Türkiyə Yenilikci Müəllimlər Forumu-2012
İyunun 26-28 Türkiyə Milli Təhsil Nazitliyi Ankara Başöyrətmən evində Türkiyə təhsilini yeniləşdirməyə istiqamətlənən “F@TİH” layihəsi əsasında “Yenilikci Müəllimlər Forumu -2012” kecirilmişdir. Foruma Türkiyənin bütün bölgələrinin müəllimləri iştirak edirdi. Bu foruma Azərbaycandan bir qrup müəllimdə qatılmışdı.Foruma təqdim olunan 69 proyektlərin icərisində ikisi Azərbaycan –Türkiyə müəllimlərinin müştərək layihələri idi.Forum zamanı Azərbaycandan gələn müəllim qrupunun üzvlərinə Türk həmkarları cox ilgili qayğı və səmimiyyət göstərmişdi. Asudə vaxtı müəllimlər ücün düzənlənən mədəni proqramda Ankaranın tarixi yerlərinə ekskursiya edildi, Mustafa Kamal Atatürkün Anıt qəbrinə — Mavzoleyə gedildi.
Forumun Ödül Törənində cıxış edən “İdrak məktəbinin” direktoru Fatma xanım Bunyatova, Türkiyə Milli Egitim Bakanının yardımcısı Orxan Erdemə , FATİH layihəsinin koordinatoru Hüseyn bəy Kocasarınca qrup adından təşəkkürünü bildirəndən sonra, Azərbaycan təhsilində gedən islahatlardan qısa məlumat verdi. Fatma xanım sonda Türkiyə innovativ müəllimlərinə, Türkiyə Təhsil Nazirliyinin nümayəndələrinə cağırış etmişdi. Bu cağırışda onları “Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Sistemi — YOES” proektində birlikdə işləməyi, Ortaq Türk mədəniyyəti və maarifciliyi üzərində Yeni Ortaq Egitim Sistemini yaratmağı təklif etmişdi. Təklif törən iştirakcıları tərəfindən alqışlanaraq qəbul edilmişdi.
Baxış: 2332