Posts Tagged ‘quruçusu’
Riyaziyyat. «Çıxma əməli»
189 saylı orta ümumtəhsil məktəbin ibtiadai sinif müəllimi Əliyeva İradənin I sinifdə apardığı açıq dərsin təqdimatı.
Dərs «Müəllimdən müəllimə» layihəsi çərçivəsində konstruktiv təlim texnologiyası və İKT-ilə layihələnmişdir. Müəllim dərsi 3 strukturda qurmuşdur.
1. Bilik stukturları (şagirdlər onlara təqdim edilən biliyi hansı biliklərlə necə və nə cür bağlamalı olacaqlar)
2. Əməliyyat strukturları (şagirdlər hansı davamlı məntiqi əməliyatları aparacaqlar)
3. Fəaliyyət strukturları (şagirdlər dərs zamanı necə işləyəcəklər). Müəllim şagirdlərin toplama və çıxma sözlərinin və onların işarələrinin anlamını üzə çıxartmaq məqsədi ilə düşündürücü suallar qoymuşdur. Şagirdlərin bu anlamları ortalığa çıxandan sonra o, müzakirə obyektinə çevrilərək, sökülüb dağılır və hər bir şagirdin daxili qüvvəsindən asılı olaraq geniş və dayaqlı bir formada yenidən düzənlənir. Məntiqi ardıcıllıqla qoyulan suallar şagird təfəkkürünü yeni görümlərə və bu görümlər əsasında yeni biliklərini yaratmağa şərait yaratmış oldu. Dərsin leymotivi, onun əsas məqsədi təfəkkürün inkişafı və şagirdlərin özlərinin öz biliklərinin qurucusu olduğu üçün dərsdə qoyulan hər bir sual, hər bir tapşırıq bu istiqamətə yönəlmişdir.
Təqdimatı izləmək üçün buraya tıqlayın
Baxış: 7777