Valideynlərin nəzərinə
“İdrak məktəbi”nin məktəbə hazırlıq qrupunun məramı.
Uşaq nə qədər körpəlikdən bilik toplasa,
təxəyyülündə surətlər yaratsa, bu onun
daxili varlığının səltənətinə çevrilər.
F.Bunyatova
Dünya təcrübəsində məktəbə hazırlıq uşaqların erkən inkişafının məqsədyönlü, onun inkişaf və istək ritmini pozmadan aparılmasını göstərir. Təbiətən oynayaraq, hərəkətdə olaraq uşaq inkişaf edir, bu oyunlar, hərəkətlər bilik daşıyıcısına çevriləndə, onda həm fiziki inkişaf gedir, həmdə onun biliyi inkişafda olur. Bilik olan yerdə, ona yeni element əlavə edəndə o hərəkətə düşüb yeni bir formada olur. Yaranmış biliyin hər bir yeni forması, onun təxəyyülündə yeni surətlər yaradır.
Erkən təhsilin, məktəbə hazırlığın əsas məqsədini biz təxəyyülün inkişafında , həyatı biliklərin əməli formada alınmasında, bu biliklərin surətlərə çevrilməsində görürük. Uşaq onun üçün məqsədyönlü inkişaf yolunda olanda, öz daxili dünya aləminin cizgilərini yaradır.Bu yaranmış surətlər onu gələcək həyatında məktəbə qədəm basanda ondan orada tələb olunan bilik və vərdişlərin əməli tətbiqi zamanında açılıb, hərəkətə gələrək, ona lazımı informasiyanı təqdim etməyə şərait yaradır. Məhz buna görədə “İdrak məktəbi”nin məktəbə hazırlıq proqramı geniş olaraq hərəkətedici və əməli formada həyata keçirilir.
Əgər Siz uşaqlarınızın inkişafının bu istiqamətdə aparılmasını istəyirsinizsə bizə müraciət edə bilərsiniz.
Əlaqə: Ünvan: Azadlıq pr.151 A
Tel: (012)441-58-06
Baxış: 2471
Almaz xanım, cox sağ olun.
Hörmətlə Fatma xanım