Təhsil kouçinqi müəllimlərin inkişafı üçün bir dəstəkdir
İnkişaf dövründə hər bir insana dəstək, köməklik lazımdır.
Müəllimin inkişafında bu missiyanı təhsil kouçinqi yerinə yetirir. Təhsil kouçingini kouç aparır.
Kouç kimdir? – öz işinin yüksək səviyyədə bilən və başqalarını bu səviyyəyə çatdırmağa bacaran bir profesionaldır.
Təhsildə kouçinq yeni bir bacarıq, profesionallıq, innovativlik və yeni davranış öyrənməsində, özü üçün qoyduğu məqsədə çatmaqda qarşısına çıxan problemləri həll etməsinə dəstək müddətidir.
Bu dəstək müddətindəmüəllimə olduğu yerdən- sıravilikdən olmaq istədiyi yerə -profesionallığa, , innovativliyə, liderliyə çatmasını təmin edən yol göstərilir və bu yolun yolçuluğu öyrədilir.
Müəllimin kouçinq sistemi.
Bu sistem:
-profesionallıqda, innovativlikdə, liderlikdə, təhsil hədəflərinin yerinə yetirilməsində, müəllim-şagird- valideyn ünsiyyətinin qurulmasında açar pedaqoji üsullar təqdim edir;
— yaradıcılıq və tənqidi təfəkkürü inkişaf etdirir və təlimdə yaradıçı prosesin qurulmasının açar üsullarını öyrədir;
-müəllimə yeni təlim texnologiyalarından istifadə yollarını öyrədir; bu üsullar onun hər bir şagirdini müvəffəq edir;
— bir səviyyədən o biri səviyyəyə yumşaq keçidin yolunu göstərir;
— müəllimdə özünə inam yaradır və şagirdlərini özünə inamlı edir.
-dəyişikliyi özündə ehtiva edən atdım-atdım yol xəritəsi verir;
Kouçinqin alt qatı fərdi treninqdir. 2010-cu ildə fərdi treninqdən keçən Göy-göl Üç təpə orta məktəbinin riyaziyyat müəllimi Nurlan Quliyeva “. Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası düşüncənin riyazi dili ” PDF]
yeni̇ ki̇tablar — Azərbaycan Milli Kitabxanası
metodik vəsait yazıb çap etdirmişdi. Həmin vəsait ilin ən yaxşı metodik vəsaiti mükafatına layiq görülmüşdü.
2012-ci ilin “İlin müəllimi” müsabiqəsində iştirak edən 4 müəllimə öz ideyasını yaradaraq təqdim etmək ücün kouçinq dəstəyi olundu. 3 təqdimat yüksək nəticəyə layiq görüldü və həmin müəllimlər müsabiqə qalibləri sırasında oldular.
2012-ci ildə fərdi təlim kouçinqi alan iki müəllim təhsildə pedaqoji texnologiyalar və İKT –yə həsr edilmiş beynəlxalq simpoziumda məruzə ilə çıxış etmişdirlər. Həmin müəllimlərə məruzəni bir neçə beynəlxalq jurnallarda çap olunması təklifi gəlmişdi.
Təlimdə kouçinq müəllimi hərəkətə gətirir. Düzgün yolla edilən hərəkət müvəffəqiyyət gətirir. Şagirdlərlə yeni davranış üsullar yaradılır, yeni fikir və görümlər yaranılır, özündə yenilik kəşf edilir, ideyalar verilir və o ideyaları həyata kecirməyə qadir olduğuna inanır.
Kouçinq çalışması sizin ehtiyacınıza, məqsədlərinizə və zamanınıza uyğun olaraq hazırlanır, üz-üzə, online və ya telefon ilə həyata keçirilən təkbətək öyrətmələr, əməli işlər şəklində icra edilir.
Təhsildə koucinqlə yararlanaraq
İnkişaf, dəyişmə və təlimin yeni quruluşunu innovativ təhsillə həyatda doğru addımları atın.
Bu yolda məqsədli və davamlı inkişaf üçün təkbətək —
Fərdi təhsil:
Yeni texnologiyalarla dərs demək, yeni quruluşda dərsləri aparmaq, şagirdlərin yaradıci və tənqidi təfəkkürünü inkişaf etdirmək, müsabiqələrdə və beynəlxalq təhsil konfranslarında məruzələrlə iştirak etmək, açıq dərslərdə biliklərlə paylaşmaq; şagirdləri öyrənməni öyrətmə bacarığı; inkişafın ölçmə mexanizmi; hər bir şagird-müvəffəq şagirddi mövzularında müəllimə xüsusi təhsillər planlanlaşdırılır və keçirilir.
Təhsil kouçingini Fatma xanım Bunyatova keçirir.
Ətraflı məlumat almaq üçün xahiş edirik zəng edin
tel: 441-58-06 0503114956
və ya yazın .
idrakmektebi@rambler.ru
fatmaxanım@rambler.ru
Baxış: 1693