Posts Tagged ‘özünüqiymətləndirmə’
Konstruktiv təlimdə şəxsi biliklərin qazanılması və şagird təfəkküründə öyrənmə yollarının qurulması. İETC-2015
Sevinc Abbasova Bakı ş. 284N-li məktəb
Fatma xanım Bunyatova «İdrak məktəbi»nin direktoru
Bu məqalədə konstruktiv təlimlə aparılan dərslərdə şagirdlərin öz biliklərini hansı formada qazandıqları və şagird özünüqiymətləndirməsinin üstünlükləri göstərilmişdir. Son illərdə Azərbaycanda təhsil sahəsiədə dünya təhsilinə güclü inteqrasiya gedir. Bu səbəbdən təhsildə hərtərəfli islahatlar həyata keçirilir. Milli kurikilimlar təsdiq olunandan sonra fənn kurikulumlarının tətbiqinə start verildi. İslahatın əsas təlim strategiyası fəal (interaktiv) təlim seçilmişdir. Hazırda hər bir Azərbaycan müəllimi öz pedoqoji fəaliyyətini bu istiqamətdə qurmağa çalışır. Fəal təlimdə şagirdlər dərs boyu fəaliyyətdə olurlar, bilik toplayırlar, biliklərin mübadiləsin edirlər. Dərsdə şagirdlərin fəallığını artırmaq üçün bu təlimdə bir cox metodlardan istifadə edilir. Lakin bütün bu işlər müəllimin rəhbərliyi altında olur. Yəni fəal təlimdə şagirdlər müəllimin rəhbərliyi altında bilikləri mənimsəyirlər. Read the rest of this entry »
Baxış: 1321