Posts Tagged ‘təffəkür’
Yeni Kurikulum üzrə təlimin keçirilməsində istifadə olunan texnologiya.
Fatma xanım Bünyatova
Nəyə görə təlimlərdə fəal (interaktiv) metodlar istifadə edilir?
Tədris prosesinə psixopedağoju yönümdən baxanda, uşaqların təfəkkür fəaliyəti, onun inkişafı biri birindən seçilərək ayrı- ayrı səviyyədə olur və bu şagirdlər arasında məsafə yaradır.
Azərbaycan Respublikasının təhsil İslahatının istigamətləri təhsil standartı olan Milli Kurikulumda əks edilmişdir. İbtidai təhsil Kurikulumu Konseptual sənəd kimi ibtidai təhsilin məzmununda standartları, zəruri minimumu, təhsil alanların hazırlığına qoyulan tələbləri, texnologiya və qiymətləndirmə məsələlərini əhatə edir. Son üç ildə müəllimlərin bu istiqamətdə nəticə etibarı ilə səmərəliliyinin təyin olunması üçün təlim kursları keçirilmişdir.Təşkil olunan öyrədici treninqlərdə fənn kurikulumlarının, təlim standartlarının mahiyyəti və məzmunu, kurikulumlarla işləməyin metodikası, yeni kurikulumlar əsasında yazılan dərsliklərin xüsusiyyətləri, qiymətləndirmə mexanizmləri haqqında zəruri məlumatlar müəllimlərin diqqətinə çatdırılmış və müvafiq praktik məşğələlər keçilmişdir. Son üç ildə bu treninqlər Kurikulum Mərkəzinin hazırladığı “Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi Proqramı” çərcivəsində aparılmışdır. Bu program Təhsil Nazirliyinin islahatların uğurla həyata keçirilməsi, müəllimlərə əməli kömək göstərmək istiqamətində hazırlanmışdır. Proqramda müəllimlərin istifadə edəcəyi fəal (interaktiv) təlim tövsiyə edilir.
Fəal təlimdə şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir; onu əks etdirir; yenidən tətbiq edir və yadda saxlayır; uyğunluğu tapır. Müəllim qarşısına qoyduğu məqsədə biliyi bir başa Read the rest of this entry »
Baxış: 16547