II. International Dynamic, Explorative and Active Learning (IDEAL) Conference 2015
5-7 noyabrda Türkiyənin Amasiya şəhərində keçirilən «II. International Dynamic, Explorative and Active Learning (IDEAL) Conference 2015» -da 45 ölkənin təhsilini təmsil edən hər bir iştirakçı təhsil sahəsində baş verən yeniliklər, İKT-nin təhsildə son tətbiq üsulları və yeni təlim metodları haqqında məruzələrlə çıxış etdilər. Azərbaycan təhsilini beynəlxalq səviyyədə təmsil edən F. Bunyatovanın Konstruktiv Təlimi Mərkəzinin üzvləri də iştirak edərək öz məruzələrini təqdim etdilər. Məruzələr F. Bunyatovanın Konstruktiv təlimi ilə qurulan dərslər barədə mövzuları əhatə edirdi. Beynəlxalq səviyyədə müzakirəyə çıxarılan F.Bunyatovanın Konstruktiv təlimlə qurulan dərs modeli böyük maraqla qarşılandı və Konstruktiv Təlim Mərkəzi yeni layihə təklifləri aldı.
İştirakçıları təbrik edirik və onlara uğurlar arzulayırıq!
Baxış: 1036