Türkiyə. Stambul universiteti-ERPA-2014 Beynəlxalq Təhsil Konqresi
Dünyanın ən qədim universitetlərindən biri olan Stambul universitetində iyunun 5-7 ERPA – 2014 keçirilən beynəlxalq konfransında Özəl “İdrak məktəbi” Konstruktiv təlim mərkəzinin üzvləri tərəfindən 6 məqalə təqdim edilmişdir.
Bu konqresi Türkiyənin Sakarya və İstanbul universitetləri ilə birlikdə ERPA assosiasiyası keçirirdi. Konqresin proqramına baxanda görmək olardı ki, burada təhsilin hər sahəsi müzakirə predmeti idi.
Bizi əsasən orta məktəblərdə aparılan yeniliklər maraqlandırırdı. Təhsil yenilikləri arasında orta okulda çoxlu zəka sahəsinin inkişafı, flipçart dərs modeli, proyekt və problem təlimlər barəsində edilən təqdimatlar maraqla dinlənildi. Konstruktiv təlim mərkəzinin üzvləri tərəfindən təqdim olunan məruzələr öz praktiki əhəmiyyəti ilə araşdırmaçıların,universitet müəllimlərinin diqqətini çəkmiş oldu.
Müəllimlər tərəfindən təqdim olunan praktiki tətbiq böyük maraq doğurmuşdu.. Kimya , biologiya , riyaziyyat fənnindən təqdim olunan dərs modellərində şagirdlərin müəllimin qoyduğu məntiqi ardıcıllıqla suallar əsasında öz biliklərini necə qurduqlarını göstərmişdir. Önəmli bir cəhət onda idi ki, alimlərin didaktikada, psixologiyada fərziyyə kimi təqdim etdikləri öyrənmə yolları praktik olaraq konstruktiv dərsdə əks etdirilmişdir.
Konqresdə təqdim olunan məqalələr ERPA nəşriyyatlarında çap olunmaqla bərabər, bir neçə beynəlxalq jurnallardan çap olunmağı təklif olundu. Bu yöndə Urmiya universitetindən xanım Firouzeh Sepehvianın tərəfindən edilən təklif bizə çox maraqlı gəldi. Azərbaycanlı müəllimlərinin yaradıçılıqları Urmiyada uşaqlar ücün nəzərdə tutulan “Öyrənməyi necə öyrənmək” başlığı altında cap olunanacaq vəsaitə daxil edilməsi idi.
Baxış: 1345