Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

İbtidai sinif müəllimlərinin hansı bilik və bacarıqlara ehtiyacları var?

treninq1 - копияFatma xanım Bunyatova

İbtidai məktəbdə fərdin bundan sonra və ömrünün axırına kimi lazım olan biliklərin,  dünya görüşünün, anlamının, düşüncə tərzinin özülü qoyulur. Bu yaş dönəməində öyrənmə və öyrətmə bacarıqları  təbiətdə  bir-bir ilə vəhdət  şəkildə inkişaf edilir. Amma bu tarazlıq təlim prosesində pozulur. Müəllimlər sinif otaqlarında dərs zamanı öyrətməyə çox fikir verir ,  düşünərək  öyrənmə  bacarıqlarının yaradılması əvəzinə   onlarda qəbul etmə , əzbərləmə , yadda saxlama , bir sözlə hər şeyi hazır mənimsəmək bacarıqlarına yiyələnən

bir fərd  formalaşdırır.XIX-XX əsrlərdə mənimsəmə bacarıqlarının inkişafı əsas meyarlardan biri idi. Çünki şagirdlər üzərinə indiki ölçüdə informasiya  yağmırdı. Yaşadığımız əsr informasiya əsri olduğu üçün, onun öz ölçü meyarları  vardı və bunlarda :

-anlamlı və surətli oxudan;

— rabitəli nitqdən və savadlı yazıdan ;

-informasiyanı biliyə çevirməkdən;

— təcrübə əsasında yeni biliklər yaratmaqdan;

— ibtidai riyazi biliklərin ayrı –ayrı düşüncə müstəvisində tətbiqindən;

-yaradıcı və tənqidi təəfəkkür bacarıqların olmasından və s.  ibarətdir.

Təhsildə aparılan  islahatlar, ona gətirilən dünyəvi yeniliklərin hamısı  şagirdin  düşüncəsinin, idrakınin inkişafına yönəlibdir. Yönəlməyə yönəlibdir,  amma tətbiqi mexanizminin keyfiyyət əmsalı  çox  az olduğundan müəllimlər biliyi mənimsətməyə üstünlük verirlər. Və nəticə etibarı ilə nə bilik tam mənimsənilir, nə də ki yuxarıda sadalanan bacarıqlar formalaşır.  Bunun səbəbi isə çoxdur. Amma ən əsası: müəllimin əlində qabaqçıl, keyfiyyət etibarı ilə səmərəli pedaqoji üsul və texnologiyaların olmaması,  bu texnologiyalardan istifadə  tələbini  edənin və müəllimin öz istəyinin yoxluğunun olmasıdır.  Nəticə isə göz qabağındadir. Arzulanan müsbət dəyişikliklər özünü bariz olaraq biruzə vermir. Və yəqin ki çox yaxınlarda  rəsmi səviyyədə ibtidai məktəbi bitirən şagirdlərin neçə  faizi standartlara cavab verən bilik və bacarıqlara yiyələnməsi məsələsi incələnərək  müəllimlər qarşısında yeni vəzifələr qoyulacaqdır.

Baxış: 2783

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe