Öyrədilən şagirdlərin öyrənən və yaradan şagirdlərə çevrilməsi.
Fatma xanım Bunyatova
Bakının T. Həsənov adına 23 nömrəli eksperimental məktəbində “Öyrətmədən öyrənməyə keçid” layihəsinin ikinci ilində məqsəd müəllimlərin “Biliklərin tamlıq və qeyri səlis modelləşdirmə — BTQSM texnologiyası ilə yaradılan «Tamlıq və qeyri səlis Azərbaycan dili” proqramları ilə sərbəst olaraq konstruktiv dərsin dizaynını etmək, yaradıcı tapşırıqları hazırlamaq, onları qiymətləndirmək, şagirdlərin komandada təlim fəaliyyətlərinin çox strukturlu qurmaq ilə yanaşı şagirdlərin idraklarının inkişaf yolunu izləmək idi. Alternativ proqramda diqqət şagirdlərin yazılı və şifahi nizamlı nitqlərinin inkişafına yönəldilmişdi. Bu inkişaf şagirdlərin anlamlı təlim fəaliyyətində, bilmədikləri, başa düşmşdikləri hər bir sözün mənasını, anlamını ortalığa çıxartmaq və onu suallaşdırıb aydın etmək istiqamətində gedir. Sual vermə və sualları cavablandırmaq bacarığı vacib dil qabiliyyətlərindən biridir və o hər bir şagirdin təfəkküründə formalaşanda bu bacarığı o rast gəldiyi hər bir yeni sözün, yeni anlamın mənasını açmaqda tətbiq edə bilir.
Bununla yanaşı layihəyə qoşulan yeni müəllimlərə təlimatlı təlim keçirilmişdi və onlar bir başa dərs prosesində bu texnologiyaya yüyələnmişdilər .
Dərs ilinin sonunda pilot siniflərində nümayiş dərsləri keçirildi. Bu dərslərin ana məqsədi şagirdlərin necə?, hansı yolla? öz biliklərini yaratdıqlarını göstərmək idi. Bütün dərslər məktəb rəhbərliyi, fənn və ibtidai sinif müəllimləri tərəfindən dinlənilib müzakirə edildi. Şagirdlərin bilikləri, biliklər üzərində əqli əməliyyatlar aparma bacarıqları və birgə fəaliyyətləri, onların öz biliklərini hansı səviyyədə qurduqları müzakirə edilərək qiymətləndirildi.
Layihədə alınan nəticələrin düzgünlüyünü, dayanaqlığını yoxlamaq üçün 2 formatda müqayisə aparıldı:
- Dövlət proqramları ilə işləyən müəllimlərin dərslərini pilot siniflərinin müəllimlərinin dərsləri ilə müqayisəsi;
- Hər iki proqramla oxuyan şagirdləri idrak testlərindən keçirərək onların idrak səviyyəsinin müqayisəsi.
1-ci formatda rus bölməsində açıq dərslər keçirildi və hər iki bölmənin nəticələri idrakın inkişaf paradiqması əsasında müqayisə edildi.
İki bölmədə aparılan dərslərin arasında böyük fərqlər aşkarlandı. Layihədə iştirak edən müəllimlər öz dərslərində şagirdlərin birgəfəaliyyətdə biliklərni necə qururlar, keçmiş bilik və bacarığlarından necə? və nə cür? istifadə edərək proqram çərçivəsindən kənar – gələcək biliklərini yaratma yollarının göstərdilər. Bu koqnitiv (dərketmə) bilik yaratma prosesində müəllimin qoyduğu məntiqi suallar əsasında şagirdlər əldə etdikləri bilik və bacarıqlara əsaslanaraq yeni biliklərini necə yaratdıqlarını nümayiş etdirdilər.
Dövlət proqramı ilə işləyən müəllimlərin apardıqları dərsdə (rus bölməsində 5, Azərbaycan bölməsində 1 dərs) əsasən şagirdlərin biliklərini ortalığa çıxartmaq və yeni bilikləri texniki vasitələrdən istifadə edərək əlverişli üsulla ötürmək məqsədini daşıdığı müşahidə edildi. Koqnitiv cəhətdən passiv vəziyyətdə olan şagirdlər müəllimlərin internet resurslardan yararlanaraq təşkil etdikləri rəngarəng işlərdə və bu işlərə qoyulan bilikyönümlü sualları əldə etmiş bilikləri ilə mexaniki cavablandırırdılar. Bu təlim fəaliyyəti şagirdlərin mənimsənilən biliklərin səviyyəsini göstərirdi. Dərslərin müzakirəsi zamanı dövlət proqramları ilə işləyən müəllimlərin proqram çərçivəsində verilən biliklərin mənimsənilməsini əsas götürərək işlərini proqramlarda verilən tələblər əsasında qurduqlarını və bu dərslərin layihədə iştirak edən müəllimlərin dərslərindən çox fərqlənmədiyini qeyd etdilər. Onlar sadəcə olaraq öyrənməni bir şeyi çox-çox təkrarlayaraq öyrənib yadda saxlamaq kimi nəzərdə tuturdular. Dərslərdə qoyulan sualları və verilən tapşırıqların struktur quruluşunu Blumun idrak taksonomiyasının sualları ilə müqayisə edəndə dövlət proqramı ilə təhsil alan şagirdlərin idrakı ibtidai səviyyədə -yəni bildim, anladım, tətbiq elədim səviyyəsində görüldü. Pilot siniflərində müəllimlərin və şagirdlərin dərs prosesində qoyduqları sualların və tapşırıqların struktur quruluşu yüksək idrakı bacarıqlardan — biliklərin analiz və sintez edilməsi, onların yaradılması, operasıonal yəni davamlı dəyişdirilməsindən ibarət idi. Ən əsası da o idi ki şagirdlərin mövzuya qoyduqları suallarının əksəriyyəti açıq “nəyə görə ? Necə?”, müəllimin sualları isə “nədən belə düşünürsünüz” idi.
Müqayisənin ikinci formatı Layihədə iştirak edən şagirdlərin əqli səviyyələrinin inkişafını yoxlamaq idi. Bunun üçün “İdrak testləri” hazırlanmışdır. Testlərdə qoyulan 6 sualın hər biri idrak bacarıqlarının hansı səviyyədə inkişaf edilməsinin göstəricisi kimi qəbul edilmişdi. Suallar Piajenin idrak nəzəriyyəsində təfəkkürün operasionalığını göstərən mexanizmlərə əsasən qurulmuşdu.
Testlər 3 və 4 siniflərdə aparılmişdi. Testlərin nəticəsini müqayisə etmək üçün həmin testlər dövlət proqramları ilə çalışan 3 sinif Azərbaycan bölməsi və rus bölməsinin 4 siniflərindəaparılmışdı. Monitorinqə 213 şagird cəlb edilmiş və buda nəticələrin obyektiv müqayisəsi üçün zəmin yaratmışdı.
Testləri təhlil edəndə 3 maraqlı məqama rast gəlindi.
1.Monitorinqdə eksperimental siniflərdən 75 şagird iştirak edibdir.
75 şagirddən 50 nəfəri yüksək idraki səviyyədə qaralaşıblar. Bu şagirdlərin 66,6% təşkil edir.
Dövlət proqramı ilə işləyən siniflərdən 147 şagirddən 62 şagird yüksək idraki bacarıqlarını nümayiş etdirmişdi. Bu testə iştirak edən şagirdlərin 42,1% təşkil edir.
- Rus bölməsinin bir 4 sinfin 27 şagirdin 20-sinin nəticəsi >50 baldan çox olması bölmənin sinifləri arasında ən yüksək nəticə olmuşdu. Bu müəllimin dövlət proqramı ilə işlədiyi zaman şagirdlərə düşüncə sərbəstliyi verməsindən, onların biliklərlə işləməklə bərabər biliklər üzərində iş apardığının göstəricisi kimi qəbul edilir.
4 siniflər arasında ən aşağı göstərici 22 şagirdin 7-sinin nəticəsi ( >50) baldan çox olması, bölmənin sinifləri arasında ən aşağı nəticə olmuşdu.
Monitorinqə cəlb edilmiş 9 sinif arasında ən aşağı göstərici dövlət proqramı ilə işləyən Azərbaycan bölməsinin 3 sinfi idi. 21 şagirdin 3-nin nəticəsi ( >50) baldan çox olması testə cəlb olunan siniflərin arasında ən aşağı nəticə olmuşdu.
İdrakın inkişafının ölçmə mexanizmi kimi götürülən «İdrak Testlərinin» nəticəsi onu göstərir ki şagirdlərin idrakının inkişafı bir neçə amildən asılıdır: müəllimdən, şagirdlərdən, proqramlardan və təlim mühitindən.
Və nəticə etibari ilə bu iki illik layihə çalışmasında aydın oldu ki, dərs prosesinin aparıcı qüvvəsi olam müəllim öz iş paradiqmasını dəyişəndə, o, bir başa təhsil sisteminin paradiqmasının dəyişməsi istiqamətində çalışır. Bu zaman onun şagirdləri bu sistem dəyişilməsində öyrədilənlərdən öyrənənlərə və yaradanlara çevrilirlər.
Baxış: 1524