Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Innovativ pedaqoji texnologiyalara praktik çəhətdən yiyələnmək arzusunda olanların nəzərinə!

1654167_584909068261404_234184941_n (1)Müəllimlərin sınaq imtahanlarının ikinci və ücüncü bölməsinin sualları  müəllimlərin  təlim prosesində komunikativ  və innovativ pedaqoji texnologiyalarla işləmək  bacarıqlarının üzə cıxarılmasına istiqamətlənmişdir.

İnnovativ Pedaqoji texnologiyada  müəllimin   fəaliyyəti  aşağıdakı funksional komponentlərə ayrılır.

1) idraki  (gnostik component)

2) Layihələşdirici komponent

3) Konstruktiv komponent

4) Təşkilatçılıq komponenti

5) Kommunikativ (ünsiyyət) component

İnnovativ pedaqoji təlim olan F.Bunyatovanın Konstruktiv təlimin – (KT)  prinsipləri  bu komponentləri özündə ehtiva edir. Malayziyanın Digital Shovv – 2014 komandası  F.Bunyatovanın KT dünyada Rəqəmsal təhsilə gətirilən  top 100 təhsil texnologiyaları   sırasına salaraq bu texnologiya və onun müəllifini top 50 təhsil texnologiyası və texnoloqlar sırasına düşmək ücün internet  səsverməyə  cıxarmışdı.

Konstruktiv təlimin komponentləri:

a)     1) İdraki  (qnostik)component

Şagird təfəkkürünün inkişafı;

Biliklərin məntiqi quruluşu;

Biliklər üzərində  məntiqi əməllər;

Biliklərin yaradılması

 

2) Layihələşdirici component

Hər bir dərs layihələşdirilir

Konstruktiv təlimdə qurulan dərsin üç koqnitiv (dərketmə) struktur quruluşu olur.

a) Bünyatovanın məntiqi bilik strukturları

b) Əqli fəaliyyət strukturu.

c) Təlim fəaliyyət strukturu.

Konstruktiv təlimlə layihələşdirilən  dərs 7 elementdən ibarətdir.

3) Konstruktiv component:

Şagirdin  İdrakını  inkişaf etdirən məntiqi suallar.

İdrakın məntiqi əməliyyatları.

Yeni bilik yaradan suallar.

Yaradıçı  düşünçəni formalaşdıran sual və tapşırıqlar.

4) Liderlik, təşkilatçılıq , Kommunikativ (ünsiyyət) componentləri

Şagirdlərin daxili varlıqlarını inkişaf etdirən, social bacarıq və vərdiılərini formalaşdıran təlim fəaliyyətlərində  liderlik və  təşkilatçılıq bacarıqları nı yaradan təlim fəaliyyətləri.

Konstruktiv  texnologiyasına yiyələnmək ücün  16-20.06.2014 və 24-27.06.2014  tarixində treninq keciriləcəkdir

Bu təlimin acar biliklərinə yiyələnəndən sonra siz onu normaya keçirə biləcəksiniz və: siz:

-təfəkkürün inkişaf yolunu öyrənib dərslərində tətbiq edəcəksiniz;

-şagirdlərə bilik ötürməyi yox, necə öyrənməyi öyrədəcəksiniz;                                                                                                             -dərsə anlam, dərketmə  yanaşması  ilə yanaşacaqsınız;

-proqram materialından kənara  cıxaraq bugünki bilikləri dünənki və kələcək biliklərlə əlaqəli təqdim edəcəksiniz;

-kecdiyiniz  mövzünun mənasını  acmağı öyrənəcəksiniz;

-şagirdlərin dərsə maraqlarının artrması yollarını biləcəksiniz;

-bilikləri məntiqi əlaqədə təqdim edəcəksiniz;

-məntiqi suallar qoyub,  cavabdan sual yaradaraq şagirdlərin biliklərini inkişaf etdirməyi bacaracaqsınız;

— şagirdlərin əldə etdiyi biliklərə  məntiqi suallar qoyaraq  şagirdlərə bu bilikləri öz  təfəkkürürlərində yeni keyfiyyətə, yeni formaya gətirə bilməyi ücün şərait yarada biləcəksiniz;

-dərslərində şagirdlərin interaktiv və əqli fəaliyyətlərini quraraq bu fəaliyyətləri idarə edə biləcəksiniz;

-konstruktiv dərsin elementlərini bilərək məqsədə uyğun  olaraq dərsi layihələşdirəcəksiniz;

-təfəkkürün   inkişafını ölcmək ücün Blumun taksonomiyasının ölcülərindən istifadə edə biləcəksiniz.

-numayiş və acıq dərsləri kecirəcək, onların təqdimatını edəcəksiniz;

Bu təlimlə qurulan dərslərdə  şagird öz yaradıçı fəaliyyəti ilə: 

-program cərcivısindən kənara cıxır;

— yeni perspektivlər görür;

– öz biliklərindən çıxış edərək yeni bilik yaradır;

-qarşılıqlı dialoji əlaqədə biliklərini genişləndirib, möhkəmləndirir;

biliklərini bərpa  edir; — səhvlərini  düzəldir;                                                                                                    —biliklər arasında məntigi əlaqələr yaradır;

— müzakirədə yaranan biliyin quruluşuna  uyğunlaşmış biliyini yaradır və.s. Konstruktiv təlim yaradıçı təlim olduğu ücün burada həm müəllim, həmdə şagird yaradııcılıq yoluna düşərək öz təfəkkürlərini inkişaf etdirir;

. Bu bilik və bacarıqlar XXI əsrin müəllim və şagirdinin  öndə kedən bilik və bacarıqlarındandır

Əyər Siz bu bilik və bacarıqlara yiyələnmək istəyirsinizsə, ənənəvi bilik və bacarığınızı yumşaq dəyişmək istəyirsinizsə, onda bu treninqlərə qatılın!

Bilik və bacarığınızı dəyişdirin və

Özünüz özünüzdə  özünüzə inam yaradın!

Treninqin aparıcısı beynəlxalq sertifikatlı trener, konstruktiv təlim texnologiyasının müəllifi,  Fatma xanım Bunyatovadır.

Treninqdən kecən müəllimlərə sertifikat, iş kitabı, metodik vəsaitlər veriləcək.

Ünvan: Bakı ş.Azadlıq pr. 279 (151/a)

Əlavə məlumat almaq ücün  tel:(02)4415806 (050)3114956

e-mail idrakmektebi@rambler.ru

www.idrak-m.com

Treninq ödənişlidir

Ödəniş: 60 AZN

 

Baxış: 2792

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe