Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv təlimlə qurulan Kimyadan dərs nümunəsi

Gülnarə Nəbiyeva

Bakı  şəhəri  91 saylı  tam orta məktəbin  kimya müəllimi

Azərbaycanda 2013-cü ildə qəbul olunan Yeni Təhsil strategiyasının əsas məqsədlərindən biri təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin еtmək üçün cəmiyyətə səriştəli, innovativ müəllim hazırlamaqdır.Yeni təhsil islahatının başlıca vəzifələrindən biri də məsuliyyətini dərk edən, demokratiya  prinsiplərinə və xalqının  milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycanlı ideyalarına  sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Məhz  bu prinsiplər əsasında  tədris prosesini günün tələbləri səviyyəsinə qaldırmaq  müasir  müəllimdən pedaqoji ustalıq tələb edir

Pedaqoji  prosesdə dərk etmə (koqnitiv) təlim  texnologiyalarından  istifadə etməklə, müəllim şagirdlərə  təqdim olunuan biliyi dərk edib anlayaraq, onları öz əvvəlki bilikləri ilə uzlaşdıraraq, yenidən qurmağa şərait yaradır. Nəticədə  şagirdlərin idraki bacarıqları formalaşır. Məhz  bu baxımdan tədris etdiyim kimya fənnindən dərslərimi  fəal təlimlə yanaşı, konstruktiv təlimlə  qurmağa başladım. F.Bunyatovanın  Konstruktiv təlimində  müəllimin qoyduğu  məntiqi sualları və əsaslarlar cavablandıran şagirdlər öz biliklərini yeniləşdirib, gələcək biliklərlə uzlaşdıraraq, proqram çərçivəsindən  kənara  çıxırlar.Bu biliyin yaranma prosesi konstruktiv təlim texnologiyası əsasında  tədris etdiyim 7-ci  sinifdə  «Oksigen kimyəvi element və bəsit maddə kimi» mövzusunda  aparılan dərs nümünəsində göstərilir.

Konstruktiv  təlimlə keçirilən dərsdə  şagirdlər dərs boyu  interaktiv  fəaliyyətdə olurlar. Şagirdlər 4 nəfərdən ibarət komandaya  bölünürlər. Komandaya bölünmə şagirdlərin və müəllimin istəyi ilə bölünə bilərlər.

Bu dərsdə əsas məqsəd şagirdlərin oksigen haqqında biliklərini genişləndirmək, qazanılan biliyi möhkəmləndirmək, onu ön və sonrakı biliklərlə inteqrasiya edərək, kimyadan olan  bilik sistemində yerini tapmasıdır..  Bununla yanaşı, məqsəd:qarşılıqlı əməkdaşlıq,  məsuliyyət, ümumi rəyə gəlmək kimi sosial bacarıqları  inkişaf etdirməkdir.Konstruktiv təlimin əsaslarından istifadə  edərək, şagirdləri axtarmağa, anlamağa, anlamın üzə çıxarılmasına aid məntiqi suallarla sinfə  müra- ciət edilir. Suallar öncə  komandada müzakirə edilir və sonra komandanın bir üzvü  sualı cavablandırır. Cavabın düzgün olub olmaması müəllim tərəfindən deyil,  komandaların  müzakirəsi zamanı təsdiqlənir.

 Dərsin gedişi.

Mövzu: Oksigen

Standart:

2.1.5 Yer səthində suyun paylanmasını şərh edir.

2.1.6. –Təbiətdə suyun dövranının sxemini tərtib edir.

Təlimin məqsədi — Hidrosferin tərkibinə daxil olan suların izahını vermək, hidrosferə aid bilikləri ümumiləşdirmək.

1.Mövzunun  anlamının  üzə  çıxarılması.

Axtarış  sualları:

Sual:   Oksigen sizin üçün  nədir?

Cavab: Oksigen nəfəs aldığımız qazdır. Oksigensiz yaşamaq mümkün deyil, çünki, oksigen insanların yaşaması üçün ən vacib qazlardan biridir.

 Sual:   Oksigensiz yaşamaq olarmı ? Olar, olmaz? Nəyə görə ?

Cavab:   Xeyir, oksigensiz yaşamaq olmaz ! Çünki, oksigen olmasa, insan tənəffüs edə bilməz!  Bununla da bütün

      canlılar, canlı təbiət  məhv olmuş olar.

Bu suallarla  şagirdlərin intuitiv bilikləri üzə çıxardılır və ora yeni biliyin elementləri əlavə edilir.

  1. Müəllimin interaktiv əlavıələləri:

Müəllim:  Oksigen  latın  mənşəli   «Oxygenium» sözündən götürülüb,    tərcümə-

də  mənası “oxys” — turş , genos — “əmələ gətirən” deməkdir.

Oksigen ilk dəfə 1772-ci ildə İsveç alimi Karl Vilhelm Şeyele tərəfindən kəşf  edilib.

Diqqqətlə cədvələ baxaraq təyin edin.

Sual: Oksigen  Mendeleyev dövrü  sisteminin neçənci  qrupunda yerləşir və onun  neçə    izotopu var?

Cavab: Oksigen  Mendeleyev dövrü  sisteminin VI qrupunda yerləşir  və  onun 3 izotopu var.

Sual:  Bu  izotoplar hansılardır və aralarındakı  fərq nədir?

Cavab:  Bu izitoplar  O-16, O-17, O-18-dir. Sıra nömrəsi eyni, atom  kütləsi  müxtəlif  olan  bəsit maddələrdir.

Müəllim: Oksigen təbiətdə ən geniş yayılmış elementdir. Birləşmə şəklində torpağın, suyun, dağ  süxurlarının, mineralların əsas tərkib hissəsini təşkil edir. Nəyə görə oksigenin bu əlamətləri olur ?

Tapşırıq və sualların bu cür qurulması  hazır informasiyanın ötürülməsi əvəzinə bu informasiyanın istinad yerində təhlil, müqayisə edərək çıxarılması informasiyadan bilik yaratmaq kimi vacib intellektual bacarığı formalaşdırır.

Müəllim:   Diqqətlə slayda baxın və oksigenin harada  cox və az olduğunu  təyin edin.

        Nəyə görə orada çoxdur və azdır?

Cavab:   Çünki, gördüyümüz slaydda su – 88,96 %-dir. Su – həyat mənbəyidir. Suyun özü  hidrogenlə oksigenin   birləşməsindən ibarətdir.

       Gördüyümüz slayda əsasən yer qabığında kütləcə — 47 %, havada kütləcə 23, həcmcə — 21 %, qumda kütləcə — 53 % -dir. Canlıların isə 65 % olduğunu  təşkil edir.  

Müəllim:  Oksigen  bəsit maddə kimi atmosferdə və təbii sularda həll olmuş şəkildə  olur.

Fransız kimyaçısı Antuan Lavuazye 1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. Flogiston sözü yunan dilindən tərcümədə  “yanar, öz-özünə alışan” mənasını verir. Gördüyümüz slaydda Antuan Lavuazyeyə görə havanın  tərkibində oksigen qazı — 21 %, azot qazı – 78 %, karbon qazı – 0,03 %, hidrogen və təsirsiz qazlar  isə — 1% təşkil edir.

Sual:  Antuan Lavuazye  və Karl  Şeyelenin ixtiralarında ortaqlıq nə var?

Cavab:  Karl Şeyele sadəcə oksigeni kəşf etmişdir, Antuan Lavuazye isə havanın tərkibində müxtəlif  qazların və oksigenin havanın tərkibində 21 %  olduğunu kəşf  etmişdir.

Müəllim:  Oksigenin şəkli dəyişir və o  müxtəlif bəsit maddə əmələ gətirir. Kimyada buna allotropiya hadisəsi   deyilir. (Allotropiya — yunan dilindən tərcümədə mənası “allos” – digər, başqa, “tropos” istiqamət,   xassə deməkdir).  Eyni kimyəvi elementin müxtəlif bəsit maddə əmələ gətirməsi hadisəsinə allotropiya, əmələ gələn bəsit maddələrə isə allotropik  şəkildəyişmələr deyilir.

Sual:   Slayda gördüyünüz  kristal quruluşda neçə allotropik şəkildəyişmə vardır?

Cavab:  Gördüyümüz kristal quruluşda oksigenin 2  allotropik şəkildəyişməsi vardır:   Oksigen və ozon.

Müəllim: Allotropiya hadisəsi 2 səbəbdən baş verir:

  1. Molekulda atomların sayının müxtəlif olmasından;
  2. Molekulun kristal quruluşunun müxtəlif olmasından.

   Slayda baxın və oksigenin   fiziki xassələrini sadalayın.

Cavab:  Oksigen  n.ş. (normal şəraitdə) qaz,  -182°C-də maye, — 219°C-də isə göy rəngli kristallar əmələ gətirir.   

Müəllim:  Ozon — rəngsiz, xoş iyli,-112° C-də mayeləşən, -193°C-də donan,sıxlığı 2,14 q/l, davamsızdır.    Molekulyar quruluşa malik qazdır.   

 Sual:   Oksigen və ozondan  tibbdə necə  istifadə edilir?

Cavab:   Oksigendən tibbdə insanların daha yaxşı nəfəs alması üçün içərisi oksigenlə  doldurulmuş oksigen balışından istifadə olunur. Hətta  təyyarələrdə uçuş zamanı ekstremal vəziyyətdə oksigen maskası olur.  Ozon isə ozonoterapiyada  qanın təmizlənməsində, şəkər və bir çox xəstəliklərin aradan qaldırılmasında   geniş istifadə edilir.

  1. Alınan biliklərin möhkəmləndirilməsi:

 Paylama  materialları  üzərində  iş. (dərslik  üzrə iş)

Anlamın elmi biliyə çevrilib möhkəmlənməsi üçün hər bir komandaya   paylama materialları verilir.

Paylama materialından olan bir nümunə təqdim edilir:

Tapşırıq:  

“HAVA”   KOMANDASI

  1. Havanın tərkibinə daxil olan qazları xarakterizə edin.
  2. Havanın tərkibinə daxil olan oksigenin təbiətdə tapılması haqqında məlumat verin.
  3. Oksigenin fotosintez prosesində rolunu qeyd edin.

Hər bir komanda  verilən tapşırıqları  müzakirə  edir, fikir mübadiləsi aparır. Sonra seçilən nömrə altında olan şagirdlər ( şagirdlər öncədən saat əqrəbi istiqamətində nömrələnirlər — 1,2,3,4 ) tapşırığın suallarına cavab verir və  hazırladığı işi təqdim edir. Komandaların cavablarının düzgün olub-olmadığı komandalarla  birlikdə dəqiqləşdirilir. Bu müzakirələrdə şagirdlər biliklərini paylaşırlar və bu paylaşma zamanı onların şəxsi bilikləri daha da möhkəmləndirir , zənginləşdirir və daxilən  biliklər  bir-biri  ilə  əlaqələnir.

 

 4.İşçi  vərəqləri  üzərndə  iş.

 Paylama materiallarının təqdimatından sonra  alınan  biliyin əks  etdirilməsi və səhvlərin düzəldilməsi üçün   hər bir komandaya  iş vərəqləri paylanılır. İş vərəqlərində qoyulan suallar biliyin düzgünlüyünə, alınan biliyin təhlilinə, onun  həyatı  biliyinə çevrilməsinə yönəldilir.

İş  vərəqindəki  tapşırıqlarından bir nümunə:

“Ozon”  komandası

1. Ozon Yer səthindən nə qədər yüksəklikdə yerləşir və nə əmələ gətirir?

Cavab:_____________________________________________________________________________________________________________________________________________

2. Ozonun donma temperaturu nə qədərdir

Cavab:_____________________________________________________________________________________________________________________________________________

3.Atmosfer havasında oksigen qazının olduğu kim tərəfindən kəşf edilib?

Cavab:_____________________________________________________________________________________________________________________________________________

4. Nəyə görə insan bədəninin 65 %-ni oksigen təşkil edir?

Cavab:_____________________________________________________________________________________________________________________________________________

5.Nəyə görə ozonun nisbi atom kütləsi oksigenin nisbi atom kütləsindən böyükdür ?

Cavab:_____________________________________________________________________________________________________________________________________________

6. Esse yazın. Bir gün qoz ağacı tut ağacı ilə söhbət edirdi…

Cavab:________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

İşçi vərəqlərində verilən 1-3 tapşırıqlar alınan biliyin nə qədər  düzgün olmasının əks etdirilməsinə istiqamətlənmişdir.

4-5 tapşırıqlar səbəbi təhlil etməsinə, 6-cı tapşırıq isə yaradıçılığın inkişafına, alınan biliyin həyatı biliyə çevrilməsinə istiqamətlənmişdir. 6-cı tapşırığı yerinə yetirən zaman komandalar öz düşüncə  prizmasından çıxış edərək, daxili görümləri aşkarlayırlar.

 

Esselərdən nümunələr:

Bir gün qoz ağacı tut ağacı  ilə söhbət edirdi.,,,

Qoz ağacı dedi:______________________________________________________________

-Mən ətrafıma karbon qazı ötürdüyümə görə  tənhayam. ________________________________

Tut ağacı isə ona cavabda:______________________________________________________

-Mən isə ətrafıma oksigen qazı ötürdüyümə görə  tənha deyiləm. Hər gələn mənim ağacımın altında  _ istirahət edir, dincələ bilir._____________________________________________________

 

Bir gün qoz ağacı tut ağacı  ilə söhbət edirdi…

Qoz ağacı:_________________________________________________________________

-Axı nəyə görə məhz heç kim məni sevmir. Mənim bu sərin kölgəmdə heç kim dincəlmir.__________

Tut ağacı :_________________________________________________________________

-Amma məni hamı sevir, kölgəmdə dincəlir. Çünki, mən xoşxasiyyətəm. Sən isə çox bədxasiyyətsən. Öz kölgəndə yatanlara xəstəlik törədirsən. Əgər sən də fotosintez  prosesi aparsan, tənha qalmazsan. ___

Qoz ağacı:_________________________________________________________________

-Neyləyə bilərəm, mənim xasiyyətim belədir.__________________________________________

Tut ağacı:__________________________________________________________________

-Onda  xasiyyətinin  bəlasını çək və tənha qal ! — deyərək, tut ağacı budaqlarını daha da aşağı saldı.___

 

Qoz ağacı  tənha, adamsız günlərini keçirirdi. …

       Qoz ağacı tənha, adamsız günlərini keçirirdi. Qoz ağacı ətraf mühiti korladığı üçün heç kim ona yaxınlaşmırdı. O  qonşuluğunda olan tut ağacına diqqət edərək  onun yanında çoxlu insan və bu insanların  üzündə təbəssüm olduğunu görürdü. Tut ağacı insanların ona olan bu ünsiyyətindən çox razı idi. Çünki, o  ətrafına təmiz oksigen yığaraq, insanların sağlam və zəngin oksigenlə nəfəs almasını təmin edirdi.   Qoz ağacı isə ətrafını karbon qazı ilə zənginləşdirərək, insanların narahatçılığına, rahat nəfəs almamasına yol açırdı. Qoz ağacı bunları görüb çox şikayətlənirdi. Lakin bir gün onun yanına bir insan gəldi.   O, qozları yığaraq, insanlar üçün dəyərli olan bu məhsulu onlara  aparmağa tələsdi və qoz ağacına:    “Nə yaxşı ki sən varsan!” – dedi.  Qoz ağacı insanın bu işindən və sözündən  çox sevindi. Çünki, o ətrafını karbon qazı ilə korlamasına baxmayaraq, insanlara dəyərli qida məhsulu verməsi ilə öyündü.

Esseler dinlənilərkən, şagirdlərə “Hər bir essede hansı insanı keyfiyyətləri görürsünüz ? tapşırığı verilir.

Müzakirənin nəticəsində şagirdlər belə qənaətə gəldilər ki, essedə özünü təqdim etmək, reallığı, həqiqəti deməklə yanaşı, humanistlik keyfiyyərlərinə üstünlük verilir. Bir cümlə deməklə, Nə yaxşı ki,  sən varsan!“  insan qoz ağacını bədbinlikdən qurtardı.  El arasında deyilən kəlmələrin elmi açılışı oldu. Bu müzakirələr şagirdlərdə hümanistlik, yaxşını görmək, problemi çözmək, elmə əsaslanmaq kimi sosial və intellektual bacarıqları inkişaf etdirir.

  Konstruktiv təlimdə qiymətləndirmə  meyarları,  biliyin düzgünlüyü  ,tətbiqi və təhlili ,  yaradıcılıq və  ünsiyyət  idrakın inkişafının bəsit formasından yüksək formasına qədər əhatə edir. Bu da öz tərəfindən  şagirdləri bu istiqamətdə inkişafa yönəldir. 

Dərsin sonunda isə « Bu gün dərsimizdə yeni nə öyrəndiniz  Buna necə nail oldunuz?”sualları əsasında refleksiya (yekunlaşdırma) aparılır. Refleksiya  zamanı şagirdlər verilən sualların maraqlı ,  tapşırıqların  isə fərqli olmasını qeyd etdilər. Onlar sualları cavablandırıb, yeni  bilikləri əldə  etdiklərini vurğulayaraq, hazır cavabdansa düşünərək, cavaba gəlməyə  üstünlük verdilər.

Konstruktiv təlimlə  aparılan dərsdə  bir çox məsələləri əhatə etməyə, görülən işlərin mahiyyətini dərk etməyə, şagirdlərin biliklərinin ümumiləşdirilməsinə, təkrarlanmasına, möhkəmləndirilməsinə, yeni bilik və bacarıqların yaradılmasına imkan yaranır. Konstruktiv təlimdə  dərs canlı və maraqlı keçir, bütün şagirdlər dərs boyu müzakirələrdə fəal iştirak edərək, öz biliklərini söküb dağıdaraq, yeni bir formada qururlar. Bu dərs şagirdlərin  təfəkkürünə, yaddaşına  müsbət təsir göstərir. Şagird anlamı üzə çıxarılandan sonra o elmi biliyə   çevrilir və sonrakı dəyişmələrə məruz qalaraq, praktiki bir bilik formasını da alır. Bu çevrilmələr tədriçən şagirdlərin bilik qazanma yolunda dərk etmə alətlərindən biri olur.

Baxış: 2183

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe