3. Müəllimlər üçün treninq
Kooperativ (interaktiv) təlimlə dərslərin aparılması
Kooperativ (İnteraktiv) təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaranır;
şagirdlər fəaliyyət strukturlarında garşılıqlı fəaliyyətdə olmağı öyrənirlər; komandada fikir mübadiləsi aparırlar; yeni fikir yaradır və sosiallaşdırırlar; komandada işlərin düzgün bölünməsini öyrənirlər; şagirdlərdə məsuliyyət hissi yaradılır; sosial və akademi bilik və bacarıqları əldə edirlər və s.
Hər bir müəllim əyyani praktik və nəzəri məşqələləri kecəndən sonra aşağıdakı bilik və bacarıqlara yiyələnəcək:
-kooperativ (interaktiv) təlimin 6 acarı olan
komandalar, idarəetmə (menecment), istək, sosial vərdişlər, prinsiplər, strukturlarla işləməyi bacaracaq;
-təlim strukturlarına (cütlükdə müzakirə; təlimatcı; dəyirmi masa; əqli hücüm; eyni vaxtlı əqli hücum; cütlükdə yoxlama; telefon; qarşılıqlı izah etmə; açım və secim; səhfi tapma və s.) biliklərin məqsədə uyğun yerəşdirilməsini bacaracaq;
-müəllim ustalığına yiyələnəcək;
-dərsin strukturlarını və onların tətbiqi dairəsini biləcək;
-dərsi nizamlı idarə edəcək;
-komanda və fərdi qiymətləndirmə üsullarından yararlana biləcək;
-dərslərində İKT texnolgiyalarından məqsədli istifadə edəcək;
-acıq və nümayiş dərsləri kecirəcək
-dərslərinin təqdimatını edəcək;
Dərslərində kooperativ təlim üsullarından istifadə edən müəllim dərslərini maraqlı aparır. Kooperativ (interaktiv) dərs strukturlarının qaydalarına riayət edən şagirdlər bu sosial qaydaları tez-tez yerinə yetirərkən bir-birinə hörmət, tolerantlıq, fəal dinləmə, başqasının fikirlərini qəbul etmək, köməklik göstərmək, məsuliyyət və s. sosial vərdişlərə yiyələnirlər.
“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi bu bilik və bacarıqlara yiyələnmək ücün fərdi və distant treninqlər kecirir. Treninqin aparıcısı beynəlxalq sertifikatlı trener, konstruktiv təlim texnologiyasının müəllifi Fatma xanım Bunyatovadır.
Treninqdən kecən müəllimlərə sertifikat, iş kitabı, metodik vəsaitlər veriləcək.
Ünvan: Bakı ş.Azadlıq pr.151/a Əlavə məlumat almaq ücün tel:(02)4415806 (050)3114956
e-mail idrakmektebi@rambler.ru www.idrak-m.com