Posts Tagged ‘rəqəmsal proqram’
Təhsilin transformasiyası.Tamlıq və qeyri səlis Azərbaycan dilinin Rəqəmsal proqramı
Fatma xanım Bunyatova
2008- ci ildən qəbul olunan və bu günə kimi təlim prosesində tətbiq olunan kurikulum proqramları dövlət tərəfindən dəstəkləndiyi üçün dayanıqlı təhsil sisteminin işlək proqramıdır. Hər dörd ildən bir proqramlarda düzəlişlər aparılır, yenilənir və aşkarlanan çatışmamazlıq aradan götürülür. Lakin düzəlişlər kosmetik xarakterini daşıdığı üçün, o keyfiyyətcə müsbət dəyişikliklər gətirmir. Buna səbəb isə proqram biliklərinin özüldən məntiqsiz, natamam bir sxemdə öyrətmə və bilik ötürmə yollarında qurulmasıdır.
COVİD-19 üz-bəüz təhsili ildırım surəti ilə dəyşdirərək distant təhsilə çevirdi. Təhsilin yeni forması yeni görümləri, yeni baxışlarları tələb edir. Köhnə proqram quruluşunda olan dərsliklərdəki bilikləri süni idrak modeli ilə yaradılan internet qurğularına köçürdüb şagirdlərdən onları əzbərləyib yadda saxlamaq, onları eyni müstəvidə tətbiq etmək kimi tələblər artıq effektsizdi. Fənn proqramları yüksək texnologiyalar əsasında qurulan internet qurğularına adekvat olaraq elmi əsaslarla qurulmalıdı.
Bu problemin həll yollarından biri kimi Alternativ “Tamlıq və qeyri səlis Azərbaycan dili” Rəqəmsal proqramıdır. Bu proqramı Azərbaycanda dayanıqlı təhsil sisteminin elmi əsaslarla transformasiyasına (köklü dəyişikliyə) atılan ilk addım kimi qiymətləndirmək olar. Proqram Jan Piajenin təbii idrak və Lütfi Zadənin süni idak nəzəriyyələri əsasında qurulmuşdu. Bu proqramı Azərbaycanda dayanıqlı təhsil sisteminin elmi əsaslarla transformasiyasına (köklü dəyişikliyə) atılan ilk addımlardan biri kimi dəyərləndirmək olar
Read the rest of this entry »Baxış: 2057