İTA Denmark və “İdrak məktəbi” Azərbaycan “Dayanaqlı təhsil sisteminin dəyişdirilməsi” birgə beynəlxalq layihəsi.
Fatma xanım Bunyatova

Təhsil sistemində aparılan islahatların məqsədi təhsil alanların bir şəxsiyyət kimi böyüdərək, onların sabah kı günün tələblərinə uyğun akademik, intellektual , sosial bilik və bacarıqlara yiyələnməsi və onları daim inkişaf etdirməsidir.
Təhsil sistemində aparılan islahatların məqsədi təhsil alanların sabah kı günün tələblərinə uyğun akademik, intellektual , sosial bilik və bacarıqlara yiyələnməsi və onları daim inkişaf etdirməsidir. Çağdaş zamanımızda təhsil almaq çox zaman bilik almaqdan, onu öyrənib yadda saxlayaraq əks etdirib düzgün tətbiq etməkdən ibarət olur. Bu isə təfəkkür bacarıqlarının ibtidai səviyyəsinin inkişafından oyana keçmir, çün ki bu zaman öyrənci bilikləri bilir, anlayır və tətbiq edir. Lakin yüksək təfəkkür səviyyəsinin bacarıqları verilənləri analiz və sintez etməkdən başlayır. Fərd təfəkküründə bu strukturları qurandan sonra , o biliklər üzərində operasional əməllər aparmağa başlayır. Biliklər üzərində davamlı əməliyyat apararaq, fərd onları zənginləşdirir , əvəz edir, ümumi münasibətləri olan çox sahələrdə tətbiq edərək yeni bilik yaratmaq və onu qiymətləndirmək bacarığına sahib olur. Və bu gün tədris prosesində öyrənənlərin öz təfəkkürlərində yüksək əqli bacarıqların qurub inkişaf etdirməsi və bu bacarıqların həyatda praktiki tətbiq etmə yollarına yiyələnməsi həlli tapılması olan vacib problemlərdən biridir. DANİMARKANIN İNTERNATİONAL TEACHER ASSOSİATİON və “İdrak məktəbi”nin birgə layihəsi olan “Dayanaqlı təhsilin transformasiyası” məqsədi təhsil sisteminin dəyişdirilməsi və yenidən qurulmasıdır.
“Dayanaqlı təhsilin transformasiyası” layihəsi 2017- ci ildən bu günə qədər Bakının 23 nömrəli eksperimental məktəbində həyata keçirilən “Öyrətmədən öyrənməyə keçid” layihəsinin beynəlxalq səviyyədə geniş bir aspektdə davamı kimi nəzərdə tutulur. Təhsil sistemi nəyə dəyişilir?
Dayanaqlı təhsil sistemi “Tamlıq və Qeyri Səlis Təhsil Modeli”nə dəyişdirilir.
Dayanaqlı təhsilin “Tamlıq və Qeyri Səlis Təhsil Modeli”nə dəyişməsində nə dəyişir? və necə dəyişir?
Öncə Azərbaycanın dayanaqlı təhsili haqqında qısa bir arayış.
Muasir kurikulum proqramlarında (2007-ci ildən) nəzərə çarpacaq qədər proqressivizm, eksperimentalizm, eksistensializm, praqmatizm , realizm, essensializm yanaşmalarının meyarları öz əksini taparaq təhsilin inkişafına təkan verir. Lakin bu inkişaf öyrətmə — verilənlərin mənimsəmə məqsədini daşıdığı üçün burada təfəkkürün yüksək səviyyəli bacarıqlarının inkişaf edilməsi bir o qədər də mümkün olmur. Proqramların 5 ildən bir yeniləşməsi bir o qədərdə keyfiyyətcə nəticə vermir, çünki bu yeniliklər öyrətmə istiqamətinə yönəldilmişdir.

Dəyişmələrdən sonra nə alınır?
Dəyişmələrdən sonra “Tamlıq və qeyri səlis” təhsil modeli alınır.
Bu modeldə:
- dünyada ilk dəfə olaraq süni idrakın mexanizmlərindən istifadə edərək fənn biliklərinin, fənn proqramlarının yeni məntiqi quruluşu verilmişdi;
- biliklər tək-tək yox tam bir sxemdə öyrənilir:
- təhsilin məqsədi öyrənmə qoyulur;
- təlim strategiyası təfəkkürü hərəkətə gətirən konstruktiv təlim olur;
- müəllim moderator, şagirdlər isə biliklərini yaradan olur;
- təfəkkürü məntiqi inkişaf edən yeni düşündürücü tapşırıqlar verilir;
- şagirdlərin təfəkkür səviyyələrinin inkişafı qiymətlənir;
- şagirdlərin fərdi inkişafına əsasən çox səviyyəli sinif-dərs sistemi yaradılır;
- fən proqramlarının modelləşdirilməsində istifadə edilən “Biliklərin tamlıq və qeyri səlis modelləşdirməsi” texnologiyalar universal olduğu üçün bütün fənn bilikləri qeyri səlis modelləşdirmək mümkündür;
Tamlıq və qeyri səlis təhsil modeli Azərbaycanın və xüsusəndə Bakı məktəblərinin və ən əsasda şəhərin 23 nömrəli eksperimental məktəbin yeniliyə meylli olan müəllimlərinin köməyi ilə ərsəyə gəlmişdir və ümid varıq ki bu model dünya təhsil sisteminə yeni bir baxış açacaq.
Layihə açıqdır. Yeniliyə meylli olan hər bir müəllim layihədə iştirak edə bilər.
Baxış: 1573