Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Təhsil naziri Emin müəllimin “Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti haqqında» ictimaiyyətə ünvanlanan müraciətinə cavab.

Fatma xanım Bunyatova

TƏKLİFLƏR.

 ARTPl  hazırladığı təkliflər paketində dünyada inkişaf edilən proseslər əsasında  təhsilin aparılmasına iki ssenari təklif edib.  Burada təhsilin hansı formada aparılmasını, önəmli fənlərin   keçirilməsinə ayrılan saatların miqdarına  və proqramların dəyişdirilməsinə diqqət edilir, amma necə və nə cür? göstərilmir..

Bu təkliflərə əlavə olaraq əməli təkliflərimiz.

I. Dövlət məktəblərinin şagird yükünü azaltmaq.

  1. Təhsil qanununda  son dəyişikliyə əsasən  ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsil almanın əyani forması sırasına sərbəst (eksternat) təhsil forması daxil edilib. Məktəbin şagird yükünü azaltmaq üçün sərbəst təhsilin hüquqi əsasları tezliklə hazırlansın və buna əsasən dünya təcrübəsindən bəhrələnərək  “mini məktəblər”, “ailə məktəbləri”. “alternativ məktəblər”  kimi qurumlarda  ibtidai məktəb şagirdləri kiçik qruplarda öz təhsillərini davam etsinlər.
  2. Eksternat formasında təhsil alan natamam orta məktəb şagirdlərinin verməli olduqları imtahanlara nəzər salmaq və ən vacib olan fənləri saxlamaq.

    Bu iki addımlar valideyn -müəllim məsuliyyətini artırar, şagirdləri izolyasadan çıxartmasına kömək edə bilər və üstəlik  təhsildə böyük  rəqabət yaradar.

II. Qarışıq, yəni üz-üzə və uzaqdan aparılan təlimə əlavə olaraq təkliflər.

Təqdirə layiqdir ki  son aylarda müəllimlərin diqqətini internet qurğularından istifadə bacarıqlarına yiyələnməsinə yönəltməkdir  və bunun  üçün çox sayda uzaqdan təşkil edilmiş vebinarlar, on-layn təlimlər keçirilir. Müəllimlərin internet qurğularına geniş miqyaslı yiyələnməsi  və onlardan uzaqdan təlimdə  istifadə etmələri təlimin keyfiyyətini artıra bilər.

Onu da qeyd etmək istəyirik bu qurğular insan zəkasının süni modeli əsasında qurulubdur. Və idrakın yüksək səviyyəsinin məhsulu olan bu qurğulara bütünlüklə bilik almağa istiqamətlənən , quruluşu məntiqdən uzaq olan dərslikllərdə ki bilikləri köçürdüb şagirdləri öyrədirəm və  öyrətdiyimi  yoxlayıram  demək bu qurğuların səmərəsiz istifadəsinə bərabərdir.

Və əgər biz təhsilin yeni səmərəli formasını  yaratmaq istəyiriksə, onda kurikulum proqramlarının bilik quruluşları restruktasiya olmalıdır, yəni yenu quruluşda insan düşüncəsinin təbii yolunda tərtib edilməlidir. Nəyə görə bu zərurət yaranır?

  1.  Kurikulum proqramlarında ki biliklər məntiqi əsası olmadan  illərlə eyni quruluşda verilmişdi və proqramların məqsədi şagirdlərin bu biliklərə yiyələnməsidir. Bu proqramlar əsasında yazılmış  dərsliklərdə proqramların məqsədinə çatmaq üçün verilən tapşırıqların 90% dən çoxu  öyrətmə xarakteri daşıyır.
  2.  Uzaqdan öyrətmə üz-üzə öyrətmədən çox fərqlidir, burada şagirdlər müəllimsiz öyrənirlər və bu öyrənmədə bilik ötürmə qaydaları effekt vermir. Burada biliklər  addım-addım  elə məntiqlə   dizayn  edilməlidir ki şagirdlər bu addımlarla yanaşı  addımlayaraq  özüöyrənməyi bacarsınlar. https://www.academia.edu/31107783/_Whole_integral_and_fuzzy_model_of_e_textbook_in_3D_
  3.  Özüöyrənmə bacarıqların yaradılması üçün dərsliklərdə öyrəndirici tapşırıqların olması vacıbdir. Bu tapşırıqlar öyrətmə tapşırıqlarından fərqli olaraq  qapalı yox açıq suallardan ibarətdir. https://www.researchgate.net/publication/238512944_Logical_integrity_fuzzy_logic_and_modeling_content_of_education
  4. Uzaqdan təlimdə öyrətmə ilə öyrənmə sintez edilməli və onların arasındakı balans ən azından 40-60% çivarında olmalıdır.
  5.  Təhsilin öyrətmə paradiqması ilə yanaşı öyrənmə paradiqmasından da yararlaranda  əyani surətdə istifadə edilən fəal təlimlə yanaşı konstruktiv (yaradıcı) təlimdə tətbiq edilməlidir. Konstruktiv təlimdə   şagirdlər  əldə etdikləri təçrübə və biliklərinə əsaslanaraq  yeni biliklərini yaradaraq özləri öz biliklərini qururlar.
  • Şagirdlərin aldıqları və yaratdıqları biliklərin yoxlanılması 40-60% balansına əsasən tərtib edilmiş açıq və qapalı tapşırıqlardan ibarət olmalıdır.  Qiymətləndirmə  meyarları nə öyrəndiyi və öyrəndiyi üzərində necə əqli işlər aparıldığından ibarət  olmalıdır.    dığı
  • Praktiki dəstək.
  • 2014-cü ildə indeksli beynəlxalq jurnalın təklifi ilə “Distant təhsilin yeni strategiyası” adlı məqalə yazmışam və bu məqalədə distant təhsilin formasını, təlim strategiyasını və fənn biliklərinin məntiqi quruluşunu, qiymətləndirmə meyarlarını göstərmişəm. Bu məqalə ERİC https://eric.ed.gov/?q=information+AND+ICTS+AND+education&ff1=pubReference+Materials+-+Vocabularies%2FClassifications portalına salınaraq. Amerikanın SİENCE GAET elm fonduna 5 ulduzl layihə kimi salınmışdı.

Rus dilində qısa icmalı https://swsu.ru/sbornik-statey/strategy-of-distance-education.php

Kiçik bir işçi qrupu ilə bu layihəni şəhər məktəblərinin birində həyata keçirməklə distant təhsilin yeni strategiyasını praktik olaraq həyata keçirərək alınan nəticələrdən müəllimlərimiz yararlanar və Azərbaycan təhsilinə bir töhfə yaratmış olarıq.

Məktəbin layihədə iştirak edən müəllimləri ilə bərabər http://www.idrak-m.com/?p=5345ibtidai və 5 siniflər üçün  restruktrlaşdırılmış “Tamlq və qeyri səlis Azərbaycan dili” proqramı yaradılmış və təcrübədən keçirilmişdi.

 Bu proqramla müəllimlərin dərs keçməyi yəni yeni bacarıqlara yiyilənməsinə  köməklik edə bilərik.

Ümidvaram ki təkliflər diqqətlə dəyərləndirərək müzakirə olunacaq.  Beynəlxlq səviyyədə təklif edilən və rəğbətlə qarşılanan yeniliklərin  Azərbaycan təhsilində tətbiq edilməsi Azərbaycan təhsilinin rəqamsallaşdırılması  “Tamlıq və qeyri səlis  təhsil modeli” ilə dünya pedaqoji mühitində öz ləyaqətli yerini tutacaqdır.

Hörmətlə Fatma xanım Bunyatova.

“İdrak məktəbinin” direktoru.

Baxış: 2156

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe