Dərsliklərin metamorfozu
Fatma xanım Bunyatova

2018 -ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən İSMSİT -2018 Beynəlxalq konfransında ADPU-nun biologiya metodikası kafedrasının müəllimləri Mehdiyeva S., Məlikova Z. «Metamorphosis of texctbooks» «Dərsiklərin metamorfozu» məqaləsini müzakirəyə təqdim etmişdilər. Məqalə biologiya fənn biliklərinin elmi əsaslarla, tamlıq və qeyri səlis məntiq əsasında, yəni təbii və süni idrakın inkişaf yoluna uyğun modelləşdirilməsindən bəhs edir. Təbii və süni idrakın təhsildə tətbiq edilməsi ümumiyyətcə ən perspektivli bir istiqamətdir. Pandemiya təhsilin formatını dəyişdirərək müəllimləri süni idrakın məhsulu olan kompüter proqram və qurğularından istifadə edərək distant təhsilə keçməsinə məcbur etdi.
Və bu keçid də istifadəmizdə olan dərsliklərin, metodların yeni bir səviyyədə, elmi əsasları olan səviyədə qurulmasını tələb edir. Bu baxımdan simpoziumda təqdim edilmiş məqalənin Azərbaycan dilində olan varintını geniş müəllim audiatoriyasına təqdim edərək dünyada ilk dəfə qeyri səlis məntiq əsasında yaradılmış biologiya dərslik modeli ilə tanış olaraq fikir bildirməyizini istərdik.
Baxış: 1961