Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘islshat’

Yeni Kurikulum üzrə təlimin keçirilməsində istifadə olunan texnologiya.

Fatma xanım Bünyatova

Nəyə görə təlimlərdə fəal (interaktiv) metodlar istifadə edilir?

Tədris prosesinə psixopedağoju  yönümdən baxanda, uşaqların təfəkkür fəaliyəti,  onun inkişafı   biri birindən seçilərək ayrı- ayrı səviyyədə olur və bu şagirdlər arasında  məsafə yaradır.

Azərbaycan Respublikasının təhsil İslahatının  istigamətləri təhsil standartı  olan Milli Kurikulumda əks edilmişdir. İbtidai təhsil  Kurikulumu Konseptual sənəd kimi ibtidai təhsilin məzmununda standartları, zəruri minimumu, təhsil alanların hazırlığına qoyulan tələbləri, texnologiya və qiymətləndirmə məsələlərini əhatə edir.  Son üç ildə müəllimlərin bu istiqamətdə nəticə etibarı ilə səmərəliliyinin təyin olunması üçün təlim kursları keçirilmişdir.Təşkil olunan öyrədici treninqlərdə fənn kurikulumlarının, təlim standartlarının mahiyyəti və məzmunu, kurikulumlarla işləməyin metodikası, yeni kurikulumlar əsasında yazılan dərsliklərin xüsusiyyətləri, qiymətləndirmə mexanizmləri haqqında zəruri məlumatlar müəllimlərin diqqətinə çatdırılmış və müvafiq praktik məşğələlər keçilmişdir.  Son üç ildə bu  treninqlər  Kurikulum Mərkəzinin hazırladığı “Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi Proqramı” çərcivəsində aparılmışdır. Bu program Təhsil Nazirliyinin islahatların uğurla həyata keçirilməsi, müəllimlərə əməli kömək göstərmək istiqamətində hazırlanmışdır. Proqramda müəllimlərin istifadə edəcəyi fəal (interaktiv) təlim tövsiyə edilir.

Fəal təlimdə şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində  bilikləri mənimsəyir; onu əks etdirir; yenidən  tətbiq  edir və yadda saxlayır; uyğunluğu tapır. Müəllim qarşısına  qoyduğu məqsədə biliyi bir başa Read the rest of this entry »

Baxış: 16547
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe