edirlər. Qiymətləndirmə komandaların müzakirəsinə verilərək, müəllimlə komandalar tərəfindən aparılır.
Bu təqdimat bir növ şagirdlər üçün həm dinləmə , həm müzakirə , həm də qiymətləndirmə olur. Təqdimata bu cür yanaşma şagirdlərdə diqqəti inkişaf etdirməklə yanaşı düzü səhvdən ayırma, obyektivlik, düzgün nəticəyə gəlmək bacarıqlarını inkişaf etdirir. Bu hər bir dərs təlim tərbiyənin bir təlimlə qurulan vəhdəti kimi həe bir şagirddə akademik bilik yaratması ilə yanaşı sosial bilik və bacarıqlarnı qurur və standart bilgilərlə çox-çox kənara çıxmış olur. Bu təlimlə işləyərkən standartı yerinə yetirməmək problemi yox dərəcəsində olur. Burada hər bir şagird özü öz biliklərindən çıxış edərək standart üzərində əlavə biliklər toplayır və qurur.
Baxış: 4331