Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Məişət avadanlıqları ilə ehtiyatlı olaq!

Təranə Əliyeva
Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi.

  Dərslikdə verilmiş mövzünun məzmun  cərcivəsindən kənara cıxıb, şagirdləri əqli və interaktiv fəaliyyətə cəlb edəndə , dərs  şagird ücün maraqlı və düşündürücü kecir. Belə bir dərsdə onlar öz dünyagörüşlərini, düşüncə tərzlərini quraraq biliklərini genişləndirirlər, anlam üsullarını addım-addım qururlar. Sizə bu yolla II sinifdə kecdiyim dərsi təqdim edirəm.  

Mövzu: Məişət avadanlıqları ilə ehtiyatlı olaq!

Dərsin məqsədi:- şagirdlərin məişət avadanlıqları ilə düzgün davranış bacarıqlarını inkişaf etdirmək; komandada və cütlükdə  şagirdlərin birgəfəaliyyət bacarıqlarını möhkəmlındirmək.

Dərs başlanarkən  sinif komandalara bölünür. Bölünmə düzgün cavabı taparaq, yerdəyişmə  əsasında  aparılır. Hər stolun üstündə  4  kartoçka var. Hər şagird kartoçkalardan birini götürüb şəklə uyğun olaraq yerini dəyişir. Qrupların adları ( “Təcili yardım “, “Yanğınsöndürənlər “, “ Polis” və “Bağban “ qrupları )  stolların üzərindədir.

        Məqsədim şagirdlərin bu qruplara uyğun əşya və  peşə sahiblərinin adlarını düzgün seçmək  bacarıqlarını araşdırmaqdır.

Tapşırıq 1.

 

Komandalar yaranandan sonra sinfə müraciət edirəm.

S:- Məişət  dedikdə nə başa düşürsünüz ?

Bu sualı verməkdə məqsədim şagirdlərin məişət sözünün anlamını üzə çıxartmaq və bu anlamı yeni biliklərlə inkişaf etdirməkdir.

Şagirdlər sualı komandada müzakirə edirlər.Komandanın seçdiyi bir nəfər komandanın ümumi rəyini söyləyir.

C.-Məişət -həyatımızdır;

 — yaşamımızdır;

-gündəlik həyatımızdır.

M:-Bəs məişətdə, həyatımızda biz  işimizi yüngülləşdirmək üçün   hansı əşyalardan, avadanlıqlardan  istifadə edirik ?

C.- Evdə işlənən əşyalar: qab-qacaq, ütü,televizor  və s.

      Tapşırıq 2. Slayddakı şəkillərə baxıb, evdə  gündəlik işlətdiyimiz , yəni, məişətimizdə, işlənən avadanlıqların adlarını sadalayın  və on-lardan  nə məqsədlə istifadə olunduqlarını   izah edin.

 

 Tapşırıq 3.—   Slayddakı  şəkillərdə məişət avadanlıqlarını seçin və onların fərqini deyin.

 

 

Şagirdlər komandada  müzakirə edir və rəylərini bildirirlər.

C. –  Ütü, kompyuter, paltaryuyan,  qaz sobası, soyuducu və s. Fərqi  isə odur  ki, bu əşyalar  ən çox evdə işlənir.Məs.,qazandan, şirəçəkəndən, ütüdən  biz məktəbdə, kinoteatrda, parkda   istifadə edə bilmərik.

 Tapşırıq 4.

 

C.- Əsasən, evdə işlənir; bir  çoxu  elektriklə işlənir;

Tapşırıq 5 

Slayddakı şəkilləri qədim və müasirliyinə görə    Venn diaqramına yerləşdirin.

 Komandada müzakirədən sonra hər komandadan bir öncül  öz komandasının seçimini söyləyir.Sonra komandaların cavabları slayddakı düzgün cavabla yoxlanılır.

 Venn diaqramı üzərində işdən sonra şagirdlərlə krossvord həll edirik

M: — Məişətdə rast gəldiyimiz hansı əşyaların istifadəsi kiçikyaşlılar üçün   təhlükəlidir ? Gəlin, onları krossvordu cavablandırmaqla   müəyyənləşdirək.   Bu tapşırıq bütün siniflə yerinə yetirilir.

 

 

Alınan cavabları slayddakı düzgün cavabla tutuşdurulur.

 Şagirdlərin məişətdə rast gələn hadisələrin qarşısını almaq məqsədi ilə onlara bir sual verirəm

 M:- Məişət əşyaları ilə düzgün davranmadıqda  hansı hadisələr baş verə   bilər ?

Şagirdlər kopmandada fikir mübadiləsi apararaq, ortaq bir rəyə gəlirlər:

C:- Qəza baş verər, yaralana bilərik, yanğın ola bilər və s.

M:- Bəs belə bir qəzalarla rastlaşsaq, biz ilk öncə nə etməliyik ? Bu sualı aydınlaşdırmaq  üçün aşağıdakı tapşırıqları yerinə yetirək .

. “Ulduz”-un  yerinə müvafiq  nömrəni  tapaq.

   

                         M: Testi  cavablandıraq və “ulduz”-un yerinə  uyğun gələn  nömrəni söyləyək.

 

 

 

 

 Sualı cavablandıraq və “ulduz”-un  yerinə müvafiq nömrəni deyək.

 

      Bu tapşırıqları yerinə yetirəndən sonra   şagirdlərə əlavə olaraq, aşağıdakı bilikləri veririrəm. Məqsədim ondan ibarətdir ki,bələd olmadıqları əşyalarla  ehtiyatlı olsunlar.

Məişət əşyaları ilə davranarkən bu qaydalara əməl etmək vacibdir

.

  Bu tapşırıqdan sonra hər hansı bir hadisənin qarşısını almaq  və haradan  kömək istəməyi bilmək ücün  şagirdlərə komandada  sualı cavablandırmaq , “ulduz”-ların  altında gizlənmiş nömrələri  bulub və yadda saxlamağı tapşırıram.

 

 

         Bulunan  nömrələr  növbəti  slayddakı  düzgün  cavablarla tutuşdurulur.

    Bu  işdən  sonra komandalara öncədən hazırladığım   işçi

vərəqlərini paylayıram.

Məqsədim :

a)   bilik cəhətdən, şagirdlərin əldə etdikləri bilklərdən nə dərəcədə düzgün  və yerində  istifadə etməklərini yoxlamaqdır;

b)  tərbiyəvi cəhətdən isə , şagirdlərin  bir-biri ilə düzgün rəftarını, asta danışmaq bacarıqlarını  nizamlanmaqdır.

İş vərəqlərindən nümunə.

 

1.

2.

3.

 4. Özününüz ücün “ nə olmaz qaydaları” fikirləşib yazın.

Komanda üzvləri  iş vərəqlərində verilən tapşırığı yerinə yetirdikdən sonra onu təqdim edirlər. Təqdimaat şagirdlərin secdikləri öncül tərəfindən edilir. Qiymətləndirmə şagird və müəllim tərəfindən aparılır. Şagirdərin qiymətləndirməni obyektiv aparmaqları ücün onların verdiyi qiymətlərin  əsaslandırılması tapşırılır.

 

Baxış: 8632

One Response to “Məişət avadanlıqları ilə ehtiyatlı olaq!”

  • Yaqut Əzimzadə İncəsənət Gimnaziyası:

    Təranə xanım, siz uzun illərdir ki, işlədiyiniuz və dərin hörmətini qazandığınız İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimləri arasında hər zaman nümunəvi işlərinizlə hamıya örnək olmusunuz. Fatma xanım Bunyatovanın” Knstruktiv təlim mərkəzi”ndən yararlanandan sonra qurduğunuz dərslər, o cümlədən, Həyat bilgisi fənnindən “Məişət avadanlıqları ilə ehtiyatlı olaq! “ mövzusu üzrə olan dərsiniz sizin necə də yaradıcı, müəllimlik fəaliyyətinizə böyük hörmətlə yanaşan bir öyrətmən olduğunuzu təsdiq edir.

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe