Posts Tagged ‘konstruktiv təlim’
Öyrədilən şagirdlərin öyrənən və yaradan şagirdlərə çevrilməsi.
Fatma xanım Bunyatova
Bakının T. Həsənov adına 23 nömrəli eksperimental məktəbində “Öyrətmədən öyrənməyə keçid” layihəsinin ikinci ilində məqsəd müəllimlərin “Biliklərin tamlıq və qeyri səlis modelləşdirmə — BTQSM texnologiyası ilə yaradılan «Tamlıq və qeyri səlis Azərbaycan dili” proqramları ilə sərbəst olaraq konstruktiv dərsin dizaynını etmək, yaradıcı tapşırıqları hazırlamaq, onları qiymətləndirmək, şagirdlərin komandada təlim fəaliyyətlərinin çox strukturlu qurmaq ilə yanaşı şagirdlərin idraklarının inkişaf yolunu izləmək idi. Alternativ proqramda diqqət şagirdlərin yazılı və şifahi nizamlı nitqlərinin inkişafına yönəldilmişdi. Bu inkişaf şagirdlərin anlamlı təlim fəaliyyətində, bilmədikləri, başa düşmşdikləri hər bir sözün mənasını, anlamını ortalığa çıxartmaq və onu suallaşdırıb aydın etmək istiqamətində gedir. Sual vermə və sualları cavablandırmaq bacarığı vacib dil qabiliyyətlərindən Read the rest of this entry »
Baxış: 1558Öyrət-mədən öyrənmə yollarından
Bakı şəhəri 23 №-li tam orta məktəbinin ibtidai sinif müəllimi
Taliyə Nəbiyevanın “Öyrətmədən öyrənməyə keçid»
layihəsi çərçivəsində 2-ci sinifdə nümayiş dərsi.
Mövzu “Şir və siçan”
Dərsin məqsədi:
-şagirdlərin şifahi və yazılı nitqlərini inkişaf etdirmək;
-şagirdlərin təxəyyüllərində təmsil surətlərinin yaradılması;
— komandada bir- birilərinə köməklik etmək bacarığını inkişaf etdirmək;
Dərsi öyrəniləcək mövzunu adını elan edəndən sonra şagirdlərin təxəyyüllərində “təmsil” obrazının yaranması üçün onların şeir, nağıl və hekayə haqqında biliklərini üzə çıxartmaq üçün sinfə sual verirəm. Read the rest of this entry »
Baxış: 2091Çap olunacaq beynəlxalq qrifli “Konstruktiv təlim və kurikulumun inkişafı” kitabının həmmüəllifliyi üçün dəvət.
Hörmətli müəllimlər, 2015-ci il avqust ayında çap olunacaq “Konstruktiv təlim və kurikulumun inkişafı” kitabının həmmüəllifi olmaq üçün dəvət edirik. Kitab üç hissədən ibarət olacaq: Read the rest of this entry »
Baxış: 1601İETC-2015 Beynəlxalq Konfransı
Növbəti beynəlxalq layihəmizi uğurla başa vurduq. İstanbul Universitetində keçirilən may 27-29 2015 beynəlxalq konfransında Konstruktiv Təlim Mərkəzinin üzvləri beş məruzə ilə çıxış etdilər.
Fatma xanım Bunyatova
Sevinc abbasova
«Konstruktiv təlimdə şəxsi biliklərin qazanılması və şagird təfəkküründə öyrənmə yollarının qurulması»
Nübar Qayıblı Read the rest of this entry »
“Flipped Classroom” treninqi
2015-ci il yanvar ayının 3-4-də İrşad otelin Konfrans zalında Konstruktiv Təlim Mərkəzi və «Yenilikçi Öğrenme və Öğretme Merkezi” tərəfindən “Flipped Classroom” mövzusunda beynəlxalq treninq keçirildi. Treninqi Fatma xanım Bunyatova və Kayhan Karlı aparırdı.
Türkiyədən gəlmiş , dəyərli qonağımız Kayhan Karlı hoca treninq iştirakçılarına google.com araclarından istifadə etməklə buludlarda məktəb qurmağı əyani olaraq göstərdi.
“Flipped Classroom” treninqində innovasiyaya meyilli olan Bakı şəhəri daxil olmaqla digər şəhərə və rayonların müəllimləri iştirak edirdilər.
Treninqin nəticəsi olaraq Azərbaycanda ilk dəfə 32 bulud Read the rest of this entry »
Baxış: 1562Jan Piajenin təbii və Lütfi-zadənin süni idrak nəzəriyələrinə yeni baxış
2012-ci ildə “İntechopen” beynəlxalq internet açıq nəşriyatından təlimdə irəli sürdüyüm tam və qeyri- səlis yanaşmanı açıqlamağı məndən xahiş etdilər. “İntechopen” nəşriyyatın təklifinə razılıq verərək _”İntelejent sistems” başlığı altında kitabın həmmüəllifi olaraq “Maşın təlimində fənn biliklərin tamlıq və qeyri — səlis modelləşdirilməsi” adlı bir bölmə yazdım
Məqalə üç hissədən ibarət idi .
1.Nəyə görə və ya hansı səbəbə görə günü-gündə qalaqlanaraq yaradılan İKT təlimdə gözlənilən effekti vermir?
2.Nə etmək lazımdır ki öyrəncilər İKT-dən keyfiyyətlə yararlansınlar?
3.Bilik strukturları necə qurulmalıdır? Maşın təlimində hansı təlim texnologiyası tətbiq edilməlidir və nəticə etibarı ilə nə alınır?
Bu sualların cavabları qısaca olaraq belə açıqlandılar:
— birincisi: hazırlanan yeni elektron dərsliklərin, İKT içərisindəki olan bilgilərin, köhnə strukturlarda olan biliklər kimi yerləşdirilməsidir. İnternet təhcizatları , kompyüter texnologiyaları hamısı süni idrakın məhsulu olduğu halda, ona yerləşdirilən biliklər ənənəvi yanaşma tərzində götürülmüşdür və bu idrakı fərqlər təlim keyfiyyətini əmə Read the rest of this entry »
Baxış: 2194Təhsil kouçinqi -Müvəffəqiyyətə gedən yol
Bu yol əsrin ən önəmli texnologiyalarından biri olan Konstruktiv təlimdən keçir.
Konstruktiv təlim idraki qabiliyyəti IQ-nü , həm də emosional idrakı EQ –nü inkişaf etdirir.
Müasir təhsilin müvəffəqiyyəti IQ ilə EQ inkişafından keçir və onun formulu belədir: İQ+EQ = müvəffəqiyət
Müəllimlərə, təlimçilərə , kurikulum dizaynerlərinə ünvalanan təhsil kouçinqinin məzmunu 3 modulda yerləşdirilibdir.
Modul 1. İnteraktiv yanaşma ilə Konstruktiv təlim — 6 saat
Bu modulda siz İnteraktiv dərslərin quruluşunu, düşündürücü sualların qoyulma Read the rest of this entry »
Baxış: 2249Türkiyə. Stambul universiteti-ERPA-2014 Beynəlxalq Təhsil Konqresi
Dünyanın ən qədim universitetlərindən biri olan Stambul universitetində iyunun 5-7 ERPA – 2014 keçirilən beynəlxalq konfransında Özəl “İdrak məktəbi” Konstruktiv təlim mərkəzinin üzvləri tərəfindən 6 məqalə təqdim edilmişdir.
Bu konqresi Türkiyənin Sakarya və İstanbul universitetləri ilə birlikdə ERPA assosiasiyası keçirirdi. Konqresin proqramına baxanda görmək olardı ki, burada təhsilin hər sahəsi müzakirə predmeti idi.
Bizi əsasən orta məktəblərdə aparılan yeniliklər maraqlandırırdı. Təhsil yenilikləri arasında orta okulda çoxlu zəka sahəsinin inkişafı, flipçart dərs modeli, proyekt və problem təlimlər barəsində edilən təqdimatlar maraqla dinlənildi. Konstruktiv təlim mərkəzinin üzvləri tərəfindən təqdim olunan məruzələr öz praktiki əhəmiyyəti ilə araşdırmaçıların,universitet müəllimlərinin diqqətini çəkmiş oldu.
Müəllimlər tərəfindən təqdim olunan praktiki tətbiq böyük maraq doğurmuşdu.. Kimya , biologiya , riyaziyyat fənnindən Read the rest of this entry »
Baxış: 1368Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi
Martın 21-25-i Trabzonun Zorlu Qrant otelində “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi keçirilmişdir. Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş, Azərbaycandan Özəl “İdrak məktəbi” Konstruktiv təlim məktəbinin yaradıcısı Fatma xanım Bunyatova apardılar.
Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı, Qəbələ müəllimləri, Türkiyədən isə Trabzon , Rizə , Ankara müəllimləri iştirak edirdi.
Treninqin 3-cü günü Trabzonun BVƏ ilk öyrətim okulunun IV sinifində treninq iştirakçıları üçün riyaziyyat dərsindən “Onluq kəsir” mövzusunda master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri Fatma xanım Bunyatova apardı. Dərs Konstruktiv təlimlə qurulmuşdur. Bu dərs xüsusilə şagirdlərin biliklərinə əsaslanmışdır. Şagirdlər öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin məntiqi sualları və əsasları əsasında bir biliyi başqa biliyə çevirərək, sadə bilikdən mürəkkəb biliyə gedən yolda öz biliklərini qurmuş oldular. Read the rest of this entry »
Baxış: 1853Təlim strategiyaları və pedaqoji texnologiyalar
Fatma xanım Bunyatova
“Strategiya” yunan mənşəli sözdür ( “sərgərdənin incəsənəti” ) və təhsildə təlim strategiyası anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.
Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni, siyasi və ictimai reallığı ilə bağlıdır.
Təhsil prosesində təlim strategiyasının vacibliyi ondan ibarətdir ki o asan metod və usullarla öyrənçilərə öyrənməyə imkan yaradır. Təlim strategiyasının vacib amillərindən biri də interaktiv və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır. Read the rest of this entry »
Baxış: 42533