Bu dərs interaktiv təlim treninqi dövründə qurulmuşdur
Konstruktiv Təlim mərkəzində treninqlərindən keçən müəllimlərin saytımızda xeyli dərsləri yerləşdirilib. Bu dərslər Kurikulumun təlim strategiyası olan fəal təlimlə qurulan dərslərdən cox fərqlidirlər. Ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda Yeni Təhsil strategiyasında bir mənalı bildirilir ki, Kurikulum bir təhsil sənədi olaraq daim yenilənməlidir. Bu dəyişmə, yenilənmə yolları haqqında saytımızda çox saylı yazılar var. Günün tələbinə uyğun bir yazını 2012- ci ildə Konstruktiv Təlim mərkəzindən 4 səviyyəli treninq keçən, 2013-cü ildə ilin müəllimi adını qazanan, Türkiyədə Təlim və kompyuter texnologiyalarına həsr edilən Beynəlxalq konfransda öz işini təqdim edən Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Təranə Əliyevanın 1200-dən cox surəti cıxarılmış yazısını yenidən sizə təqdim edirik. Fatma xanım Bunyatova
Əliyeva Təranə
Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi
İnteraktiv təlim treninqi “İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzində kecirilmişdir. Treninqi “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatova aparırdı. İnteraktiv təlimin fəal təlimdən coxlu fərqli cəhətləri vardır.Ən böyük fərq ondan ibarətdir ki, interaktiv təlimdə hər bir şagird necə? və nə cür? işləyəcəyinin qaydasını
bilir və bu qaydalara riayət edərək öz davranışını nizamlayır. İnteraktiv təlim texnologiyası ilə aparılan dərsdə sözün əsl mənasında təlim və tərbiyyə prosesi qurulur. Müəllimin və yaxud şagirdlərin secimi üzrə qurulan təlim fəaliyətlərində bilik almaqla bərabər, şagirdlər astadan danışmaq, bir-birini dinləmək, başqalarının fikrini qəbul etmək,sual vermək və sairə bacarıqlara yiyələnirlər.
İştirakcısı olduğum İnteraktiv Təlim treninqi əməli şəraitdə kecmişdi və burada nəzəri biliklərin konkret dərs mövzusunda tətbiq olunması yolları göstərilmişdi. Treninqdə bu cür yanaşma interaktiv təlimin fəaliyyət strukturlarına proqram biliklərini yerləşdirmək mexanizminə yiyələnməyə şərait yaratmışdı. Bu bir növ əldən- ələ təlim üsullarının ötürülməsi olduğu ücün praktiki işlərə nəzər salanda treninqin nə qədər effektli olduğunu görməmək mümkün deyil. Təqdim etdiyim dərs treninq vaxtı interaktiv təlim texnologiyası əsasında qurulmuş və işlədiyim İncəsənət Gimnaziyasında dərsdə kecirilmişdi. Mövzu: Söz birləşməsi. Məqsəd; şagirdlərin söz birləşməsi haqqında biliklərini genişləndirmək; komandada və cütlükdə birgəişləmək bacarığının inkişafı. Sinif müvəqqəti komandalara bölünür. Bu bölünmədə komandaların təşkili strukturundan istifadə olunur. Hər bir şagird stolunun üstündəki kartockalardan birini götürür, onu cavablandırır və cavabına uyğun gələn stolun arxasında oturur. Məqsədim eyni vaxta şagirdlərin nitq hissələri haqqında biliklərini yoxlamaqdır. Şagirdlərə komandada və cütlükdə işləmək təklif olunur. Sualla sinfə müraciət edirəm. M. : Mövzümuz “Söz birləşməsidir”. Birləşmə dedikdə siz nə başa düşürsünüz ? Şagirdlər komandada fikir mübadiləsi aparandan sonra hər komandadan secilən bir öncül komandanın rəyini deyir və misallar gətirir. C. Birləşmə — birlik;dostluq; yaxınlıq; bir yerdə; iki söz birlikdə və s. deməkdir. Məsələn: yeni il, aydın səma, parlaq günəş, yaxşı yazmaq və s. M- Slaydda verilən sözü suala əsasən cavablandırın. Alınan sözlər nə bildirir? C.- şəkilli nağıl, maraqlı nağıl, şəkilsiz nağıl, qısa nağıl, qorxulu nağıl, gülməli nağıl, uzun nağıl, və s. Bu sözlər nağılın əlamətinin bildirirlər. M.-Deməli söz birləşməsində bir söz o biri sözün əlamətini bildirir. “Kitabxana” mürəkkəb sözdür , iki söz birləşərək mürəkkəb sözə cevrilir. “Maraqsız nağıl” söz birləşməsidir. Siz bilən, onların arasında hansı fərqlər var? Komandada fikirləşin, sonra öz fikrinizi söyləyin. C.-Mürəkkəb söz iki sözün bir sözdə birləşməsindən əmələ gəlir. Məsələn: dəftərxana, ayaqqabı və s. Söz birləşməsi isə iki sözün bir- biri ilə birləşməsindən əmələ gəlsə də, bir söz o biri sözün əlamətini , sayını bildirir. Məsələn: açıq söz, sinif jurnalı, gözəl görsənmək,üc qız, bərk qaçmaq, yaxşıların yaxşısı, qəşəng oğlan, yaşıl şar və s. M. “Yavaşca yaxınlaşmaq” , “səliqəli qız”, “sinif jurnalı”, cöz birləşməsində hansı sözdən o biri sözə sual vermək olar, yəni əsas söz hansıdır? C .-Yavaşca- necə? Hərəkətin necəliyini bildirir. Ona sual olunur: necə yaxınlaşır? Sual verən söz –“Yaxınlaşmaq”- dır, sual alan söz “yavaşcada”-dır. Necə qız? Səliəli qız. Əsas söz –“qız”-dır, asılı söz “səliqəli”-dir. Sinif jurnalı –nə jurnalı? Sual “jurnal” sözündən qoyulduğu ücün o əsas sözdür, “sinif” sözü isə asılı sözdür. Şagirdlərin birlikdə yaratdıqları biliyi dərslikdə verilən qrammatik izahatla tutuşdurmağı tapşırıram. Onların diqqətlərini fərqlərə yönəldirəm. Sonra onlara tapşırıq verirəm. Tapşırıq 1. Slayddakı verilmiş cümlələri söz birləşməsinə ayırın. Əsas sözdən asılı sözə sual verin. Hər komandadan seçilən bir şagird bir cümlədən söz birləşməsini seçir və sual qoyur. Secimin və sualın düzgünlüyünə komandalar özləri qərar verir. Burada mənim məqsədim şagirdlərin cümlədə söz birləşməsini düzgün seçmə bacarığına yiyələnməsi idi. Nitq hissələri rəqəmlərlə kodlaşdırılır. 1- isim. 2- sifət. 3-say.4-əvəzlik. 5-fel. 6-zərf. Şagirdlər komandada birgə fəaliyyətdə bu kodlarla nitq hissələrini kodlaşdırırlar. Cavabının düzgünlüyünü ekranda göstərilən slayddakı düzgün cavabla yoxlayırlar. Tapşırıq yerinə yetiriləndən sonra hər bir komandadan seçilən bir öncül tapşırığı oxuyur. Komanda üzvləri diqqətlə qulaq asırlar və yeri gələndə düzəlişlər edirlər. Bu tapşırıq əvvəlki tapşırığın əksidir. Bunu verməkdə məqsədim şagirdlərin söz birləşmələrinin düzgün qurmaqlarını, onların kodlara uyğun sözləri düz seçmək-lərini yoxlamaq idi. Bununla yanaşı ,bu açıq tapşırıq şagirdlərin nitqlərinin zənginləşməsinə yonəlmiş olur, cünki bu tapşırığı hər bir şagird öz görümünə əsaslanaraq yerinə yetirir. Komanda üzvləri bu tapşırığı yerinə yetirəndən sonra onlara iş vərəqləri paylayıram. Məqsədim : şagirdklərin əldə etdiyi biliklərin nə qədər tam olduğunu üzə çıxartmaq , onu necə tətbiq etdikləri ilə bərabər, onların komandada birgə fəaliyət bacarıqlarının inkişaf etdirməkdir. İş vərəqlərinin tərtibatında asan suallardan çətin suallara keçidlə bərabər, düşündürücü və tətbiqedici tapşırıqlar da qoyulur. Məqsədim, şagirdlərə biliklərini tətbiq etmək, onlardan yararlanmaq bacarığını aşılamaqdır. İş vərəqlərindən nümunə. İş vərəqlərinin yerinə yetirilməsinə 7-8 dəqiqə vaxt ayrılır. Komanda üzvləri tapşırıqları öz aralarında bölürlər. Hər kəs öz bacarığına uyğun işi görməyə çalışır. Tapşırıqlar yerinə yetiriləndən sonra komandada müzakirə olunur. Komanda ümumi nəticəyə gələndən sonra təqdimata hazır olduğunu bildirir. Hər komandadan bir nəfər iş vərəqini təqdim edir. Komandalar təqdimata diqqətlə qulaq asandan sonra təqdim olunan işi qiymətləndirirlər.Cıxarılan orta qiymət bütün komanda üzvlərinin qiyməti sayılır. İnteraktiv texnologiya ilə keçirdiyim dərslərdə nə yenilikləri gördüm? Şagirdlərin hansı cəhətləri mənə aydın olundu? 1.Öncə onu qeyd etmək istərdim ki, interaktiv təlimin qaydaları ilə qurulan dərs nizam və intizamlı olur. Əvvəllər “işgüzar hay-kuy” adladırdığımız səs- küy sinifdə yox dərəcəsində olur. Hər bir şagirdin təlim qaydalarını bilib komandada ona riayət etməsi ( bu önəmli bir haldır) sinifdə səslərin tonunu azaltmış olur, cünki onlar harada asta, harada orta və ya uca tonla danışmaq qaydalarını öyrənib ona riayət etməyə calışırlar. 2. Hər bir fəaliyyət strukturuna yerləşdirdiyim biliklər şagirdlər tərəfindən araşdırılaraq , müzakirə edilib əsaslandırılaraq öyrənilirdi, Burada bilik bir-birinə ötürülərək daha da da anlamlı olurdu. 3.Komanda üzvləri qarşılıqlı fəaliyyətdə olarkən hər bir komanda üzvü məsuliyyət daşıyaraq təlimə daha da ciddi yanaşırdı, 4.Tapşiriq və fəaliyyət strukturlarının rəngarəngliyi şagirdlərdə dərsə marağın artmasına, hər bir şagirdin özünə inamın yüksəlməsinə səbəb olurdu.Ən əsası o idi ki, şagirdlər dərs bilgiləri ilə yanaşı tədricən sosial (yaşam) bilkilərinə də yiyələnməyə başlamış oldular. 5. Fəal təlimdə motivasiya fəaliyyətinə və bu fəaliyyətdə təkcə mövzunun adının tapılmasına ayrılan vaxt mövzunun daha da geniş çərçivədə, daha da ayrı-ayrı yanaşmada öyrənilməsinə istiqamətlənmiş oldu.