Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Müəllif texnologiyası. Bünyatovanın konstruktiv təlimi haqqında. Yelena ANTİPİNA, Pedaqoji elmlər namizədi, dosent, Ukrayna, Simferopol

 1. Əsaslandırma

XXI əsr – şəxsiyyətin intellekt, yaradıcılıq, fərdilik, toleranlıq əsridir. Bizim cəmiyyətin demokratikləşməsi, şəxsiyyətin vətəndaş kimi formalaşması şəxsiyyətin inkişaf səviyyəsindən, yaradıcı təfəkküründən asılıdır. Təkmilləşdirilmiş, əsas etibarilə yaddaşın imkanlarına əsaslanan ekstensiv, informativ təhsil sistemi müasir məktəbin, təhsil sisteminin tələblərinə bütövlükdə cavab verə bilməz.

Təlimi keyfiyyətcə dəyişdirmək, onu daha effektiv və şagirdlər üçün anlaşıqlı etmək olar. Bunun üçün diqqəti təkcə yaddaş üzərində cəmləşdirmək lazım deyil, daha çox şagirdlərin fərdi və kooperativ iş şəraitində təfəkkür fəaliyyətinin yaxşı təşkili və özünütəlimə fikir vermək lazımdır.

İnkişafda  olan təlim ideyası yeni deyil. Onun əsaslarını İ. Piajenin məktəb təliminin struktur quruluşunun məzmunun məntiqi bütövlük qaydalarının əməliyyatını təyin edən intellektin inkişaf nəzəriyyəsi təşkil edir. Onun təcrübələri göstərdi ki, biliklər strukturunu təfəkkürün real strukturuna adekvat olaraq qurmaq daha məqsədəuyğundur. Ənənəvi təlim məntiqini (fərdidən ümumiyə) isə fərdilik bütövlüyü təşkil edir. Bu ideya çox-çox əvvəllər, pedaqogikanın müstəqil bir elmi kimi əsaslarını qoyan böyük çex pedaqoqu Yan Amos Komenski tərəfindən deyilmişdi. Təbiətə uyğunluq prinsiplərinə əsaslanan “Böyük didaktika” əsərində o yazırdı: “Öyrənilməyə təqdim olunan hər bir şey əvvəlcə ümumi halda, sonra isə şagirdlərin real imkanlarını nəzərə alaraq hissələrlə olmalıdır”.

Sonralar inkişaf edən təlimin nəzəriyyəsi və metodikasını Viqotski, Rubinşteyn, Davıdov, Elkonin, Zankov, Bruner, Montessori, Spenser, Kaqan, Con Dyni kimi alimlər zənginləşdirmişlər. İyirmi beş ildən çoxdur ki, inkişaf edən təlim pedaqoji mətbuatın səhifələrindən düşmür. Alimlər, psixoloqlar, novator müəllimlər tərəfindən (Ş.A.Amonaşvili, A.K.Dusovitski,Repkin,… N.E.Şurkova və başqaları) seminarlar, kurslar, praktikumlar, treninqlər keçirilmişdir. Ancaq kütləvi məktəb praktikasına inkişaf edən təlim çox böyük çətinliklə daxil olur və hələ də dərin biliklərin formalaşması planında, şəxsiyyətin idraki və sosial aktivliyinin təliminə marağın inkişafında hiss olunacaq nəticələr vermir. Bunun səbəbi ondadır ki, məktəblilərin idraki fəaliyyətinin texnologiyası, onların əqli inkişafını, motivizasiyasını-yəni marağını və hər bir adamın təhsil əməyininşərtlərini nəzərə almaqla kifayət qədər dəqiq işlənməyib.

“İdrak məktəbi”nin direktoru (Bakı, Azərbaycan) Bünyatova tərəfindən işlənmiş təlimin konstruktiv metodikası bizim nəzərimizcə, şagirdlərin idraki fəaliyyətinin aktivləşməsi, onların şəxsiyyətinin və intelektinininkişafı planında perspektiv texnologiyadır. Bununla fəal əqli fəaliyyət kommunikativ qabiliyyəti inkişaf etdirməklə interaktiv, əxlaqi davranışla uyğun gəlir.

2. Pedaqoji əsaslar

Müəllifin fikrincə konstruktiv təlim ona istiqamətlənib ki, şagirdlər zehni əməliyyatların köməyi ilə təhsildə müstəqil şəkildə irəliləsinlər, özlərindən əvvəlki biliklərə, təcrübəyə istinad edib “öz biliklərini”, öz anlayışlarını yaratsınlar və bütün bunları bütövlük sxemində sonrakı biliklərlə əlaqələndirsinlər. Beləliklə, konstruktiv təlim özündə yaradıcı əməliyyat xarakteri daşıyır. Şagirdlər müəllimdən aldıqları, dərs kitablarından götürdükləri informasiyalar üzərində məntiqi əməliyyatlar aparır, daxili görümlərindən, anlayışlarından çıxış edərək öz təsəvvürlərini qurur, biliklərini formalaşdırırlar. Bu yaradıcı proses interaktiv formalarda (diskussiya, dialoq, qruplarda, komandalarda iş, debatlar və s.) fərdi, yaxud kooperativ ola bilər.

3. Konstruktiv təlimin fəlsəfəsi

Bu, amerikan alimi D. Brunerin konstruktivizmi ilə assosiasiya olunur. Təlimin özülünü əsaslandırma təşkil edir. Təcrübə, praktikam üzərində fikirləşərək FƏRD onu əhatə edən yaşadiği mühitdə özünün xüsusi təsəvvürünü, anlayışını  qurur. Bu, xüsusidən ümumiyə və əksinə, induktiv və deduktiv yoldur. Bu prosesdə qoyulan məsələlər aktiv fikirləşməyə, optimal cavab tapmağa, qərar çıxartmağa məcbur edir.

4. Konstruktiv təlimin prinsipləri:

  •  dərk etmə qabiliyyətinin məqsədyönlü inkişafı, yaradıcı təfəkkürün özünü təlimi, həyatla əlaqələr, humanizm, biliklərin inteqrasiyası;
  •  təlimin tərbiyəvi və inkişafı xarakteri;
  • fərdi və kooperativ fəaliyyətin eyni ölçülü uyğunluğu;
  • metodların, formaların, təlim vasitələrinin məqsədə  yönəlmiş müxtəlifliyi;
  • təlimin müsbət, emosional mühiti, avtoritarlığı, şəxsiyyətə, hörmətsizliyi istisna edən əməkdaşlıq və yaradıcılıq birliyi.

Konstruktiv təlim ənənəvi təlimdən fərqli olaraq təlimin müxtəlif forma və metodlarında müəllimlə şagird arasında bir az fərqli mövqe nəzərdə tutur. Müəllim məzmunun planlaşdırılması, strukturu, dərsin növü, informasiya axtarışı və onun translyasiyası mövqeyindən çıxış edərək diqqəti bu məsələlərə vurğulayır: şagirdlərin aktiv idraki fəaliyyəti, onların müstəqil təfəkkür fəaliyyətinə, fikirlərin variantlılığına, optimal cavabın axtarışına köməyin stimullaşdırılması.

5. Konstruktiv təlimin pedaqoji   əhəmiyyəti ondan ibarətdir ki, şagird biliklərin, bacarığın, vərdişlərin formalaşması prosesində passiv dinləyicidən öz təbii imkanlarına nəzərən və müəllimin lazımi dəstəyilə müstəqil mövqeyə keçir. Bu, müəllimə və şagirdə təlimin uğuru, şagirdlərin tərbiyəsi və inkişafı yolunda optimal rejimdə işləməyə imkan verir.

 6. Konstruktiv təlimdə, müəllifin fikrinə görə, aşağıdakılar xüsusi yer tutur:

  • biliklər strukturunun bütöv sxemi. Öyrənilən biliklər strukturu özündə əvvəlkiləri ehtiva edir və sonrakılarla bütövlük yaradır. Bu, müəllimin öz fənnini  bütöv görmək şərti ilə, sözün əsas dayaq nöqtəsini ayırmaq bacarığı ilə mümkün olur;
  • informasiyanın (biliklərin) məzmununda məntiqi struktur əlaqələrinin dərk edilməsi (və yaxud başa düşülməsi);
  • strukturların uyğunlaşdırılması(iki strukturun uyğunlaşması yenisini əmələ gətirir);
  • dönən strukturlar (ümumi münasibətlər şəraitində onlar transformasiya olunur) və variativ assosiativ strukturlar yaradırlar (qərarların variativliyində yalnız bir nəticə mümkündür);
  • eyniləşdirilmiş strukturlar (oxşarlar bir mürəkkəb aparıcıda birləşir).

Müəllif şagirdlərin məntiqi təfəkküründə aşağıdakı əməliyyatları qeyd edir:

Klassifikasiya, seriallaşdırma, əvəzetmə, zənginləşdirmə və multiplikasiyalar.

7. Şagirdlərin təfəkkürlərinin əqli modeli

İ.Piajenin intellektin inkişafı təliminə görə uşaq 8 yaşına qədər məntiqə qədərki inkişaf dövrünü keçir; 8-dən 12 yaşa qədər konkret təfəkkür və ancaq bundan sonra formal (abstrakt) əməliyyatların inkişaf dövrü başlayır. Məişət təsəvvürləri, təcrübələri əsasında yaranan məntiqə qədərki əməliyyatlarda konkret hərəkətlərin rüşeymi doğulur. Onların tez-tez istifadəsində vahid biliklər strukturu, möhkəm münasibətlər, onlar arasında əlaqələr əmələ gəlir. Beləliklə, konstruktiv təlimdə biliklərin formalaşması üç mərhələdən keçir: intuitiv, konkret və formal.

Biliklərin həcmi intellektin fəaliyyətinin nəticələri, onun zənginliyi, müxtəlifliyi, təfəkkür aktivliyi ilə təyin olunur.

8. Konstruktiv təlimdə dərs iki istiqamətdəmüəyyənləşir:

biliklərin kooperasiyası, bacarığı və vərdişləri şərtilə fikri və sosial. Fikri və kooperativ strukturlar uşaqların intellektinin inkişaf mərhələlərinə görə qurulur. Bu, hər bir uşağa ayrılıqda öz fərdi təfəkkür üsulunu, öz anlayışını qurmağa kömək edir ki, bu da gələcəkdə onun şəxsi təcrübəsinə, biliyinə çevrilir. Burada müəllimin vəzifəsi-şagirdlərin əqli və eləcə də sosial planda fəaliyyətlərində mediator-əlaqələndirici, konstruktor, təşkilatçı rolunu oynamaqdır. Fəaliyyətin strukturu kooperasiyanın, interaktivin əsasında sosial və idraki (dərk etmə) planında qurulur. Şagirdlər arasında qarşılıqlı əlaqələr refleksin inkişafına (fikir əməliyyatların təhlili), bacarıq və vərdişlərin əmələ gəlməsinə kömək edir ki, bunlar da struktur fəaliyyətində formalaşır.

Konstruktiv təlimdə hər bir dərs əvvəlcədən müəllim tərəfindən layihələşdirilir və bura yeddi element daxil olur:

  1. Axtarış. Müəllim şagirdlərin bilik səviyyəsini, bacarıq və təsəvvürlərini müəyyən etmək üçün mövzu üzrə suallar verir. Şagirdlər dərsdə gələcək hərəkətləri və təxminən nəticələri bilməlidirlər.
  2. Biliklərin məntiqi strukturlarını təyin etməlidirlər. Hansı məntiqi strukturların biliklərlə dolacağını təyin etməlidirlər: onlar nəyi modelləşdirməli, qrafik təsvir etməli, rəsmlə, sxemlə ifadə etməlidirlər.
  3. Fəaliyyət növünü təyin etməli. Fərdi, müştərək iş, komandada iş, dialoq, diskussiya, dairəvi stol, breyrinq və s., məqsədi izah etmək, metodlaşdırmaq.
  4. Əlaqələr. Əvvəllər əldə edilmiş bilikləri və onlar arasında olan əlaqələri üzə çıxarmaq və istifadə etmək.
  5. Suallar. Bir strukturdan o biri struktura keçid vaxtı bilikləri üzə çıxarmaq və onları gələcəkdə dərinləşdirmək üçün əvvəlcədən suallar fikirləşmək. Problem suallar daxil etmək.
  6. Əlavələr və nəticələr. Bir strukturdan o biri struktura keçiddə müəllim şagirdlərin dünyagörüşünü, biliklərini genişləndirmək üçün onların təsəvvürlərinə əlavələr edir və dərinləşdirir.
  7. Əks etdirmə. Şagirdin şüurunda və əxlaqında idraki fəaliyyətin və sosiallaşmanın nəticəsində meydana çıxır. Şagirdlər tərəfindən biliklərin, bacarıqların və vərdişlərin, fənndaxili və fənlərarası əlaqələrin ümumiləşdirilmiş surətdə analiz-sintezinin əks etdirilməsi.

Çoxillik təcrübə göstərdi ki, “İdrak məktəbi”ni keçmiş şagirdlər öz yaşıdlarından aydın düşüncə tərzi, yaradıcı təfəkkürü, daha yüksək səviyyəli sosial yetkinliyi, mənəvi tərbiyəsi, mədəni münasibəti ilə fərqlənirlər. Konstruktiv təlim məktəb təhsilini 2-3 il sürətləndirir. Hər bir şagirdin daxili enerji qabiliyyəti və təbii imkanlarına nəzərən biliklərin bütövlüyünü təmin edir.

Baxış: 4250

4 комментария to “Müəllif texnologiyası. Bünyatovanın konstruktiv təlimi haqqında. Yelena ANTİPİNA, Pedaqoji elmlər namizədi, dosent, Ukrayna, Simferopol”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe