Posts Tagged ‘təhsil fəlsəfəsi’
DAYANIQLI TƏHSİLİN TRANSFORMASİYASI. TAMLIQ VƏ QEYRİ-SƏLİS TƏHSİL MODELI
Fatmaxanım Cəlal qızı Bünyatova,
«Idrak mektebi-İntellekt school””nin direktoru;
Yuliya İvan qızı Kərimova,
T. Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru
Xülasə: Məqalədə dayanıqlı (dövlət tərəfindən dəstəklənən ) təhsilinhttps://journal.edu.az/2874-preschool-and-primary-education-ssue-4.html transformasiyasından, tam və qeyri-səlis təhsil modelindən söhbət gedir. Müəlliflilər qeyd edirlər ki, təlim prosesində fərdin təfəkkürünün hərəkətə gətirilməsi problemini həll etmək üçün təlimin öyrətmə və mənimsəmə məqsədi öyrənmə və yaratma məqsədinə dəyişdirilməlidir. Bu məqsədə çatmaq üçün təlim prosesində şagirdlərin mənimsədikləri biliklərin struktur quruluşu məntiqi cəhətdən dəyişməlidir. Müəlliflər həmçinin vurğulayırlar ki, dayanıqlı təhsilin öyrətmə nəzəriyyəsini öyrənmə nəzəriyyəsi ilə əvəz etdikdə təfəkkür hərəkətə gəlir. Bu hərəkəti J.Piajenin və L.Zadənin yaratdıqları təbii və süni idrak nəzəriyyələri əsasında quranda dayanıqlı təhsil sistemi transformasiya olaraq yeni bir təhsil modelinə – “Tamlıq və qeyri-səlis təhsil modeli”nə çevrilir.
Baxış: 1213