“Ən yaxşı müəllim” necə olmalıdır?
Bu il “Ən yaxşı müəllim” müsabiqəsinə 600-dən çox müəllim sənəd vermişdir. Müsabiqənin I turundan 143 müəllim keçib. Bu o deməkdir ki, müsabiqənin I turunun seçim şərtləri çox ağırdır və bəzən də bütün müəllimlərə şamil deyil. Belə ki, ibtidai sinif müəlliminin olimpiadada iştirak edən, TQDK-nın imtahanlarından yüksək bal toplayan şagirdlərinin olmamamsı onların topladığı ballara təsir edir . Müsabiqənin şərtlərinə əsasən seçimlərdən keçərək ,” Ən yaxşı müəllim” adını qazanmaq istəyən hər bir müəllim aşağıdakı keyfiyyətləri özündə birləşdirməlidir:
- Bilik və onun tətbiqi :
- hər bir müəllim tədris etdiyi fənn üzrə bilikləri tam bilməlidir ;
- İKT və yeni təlim texnologiyalarının işlək alətlərini bilməlidir ;
- pedaqogika və psixologiyadan hər bir şagirdə yaş həddinə görə hansı üsullarla yanaşmağı bilməlidir;
- şagirdlərdə biliyə maraq oyatmağı , onlara düşünərək, anlayaraq, bilik toplamaq yollarını öyrətməyi bacarmalıdır ;
- Sosial bilik və bacarıqlar :
- yeni fikirləri qəbul edərək , onları təbiq etməyə meyili olmaq ;
- hər bir şagirdi olduğu kimi qəbul edərək onun inkişafına düzgün istiqamət vermək ;
- həmkarlarına dəstək olmalı, əldə etdiyi nailiyyətləri beynəlxaq və yerli seminarlarda, konfranslarda açıq müzakirəyə çıxartmaq ;
- şagirdlərinə ünsiyyət bacarıqlarını: bir-birinə hörmətlə yanaşmağı , bir-birini dinləməyi , kömək etməyi və s. kimi sosial bacarıqları aşılamaq;
- tanımadığı siniflə ünsiyyət qurub dərs prosesini aparmağı yollarını bilmək;
- İntellektual bilik və bacarıqlar :
- fənn proqramını təhlil etmə , onun çatışmayan hissələrini dolduraraq tam bir formaya çatdırma yollarını bilmək ;
- yenilikçi olmalı. hər bir yeni fikri qəbul edərək , onu keyfiyyət etibarı ilə təhlil edib, öz işində sinif prosesində tətbiq etməyi bacarmaq ;
- dərs prosesində qoyduğu problemi şagirdlərlə birgə çözməyi bacarmaq və bu yolları həmkarlarına ötürə bilmək . Əldə etdiyi nailiyyətləri elmi məqalələrdə əks etdirərək , yerli və beynəlxalq indeksli jurnallarda dərc etdirmək ;
Müasir zamanın tələbindən irəli gələrək bütün bu keyfiyyətlər hər bir müəllimin bilik və bacarığı olaraq onun dəsti- xəttində əks edilməlidir. Çünki “ Ən yaxşı müəllim” adını qazanmaq , bu adı daşımaqdan çətin deyil. Ən çətini onu layiyiqincə daşımaqdır. Yəni bu xəttdən çıxmayaraq onu davam etdirməkdir.
Bu prosesə qoşulmaq istəyənlər üçün “İdrak məktəbi”nin növbəti dəstək layihəsinə start verir .
Baxış: 5625