Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘konstruktiv yanaşma ilə interaktiv təlim’

Konstruktiv yanaşma ilə interaktiv təlimlə Ədəbiyyat fənnindən qurulan dərs nümunəsi .

 

Fatma xanım Bunyatova 

Ədəbiyyat  V sinif (A.Süleymanova  və b.)

Mövzu: “Müəllimin arzusu”

  slyd


Konstruktiv   yanaşma  ilə  interaktiv dərs  iki  hissəli  dərsdir. Dərsin birinci hissəsi üç mərhələdən ibarətdir. Hər mərhələdə görülən iş sonrakı mərhələ ilə əlaqəli olduğu üçün şagirdlər silsiləli təlim  və əqli fəaliyyətdə olurlar. Şagirdlər 4 nəfərdən ibarət komandalarda təlim fəaliyyətində olurlar

Standart  1.1.1.; 1.1.2; 1.1.3; 1.2.4; 2.1.1.; 2.2.1.;

 

Məqsəd :

— şagirdlərin    arzu   haqqında   anlamlarını   üzə   çıxartmaq   və   onu genişləndirmək;

-mətnə   sual   qoymaq,   suala   ətraflı  cavab   vermək,  ifadəli  oxu  bacarıqlarını   inkşaf    etdirmək;

— şagirdlərin   cütlükdə   və    komadada    qarşılıqlı   müzakirə   bacarıqlarını inkişaf   etdirmək;

Təlim  fəaliyyətləri:  cütlükdə   oxu ;  cütlükdə   müzakirə ;  komandada müzakirə; Read the rest of this entry »

Baxış: 7827

Kurikulumun inkişafında innovativ yanaşmalar

Təhsil Nazirliyinin qrifi ilə çap olunacaq  «Kurikulumun inkişafında innovativ yanaşmalar»  metodik məcmuəsinə  hər bir innovativ müəlim  öz dərsini  göndərə bilər.

Bu metodik vəsait kurikulumun təlim strategiyasının genişləndirilməsi istiqamətində hazırlanır.  Metodik vəsaitin məqsədi  geniş müəllim auditoriyasını dünya pedaqoji məkanında işlənən ,  tədris olunan yeni  təlim texnologiyaları ilə tanış etməkdir.  Bu vaxta qədər kurikulumun təlim strategiyası fəal təlim kimi qəbul edilib, bu metodik vəsaitdə isə müəllimlərin  proyekt, problem, konstruktiv Read the rest of this entry »

Baxış: 2412

Konstruktiv yanaşma ilə interaktiv dərsin quruluşu

Fatma xanım Bunyatova

Konstruktiv yanaşma ilə interaktiv  təlimlə aparılan dərs iki hissədən ibarətdir:

 Dərsin birinci hissəsi 3 mərhələdən ibarətdir:

1) anlamı üzə çıxartmaq (müəllimin sualları; sual  elə qurulur ki, o  hamıya aid olur)

2) anlamı müəllimin  əlavələri və şərhi ilə genişləndirmək (müəllimin əlavələri)

3) anlamı biliyə çevirmək  (şagirdlər  dərslik və  paylama  materialları üzərində verilən tapşırıqları yerinə yetirərək  öz anlamlarını biliyə çevirirlər)

Dərsin ikinci hissəsi:

1)şagirdlər işçi vərəqləri üzrə komandada işləyirlər  (aldıqları bilikləri tətbiq edərək, o biliklərin düzgünlüyünü, yanlışlığını əks etdirirlər); Read the rest of this entry »

Baxış: 2125

Konstruktiv yanaşma ilə interaktiv təlim

 

Fatma xanım Bunyatova

Konstruktiv yanaşma ilə interaktiv təlim — müəllif təlimidir. Bu təlim yeni fənn kurikulumun səmərəli tətbiqi ücün təklif olunmuşdu.      

innovativ treninq1. Konstruktiv yanaşma ilə interaktiv təlimdə diqqət şagirdin sosial və idraki fəaliyyətinə yönələrək hər bir şagirdi azad düşüncəli, sosial və idraki bacarıqlı bir vətəndaş kimi böyütməkdir.

Bu təlim texnologiyasının məqsədi hər bir şagirdin idrakının inkişaf etdirilməsi və onu öz hüququnu dərk edən, özünüinkişafını bacaran, öz biliyini yaradıcılıqla yeniləşdirən bir demokratik şəxsiyyət yetişdirməkdir.

2. Konstruktiv yanaşma ilə interaktiv təlimdə müəllim şagirdlərin təlim fəaliyyətlərinin əlaqələndiricisi, dərsin meneceri, mediatorudur və idraki fəaliyyətə istiqamətləndiricidir.

3. Konstruktiv yanaşma ilə interaktiv təlimdə şagird bilik qazanan, biliklərini yeniləşdirən, komandada iş birliyi quran, sosial və idraki bacarıqlarını inkişaf edəndilər. Read the rest of this entry »

Baxış: 3537
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe