Posts Tagged ‘qeyri-səlis’
Azərbaycan dili proqram və dərsliklərinə kurikulum ilə gətirilən yeniliklərə məntiqi baxış və ya insanın təhsil modelinin kurikulumun təhsil modeli ilə müqayisəsi.
Fatma xanım Bunyatova
Zaman-zaman təhsilə yenilik gətirmək üçün islahatlar aparılır. İsalhatların məramı yaxşı olmasına baxmayaraq istənilən nəticəyə həmişə gəlmək mümkün olmur. Təhsildə son islahat 2007-ci ildə başlamışdır və təhsil sisteminin tam dəyişməsinə yönəlmişdir. Artıq 7-çi ildir ki bu istiqamətdə iş gedir, və demək olarkı islahat yolunun yarısından coxu keçilibdir.
Ötən bu dövr ərzində fənn kurirulumlarına əsasən yeni dərsliklər , müəllim üçün dərs vəsaitləri çap edilmişdi. Böyük işlər görülmüşdi, və bu işə böyük sərmayə yatırılmışdı. Gözlənilirdi ki, təhsilin keyfiyyəti yüksələcək, lakin irəliləmə əvəzinə geriləmə yaşanır. Bunun səbəbi coxdur: proqramların standarta uyğun olmaması, dərsliklərin məntiqsiz struktur quruluşu, bir yönlü təhsil strategiyası, şəxsiyyətə yönələn, amma şəxsin əqli modelinin quruluşundan uzaq olan pedaqoji və psixoloji Read the rest of this entry »
Baxış: 12740