Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Üçtəpə kənd orta məktəbindən məktub!

Əməkdaşlıq( hekayə)

Nurlan Quliyeva

Payız günəşinin şəfəqləri səmanı işıqlandırsa da hava sərin idi. Sərinlik quşların səsində, suların şırıltısında, yarpaqların xışıltısında bir həzinlik yaratmışdı. Payızın bütün çalarları həmahəng olub təbiəti gözəlləşdirsə də bir ömrün payızı idi. Canlılar ömürlərinin yazı üçün yaşayırdılar.Təbiət isə həzin və nikbin notlar üzərində köklənərək payızdan zövq alırdı.
Səhər durub təbiəti belə gözəl gördükdə qəlbimdə xoş duyğular yarandı. Yüksək əhval ilə məktəbə getdim. Məktəbdə müəllimlərin peşəkarliq səviyyəsini artırmaq üçün təşkil olunmuş kursa göndərildiyimi bildim. Göygöl rayonuna-kurs təşkil olunmuş məktəbə getdim. Burada müxtəlif məktəblərdən gəlmiş müəllimlərə iki gənc müəllim dərs deyəcəkdi. İlk nəzərimə çarpan gənclərin mehriban və mədəni olmaları oldu.
Kursda hər yaşda müəllim vardı. Onların necə şagird ola biləcəkləri mənimçün maraqlı idi. Çünki, dərslər yeni metodlarının tətbiqi ilə keçiriləcəkdi. Metodlar isə bir növ oyuna bənzəyirdi. Bu oyunda yaşlıları təsəvvür edə bilmirdim.
Bir yaşlı müəllim fikrimi oxuyurmuş kimi:
– Yeniliklər əsasən, cavanlara lazımdı.- dedi.
Gənc müəllim razılaşmadı.
– Metodlar hamı üçündür. Öyrənməliyik!
Orta yaşlı müəllim:
– Narahat olma, müəllim. Bizim metodlar köhnəlsələr də daşdan keşiblər. İşimizə ömrümüzü vermişik. – dedi.
Yaşlı müəllim yarı zarafat, yarı ciddi əlavə etdi.
– Biz köklü ağaclarıq. İndiki əksər cavanlar kimi əldəqayırma deyilik. Qocalsaq da cavanlardan geri qalmarıq.
Yaşlı müəllimin dediyi kimi oldu. Yeni dərs metodunun quruluşu və müəllimlərin işə marağı aradakı yaş fərqini götürdü. Parta bütün müəllimləri şagirdə çevirdi. “Şagird”lər yeni texnologiyanı tətbiq edərək müxtəlif layihələr hazırladılar. İKT-nin köməyi ilə bacardıqlarından da artığına nail oldular.
Böyük kollektivlərdə uzun müddət işləsək də, yoldaşlarımızı az tanıyırıq. Ancaq, buradakı birgə iş nəticəsində xasiyyətlərimiz, maraqlarımız, dünya görüşümüz meydana çıxdı. İş üşün birləşsək də, şəxsi keyfiyyətlərimizə görə əməkdaşlıq edə bildik. Mən özümçün bu insanların daxili dünyasını kəşf etdim.
Əksəriyyəti böyük şəhərlərdən uzaqda-dağ kəndlərində yaşayan, texnologiyadan istifadə etməyi bacarmayan müəllimlərin dağlar kimi də böyük qəlbləri vardı. Dağ kəndindən olan Əhməd müəllimlə bir qrupda işləyirdik. O, yaşlı olsa da təşkilatçılıq qabiliyyəti, hadisələrə sakit və səlis reaksiyası ilə seçilirdi. Fikir vermişdim ki, kursa aid jurnalı vərəqləyərkən heç nə oxumur.
Bir dəfə marağımı gizlədə bilməyib soruşdum:
– Əhməd müəllim,nə oxuyursunuz?
O, gülə-gülə dedi:
– Elə hamısını oxuyuram. – Əlini ürəyinin üstünə qoydu.- Əsas odu işdə ürək ola!
Beləliklə, həftəmiz sona çatdı. Biz uzun illərin tanışları kimi ayrıldıq. Hamı buradan əlidolu getdi. Mən isə daha çox qazandım…
Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi kursunun xoş təsuratı ilə!

Göygöl rayonunun Üçtəpə kənd məktəbinin

riyaziyyat və informatika müəllimi

Baxış: 1715

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe