Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Azərbaycanda ekologiya ili başlanmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlətinin başçısının bu təklifi ilə Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli genişmiqyaslı aksiyaya başlanmışdır.

Ekoloji problemlərin aktuallığı müxtəlif ölkələrin liderlərinin bəyanatlarında dəfələrlə qeyd edilmişdir. BMT-nin Baş katibi Pan Gi Mun ötən ilin sentyabr ayında bu mötəbər təşkilatın mənzil-qərargahında keçirilmiş ekologiya məsələlərinə dair zirvə toplantısında Yer kürəsinin gələcəyi ilə əlaqədar narahatlığını konkret şəkildə belə ifadə etmişdir: “Bəşəriyyətin planetimizdə labüd iqlim dəyişikliklərinin qarşısını almaq üçün cəmi on ili vardır”. Azərbaycanda əhalinin gələcəkdə bioloji varlıq kimi mövcudluğuna aidiyyəti olan bu mühüm məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən son illər ümumi sahəsi ölkə ərazisinin 3,1 faizinə bərabər olan milli parklar yaradılmış, qoruqların ərazisi genişləndirilmişdir və regionlarda müasir sutəmizləyici qurğuların tikintisi davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev Yeni il Müraciətində ekoloji problemə bir daha toxunaraq, ölkə vətəndaşlarını əmin etmişdir ki, “nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın əhalisini Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq içməli su ilə təmin etməyə imkan verəcəkdir”.

Xəzər dənizinin ekologiyasına da xüsusi diqqət yetirilir. Abşeron yarımadasının sahil qəsəbələrində təmizləyici modul qurğular inşa edilmişdir və onların hər biri gündə 4070 kubmetr çirkabı təmizləmək gücünə malikdir.

Ötən ilin payız aylarından başlayaraq ölkəmizdə genişmiqyaslı yaşıllaşdırma kampaniyası həyata keçirilir. Neftlə çirklənmiş torpaqların rekultivasiyası, neft yataqlarının işlənilməsi zamanı əmələ gələn lay sularının axıdıldığı ərazilərin qurudulması sahəsində fəal iş aparılır.

Lakin hələ görüləsi işlər çoxdur. Ötən ilin payızında Azərbaycan Prezidentinin iştirakı ilə bərk məişət tullantılarının təkrar emalı zavodunun təməli qoyulmuşdur. Yeni müəssisə ölkə paytaxtının ekologiyasına böyük ziyan vuran Balaxanı zibilxanası ərazisində inşa ediləcəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ekologiya İli”ndə əsas fəaliyyət istiqamətləri sırasında təhlükəli tullantıların zərərsizləşdirilməsi üzrə görüləcək işləri müəyyənləşdirmişdir. Sumqayıtda zərərli tullantılar üçün ikinci poliqon istifadəyə veriləcəkdir. Gəncədə və Mingəçevirdə də belə poliqonların yaradılması planlaşdırılmışdır.

“Ekologiya İli” gələcək nəsillər üçün sağlam mühitin qorunması istiqamətində Azərbaycanın hər bir vətəndaşının öz məsuliyyətini dərk etməsinə dair dönüş ili olmalıdır. “Ekologiya, insanların sağlamlığı, təmiz su, təmiz hava – bütün bunlar ölkənin inkişafını fərqləndirən əlamətlərdir”. Azərbaycan Prezidenti İlham Əliyevin Balaxanıda yeni zavodun bünövrəsinin qoyulması mərasimində dediyi bu sözlər ölkənin gələcəyinə biganə qalmayanların hamısı üçün dəqiq meyarları müəyyənləşdirir.

Qaynaq: AzərTac

Baxış: 6217

6 комментариев to “Azərbaycanda ekologiya ili başlanmışdır”

  • Sadix:

    tesekurler mene lazim olan melumati verdiyiniz ucun

  • Arzu:

    tesekkurler…..bele bir melumati burda yerlesdirdiyiniz ucun

  • Cox şadıg ki bizim məlumatlar sizi təmin etdi.
    Hörmətlə Fatma xanım.

  • Fidan:

    bu gun butun gunu internetde ekologiya ili ile bagli movzular axtarmisdim,tapmamisdim. bu movzu lap yerine dusdu,cox sag olun!

  • Fidan Xanım çox şadıq ki, məlumatlarımız ünvanlarına catır. Hörmətlə Fatma xanım

  • Behbud:

    Azərbaycan Dövlət Neft Akademiyasında Tempus layihəsi üzrə təhsil alan magistrlərə «Eko-iqtisadi analiz və neft, neft-kimya, neft emalı sənayesinin idarə edilməsi» fənni üzrə mühazirələrin tərtibində Sizin məlumatlara istinad edirəm. Köməyi çox olur. Bu istiqamətdə ADNA-da bir neçə mühazirələr toplusu çap olunub. Maraqlananlar Əsaslı kitabxanaya müraciət edə bilərlər.

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe