“Flipped Classroom” treninqi
2015-ci il yanvar ayının 3-4-də İrşad otelin Konfrans zalında Konstruktiv Təlim Mərkəzi və «Yenilikçi Öğrenme və Öğretme Merkezi” tərəfindən “Flipped Classroom” mövzusunda beynəlxalq treninq keçirildi. Treninqi Fatma xanım Bunyatova və Kayhan Karlı aparırdı.
Türkiyədən gəlmiş , dəyərli qonağımız Kayhan Karlı hoca treninq iştirakçılarına google.com araclarından istifadə etməklə buludlarda məktəb qurmağı əyani olaraq göstərdi.
“Flipped Classroom” treninqində innovasiyaya meyilli olan Bakı şəhəri daxil olmaqla digər şəhərə və rayonların müəllimləri iştirak edirdilər.
Treninqin nəticəsi olaraq Azərbaycanda ilk dəfə 32 bulud məktəbi yaradıldı.
“Flipped Classroom” treninqinin proqramına əsasən müəllimlər dərslərini online olaraq davam etdirəcəklər.
Treninqi sonunda hər bir iştirakçı “Eğitimdə Teknoloji Uzmanı” beynəlxalaq sertikatına yiyələndi.
Sertifikatların təsdiqlənməsi online dərslər bitdikdən sonra elan olunacaq.
Halhazırda facebbokda gizli şəkildə fəaliyyət göstərən “Flipped Classroom” qrupu treninq iştirakçılarının müzakirə yeri kimi fəaliyyət göstərir.
Baxış: 1541