Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Ankara görüşləri -3

 Fatma xanım Bunyatova

Ankara. Maya kollejiMaya kollecinin təsisçisi olan Ziya Səlcuq bəylə  birinci  görüşümüzdən   sonra,  Maya kollecində təyin olunmuş   vaxtda Ziya bəyin dəvət etdiyi alimlər  və  kollecin rəhbərləri qarşısında  “Azərbaycan və Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES”  layihəsini təqdimatını etdim.  Təqdimata Kütahya Dilpinar Universitetindən, Ankaranın  ODTU –dan  da  alimlər  dəvət edilmişdir.

Özümü təqdim etdikdən  sonra , öncə Azərbaycanda  gedən təhsil islahatları haqqında qısa bir məlumat  verdim. İştirakçıların diqqətini müəllimlərin yenidən hazırlanmasına, yeni dərsliklərin yaradılması məsələlərinə  yönəltdim. Həqiqətən də çox işlər görüldüyünü , müəllimlərin az da olsa fəallıqlarıının nəticəsi  görünməsini vurğuladım.

Layihənin təqdimatı çox diqqətlə izlənildi.  İki dövlətin təhsil sahəsində  keçirdikləri  yeniliklərdəki   fərqlər və oxşarlıqlar  demək olar ki,  eynidir. Müzakirə obyekti və düşündürücü suallar  layihənin üç  əsas  qayəsi olan koqnitiv  əsaslar oldu. Bunlardan :

  • birincisi —  Fənn biliklərin tam-məntiqi və qeyri səlist modelləşdirilməsi;
  • ikincisi  —  Koqnitiv təlim fəaliyyətləri;
  • üçüncüsü  —  Qiymətləndirmənin yeni meyarlarıdır.

İkinci və ücüncü əsasların  ön məğzi  iştirakçılar  üçün  tez  açıldı. Piajenin və  Viqotskinin  koqnitiv nəzəriyyəsi onlara  çox tanış  idi.  Əsas müzakirələr birinci yanaşma  fənn  biliklərinin  modelləşdirilməsi  üzərində quruldu.  Mənə öncə bir misal verdilər ki,  siz bunu necə dərsdə izah edərdiniz?

Misal problemin  həlli yanaşması  üzərində qurulmuşdur :  2, 1/3=7/3.  Bu texnoloji  yanaşmanın müsbət və  çatışmayan cəhətlərini açıqlayandan sonra :

-“bəs siz bunu necə izah edərdiniz?” sualına konstruktiv yanaşma ilə interaktiv dərsin yanaşması ilə  addım -addım sualları qoyaraq onları bu bərabərlik anlamına gətirərək  özləri  üçün nəticə çıxartmaq  məqamına çatdırdım.  Sonra qrafik olaraq tam-məntiqi  və  qeyri- səlist modeldə bu yanaşmaların hansı biliklərlə əlaqəyə girməsini göstərdim.  Rəylər fərqli olsa da bir əsasın ətrafında idi:  “Yeni bilik hazır ötürülmür,  o zəkada, idrakda qurulur və onun əlaqələri çox şaxəli olur.”

Təqdimatda  iştirakçılarının istəyi və dəstəyi ilə biologiya fənninin modelini quraraq,  tənəffüs orqanının  (bu dəyişən biliklərdəndir)  hansı əsas bilgilərlə əlaqəliyini təyin etdik və bir mövzuda neçə mövzunun bilikləri ilə əlaqə yarandığını qeyd etdik.

6 saatlıq işin nəticəsində belə bir qərara gəlindi ki,  bu yol Maya kollecinin  müəllimlərinə öyrədilməlidir.  Başlanğıc ilk olaraq  bir həftədən sonra  riyaziyyat  fənnindən   bir dərs modelini  alimlərin və müəllimlərin  qarışısında təqdim etməkdən  ibarət oldu.

Baxış: 2024

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe