Dərsliklərin monitorinqindən gələn nəticələr…
Fatma xanım Bunyatova
Son bir neçə aydır ki, TQDK tərəfindən Təhsil Nazirliyinin qrifi ilə buraxılan I-V siniflər üçün yeni dərsliklərin monitorinqi keçirilib və onun nəticəsi ictimaiyyətə mütəmadi olaraq açıqlanıb. Bir pedaqoji texnoloq kimi mən də bu monitorinqə təbii maraqla yanaşaraq özüm üçün bir neçə sual aydınlaşdırmaq istəyirdim. Bu sualdan ən birincisi nəyə görə bizə müraciət edən müəllimlərin əksəriyyəti “kurikulumla işləyirik, yəni yeni proqram və dərsliklərlərlə, amma əksər vaxtı dərsimizi əvvəlki qayda ilə aparırıq” deyə müraciət etmələridir.
İkinci mənə qaranlıq sual yeni kurikulum tələbləri, təlim strategiyaları hansı səviyyədə dərsliklərdə və metodik vəsaitlərdə müəllimlərə aydınlaşdırılıbdır və verilən dərs nümünələri həqiqi mənada özündə yenilik daşıyır yoxsa yenilik imitasiyasına bənzəyir. TQDK seminarlarında bu dərsliklərin müəllifləri, bu dərsliklə işləyən müəllimlər, ixtisas üzrə mütəxəssislər və ictimaiyyətin geniş nümayəndələri iştirak edirdilər. Müzakirələr sözün düzü bəzən ittihama çevrilirdi, lakin seminar rəhbəri ittihamalara yer verməyərək onu qoyulan məqsədlərin araşdırılmasına yönəldirdi.
Müzakirələr zamanı mən özüm üçün qaranlıq məqamları ayırd etdim.
1.Yeniliklər, kurikulumun yeni təlim strategiyası olan fəal təlimin acıqlaması bəzi dərs vəsaitlərində verilir bəzilərində isə yox.
2.Verilən acıqlamalar cox halda nə? sualına cavab verir. Necə və nəcür? etməli sualların qoyulmaması və onların nümünəvi acıqlanmaması bu biliklərin deklorativliyinin işarəsidir.
Əməli biliklərə cox az rast gəlmək olar.
3. Azərbaycan dili, Rus dii (rus bölməsi) dərsliklərinin MMV-tindəki nümunəvi dərslər hər il eyni şablonla, eyni uslubla verildiyindən kənardan baxan deyər ki, müəlliflər dünyada gedən pedaqoji yeniliklərindən təcrid olunaraq bu nümunələri belə vermişdilər. Fəal təlimlə qurulan dərs nümünələrinə yeni sözlər gətirərək əməli şəkildə dərsin quruluşunda onu göstərməmək bu yeniliyin ancaq yeni söz olması deməkdir, yeni quruluşlu dərs demək deyildir. Bu bir növ imitasiyadır. Müəllimlərin də dərsə yanaşmaları MMV-də verilən nümunələrdən irəli gəlir.
4. Monitorinq çərçivəsində aparılan müzakirələrdə qiqqəti çəkən məqamlar:
a) rus dili dərslikləri və MMV –ti (azərbaycan bölməsi üçün müəlliflər Ç.Bədəlov və N.Bədəlova) kurikulumun standartlarına uyğun təlim strategiyayası olan fəal təlimlə verilən dərslər və dərs nümunələri hər bir müəllimi qane edər. Müəlliflərin kurikulumun məqsədlərinin və standartlarının reallaşmasınına istiqamətlənmiş dərs nümunələrində bunu aydın görmək mümkündür.
b) kurikulumun təlim strategiyasına yenilik iki dərslikdə göründü:
— Riyaziyyat 1-5 ( Naimə Qəhrəmanova və b.). Bu dərsliklərdə amerika psixoloqu H. Qardnerin çox sahəli zəka nəzəriyyəsinin zəkanın iki sahəsinə — vizual və manipulyativliyə istinad edilir. Müəlliflərin H.Qardnerin məntiqi, linqvistik və təfəkkürün başqa sahələrinin inkişafına yer ayırmaması, diqqət verməməsi şagird təfəkkürünün 5-ci sinifə qədər intuitiv, (məntiqdən qabaq 7 yaşa qədər formalaşan ) bir təfəkkür tərzində saxlamaq özü böyük bir qəbahət olmaqla bərabər bu önəmli pedaqoji texnologiyanının yarımçıq, müəllimlərə aydınlıq verilməmiş, ona daim yarımçıq istinadı bu xeyirli işin xeyrini ortalığa çıxarda bilmədi. Onu da qeyd etmək istərdim ki müəllifin riyazi məsələ və misalların təxəyyüldə qurmaq istəyi –bu çox önəmli bir istətikdir- sözlə ötürülür, əmələ keçirilmə qaydası verilmir, şagirdlərin yaradıcı təxəyyüli inkişaf edilmir. Qardnerin dərk etmə nəzəriyəsi konstruktivizmə yaxın olduğu üçün o fəal təlimin əsasları ilə uyğun gəlmir və bu uyğunsuzluğu da hər bir nümunəvi dərslərdə görmək olur.
Riyaziyyat 1-5 dərslikdə yenilikdən bir parça yenilik var, amma bu bir parça da olsa yenilik yeni təlim strateğiyası ilə konstruktiv təlimlə həyata keçirilsəydi onda onun əhəmiyyəti hamıya aydın görünərdi. Cünki bu yenilik konstruktivizmə aid olan bir yenilikdir.
-Ədəbiyyat-5 (A.Suleymanova və b.)
Bu dərsliyin müəllifləri kurikulumun təlim strategiyasına yenilik gətiriblər. Onlar amerika alimləri Robert Strenberq və Hovard Qardnerin oxu strategiyalarına əsaslanaraq dərs prosesində şagirdlərin oxuyaraq öyrənmələrini əsas götürülər. Müsbət bir haldır ki, müəlliflər MMV-də müəllimlərə bu strategiya haqqında geniş məlumat verirlər, misallar gətirərək bu strategiyanı hər tərəfli açıqlayaraq təhlil edirlər, istiqamətlərini nəzəri cəhətdən göstərirlər.
H.Qardner Jan Piajenin koqnitiv (dərk etmə) nəzəriyyəsinə əsaslanan, onu inkişaf etdirən bir alimdir. Koqnitiv — dərk etmə konstruktivizimdir. Bu dərketmə prosesində hər bir şagird öz biliklərindən təcrübəsindən çıxış edərək öz biliklərini yaradırlar. Müəlliflər nəzəri cəhətdən bunu təsdiqləyirlər, amma nümunəvi dərslərdə bunu fəal təlimin usulları üzrə qurmağa cəhd edirlər, lakin bu cəhd də alınmır. Çünki fəal təlimin yolu bir yoldur, konstruktivizmin, dərketmənin yolu başqa bir yoldur. Burada fəal unsiyyət, yaradıcılıq, düşüncə əməliyyatları əsas götürülür. Və bu təlim stategiyasında qurulan dərsdə hamının sevdiyi, lakin həyata keçirə bilmədiyi bir kəlam “şagirdləri öyrənməyə öyrətmək” kəlamı öz açıqlamasını tapa bilərdi.
Və sonda onu qeyd etmək lazımdır ki, əgər H.Gatdnerin yanaşması, onun öz əsası üzrə, konstruktiv yanaşma əsasında dərslər qurulub, işlənib ortalığa çıxardılsa onda o zaman kurikulumun uğurla həyata keçirilməsində yeni bir səhifə innovativ bir səhifə açılmış olardı.
Baxış: 2730