Konstruktiv yanaşma ilə interaktiv təlimlə biologiya dərslərində şagirdlər öz biliklərini necə qururlar?
Bakı ş.Qaradağ r-nu 228№ məktəbin
biologiya müəllimi Mətanət Əliyevanın
6-8 .06. 2014 Stambul universitetində keciriləcək Beynəlxalq təhsil konqresinin
elm və təhsil şöbəsində dinlənilməyə qəbul edilən məruzəsinin qısa içmalı
Bu məqalə şagirdlərin öz biliklərinin hansı təlim prosesində? və hansı şəraitdə? qurlduqlarına həsr edilir. Muasir zamanda informasiya və komunikasiya texnologiyasının inkişafı dövründə hər bir fərd informasiya axını qarşısında qalır. Bu informasiyalardan lazım olanları seçib və onları yadda saxlamaq cox çətin olur. Bu problemin həlli bizim tərəfdən şagirdləri öyrənməyi öyrətməkdə və onları öz biliklərinin quruçusu olmaqlarında görünür. Məktəb proqramı cərçivəsində bunu necə həll etmək olar? Azərbaycanda 2007-çi ildən təhsil islahatları aparılır. Milli kurikulum yaradılıb və onun təlim strategiyası fəal təlimdir. Bu illər ərzində 1-6 sinifə qədər müəllimlər fəal təlim kursları keçmişlər və öz peşakarlıq səviyyələrini yüksəltmişlər. Lakin fəal təlim prosesində şagirdlərin əldə etdikləri nəticə texnoloji əsrin irəli cəkdiyi tələblərə çavab vermir. Müasir zamanda şagirdlər bilik daşıyıçıları yox, bilik əldə edən, onu yeniləşdirməyə bacaran bir şəxs olmalıdır. Bu o deməkdir ki şagird nə öyrənirsə düşünərək öyrənməli, öyrənərək biliklərini yenidən qurmalıdır. Buda ki təlimdə yeni bir yanaşma — konstruktiv (J.Piaje) yanaşma tələb edir. Təlim prosesində konstruktiv yanaşma ilə interaktiv təlimdən (F.Bunyatova) istifadə edəndə, şagirdlər öz biliklərinin qurucularına cevrilirlər. Bu qurucülüq dərs boyu davam etməklə yanaşı dərsdən sonra mühitdəki biliklərlə təmasda olandada davam edir. Yəni bir bilik haqqında təfəkkürdə düşüncə strukturu qurulursa, onda bu quruluşa aid biliklər onunla birləşir. Bir biologiya dərsinin nümunəsində bu yolu göstərərək onun nə qədər effektli olmağını görmək olar. Konstruktiv təlimdən istifadə edəndə şagirdlərin interaktiv fəaliyyətdə olmaqları zərururidir. Müəllimin şagirdlərin qarşısına qoyduğu məntiqi suallar və tapşırıqlar interaktiv fəaliyyətdə müzakirə obyektinə cevriləndə şagirdlər bilikləri ilə paylaşdıqları qədərdə bilik qazanırlar. Komandada müzakirədə (S, Kaqan) bilik qazanma, bilik qurma prosesi dahada güclü gedir. Bunun səbəbi isə hər təlim fəaliyyətinin aparılma qaydasına riayət edilmədədir.
Konstruktiv təlim formasında apardığım biologiya dərslərində hər bir şagird tədricən öz yaradıcı düşüncə formasını qurur və yeri gələndə bu düşüncə tərzini başqa fənlərdədə tətbiq edir. Bu isə yeni biliklərin qurulmasına və yaradılmasına gətirib cıxardır.
Baxış: 1914